Month: August 2021

  • В Лянкяране женщина получила ножевые ранения

    В городе Лиман Лянкяранского района произошла поножовщина, сообщает Report.

    Так, Айнур Мирзаева (1985 г.р.) поступила в Центральную районную больницу с колото-резаными ранами брюшной полости, а также в области сердца.

    Пациентка была прооперирована и размещена в реанимационное отделение.

    В совершении инцидента подозревается муж женщины. Причины происшествия не установлены.

    По данному факту ведется расследование.

  • Lənkəranda qadın bıçaqlanıb

    Lənkəranda bıçaqlanma hadisəsi olub.

    Hadisə Liman şəhərində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hər hansı məlumat yoxdur.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: Report

  • Azərbaycanda vəzifəli şəxs öldü – FOTO

    Yeni Azərbaycan Partiyasının (YAP) Qax rayon təşkilatının sədri Nizami Əhmədov vəfat edib.

    N. Əhmədov 71 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Nizami Nəzir oğlu Əhmədov 1950-ci ildə anadan olub.

    O, partiyanın Qax rayon təşkilatının V-IX konfranslarında sədr seçilib.

  • Rusiyada spirtli içki verilmədi deyə kişi üç nəfəri öldürüb yandırdı

    Rusiyanın Krasnoyarsk vilayətində evdə çıxan yanğının söndürülməsindən sonra orada üç nəfərin cəsədi tapılıb.

    “RİA Novosti” xəbər verir ki, həmin şəxslər 61 və 68 yaşlarında qadınlar, 42 yaşda kişi olub.

    Faktla bağlı iki və daha artıq şəxsi öldürmə maddəsi ilə cinayət işi başladılıb.

    Məlum olub ki, cinayəti əvvəllər məhkum olunmuş 32 yaşlı kişi törədib. O törətdiyi cinayəti etiraf edib.

    Belə ki, həmin şəxs bir gün ərzində spirtli içki qəbul edib və növbəti gün spirtli içki üçün tanışı olan yaşlı qadının evinə gəlib.

    Qadın onu evə buraxsa da spirtli içki verməyib. Bu zaman həmin şəxs qadını əvvəl bıçaqlayıb, sonra isə çəkiclə vurub öldürüb. Cinayətkar bu zaman evə gələn qonşu qadının da çəkiclə başına vuraraq qətlə yetirib. Bundan sonra o divanda yatan kişini görüb və cinayətin izini ört-basdır etmək üçün evi yandırıb.

    Bundan sonra küçədən keçən sakinə hücum edərək onu qarət edib.

  • Паралимпийские игры: Азербайджан завоевал еще три медали

    Азербайджан завоевал еще три медали на летних Паралимпийских играх в Токио.

    Сегодня на татами выходят три наших дзюдоиста, которые пробились в финал.

    Гусейн Рагимли (-81 кг), Севда Велиева (-57 кг) и Ханым Гусейнова (-63 кг) в финале обеспечили сборной как минимум серебряные медали.

    Поединки начнутся в 11:00 по бакинскому времени.

    Следует отметить, что на Паралимпийских играх Азербайджан завоевал три золотые и две бронзовые медали. С таким результатом наша команда на данный момент занимает 13-е место.

  • Paralimpiya Oyunları: Azərbaycan daha üç medalı özünə təmin etdi

    Azərbaycan Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha üç medal qazanıb.

    Buna bu gün mübarizəyə qoşulan üç cüdoçumuzun finala qazanması səbəb olub.

    Belə ki, kişilərdə Hüseyn Rəhimli (-81 kq), qadınlarda Sevda Vəliyeva (-57 kq) və Xanım Hüseynova (-63 kq) finala çıxmaqla azı gümüş medalı özlərinə təmin edib. Final görüşləri Bakı vaxtı ilə saat 11:00-dan etibarən başlayacaq.

    Qeyd edək ki, Azərbaycan indiyədək Paralimpiya Oyunlarında üç qızıl və iki bürünc medal qazanıb. Komandamız bu nəticə ilə hazırda 13-cü yerdədir.

  • Пожар в Гызылагаджском национальном парке потушен

    Вспыхнувший пожар на территории Гызылагаджского национального парка близ поселка Балыкчылар потушен.

    Об этом сообщает МЧС Азербайджана.

    К тушению были привлечены силы Государственной противопожарной службы МЧС, подразделения гражданской обороны, Службы спасения особого риска и Южного регионального центра, а также сотрудники Министерства экологии и природных ресурсов.

    По предварительным данным, в результате сгорела сухая трава и кустарники на площади 30 га.

    Близлежащие территории защищены от огня.

  • Azərbaycanda milli parkdakı yanğın söndürüldü

    Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yanğın zamanı 30 hektar sahədə quru ot və kol-kos yanıb.

    Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

    Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

  • ABŞ Əfqanıstandan 110 min insanı təxliyyə etdiyini açıqladı

    ABŞ Əfqanıstanın paytaxtı Kabildən təxliyyə etdiyi insanların sayını açıqlayıb.

    Bu barədə “Twitter” hesabında Ağ Evin mətbuat katibi Endryu Beyts məlumat yayıb.

    “Avqustun 14-dən bu yana təxminən 105 min insan təxliyyə olunub. İyulun sonundan bu yana isə sözügedən rəqəm 110,6 minə bərabərdir”, – deyə E.Beyts bildirib.

  • Haiti prezidentini öldürən şəxsin yerini deyənə böyük məbləğdə pul söz verilib

    Haiti hökuməti sui-qəsd nəticəsində öldürülən prezident Jovenel Moizin qətlində iştirak edən üç şəxsin yerini deyənlərə 60 min dollardan çox pul ödəniləcəyini açıqlayıb.

    Bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

    Bundan əlavə qeyd olunur ki, axtarılanlar arasında Haitinin kassasiya məhkəməsinin keçmiş hakimi Vendel Kok-Telo, ədliyyə nazirliyinin keçmiş əməkdaşı Josef-Feliks Badiyo və keçmiş senator Con-Joel Josef də var.

    Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz yeddi iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.