Month: August 2021

  • Özbəkistanda COVID vaksinli pomidorlar yetişdirilir

    Özbəkistanda tərkibində koronavirusa qarşı vaksin olan pomidorların yetişdirilməsinə başlanıb.

    Qeyri-adi tərəvəzin toxumları ölkənin Elmlər Akademiyasının alimləri tərəfindən hazırlanıb.

    Vaksinli pomidorların iki ay sonra yetişəcəyi bildirilib.

    Alimlərin sözlərinə görə, onarın müalicəvi effekti barədə danışmaq hələ ki tezdir.

  • BMT: Əfqanıstanı yarım milyon insan tərk edə bilər

    Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra yarım milyon insan ölkəni tərk edə bilər.

    Bunu BMT-nin qaçqınların işləri üzrə Ali Komissarının müavini Kelli Klements bəyan edib.

    O, ən pis ssenari üzrə 500 min əfqan qaçqını qəbul etməyə hazırlaşdıqlarını bildirib.

    BMT rəsmisi Əfqanıstanla qonşu ölkələri öz sərhədlərini qaçqınlar üçün açıq saxlamağa çağırıb.

  • Avropada təbii qazın qiyməti yenidən rekord səviyyəyə qalxıb

    Avropada mavi yanacağın min kubmetrinin dəyəri yenidən 580 dollara qalxıb.

    Müvafiq nəticə London Əmtəə Birjasında qeydə alınıb.

    Bir həftə öncə 100 dollar geriləyən qiymət bugünki ticarət sessiyası zamanı 580.4 dollaradək yüksəlib.

    Qiymət hərəkətliliyinin səbəbi kimi “Şimal axını 2” boru xəttilə bağlı yayılan xəbərlər göstərilir.

    Mənbə: TASS

  • “Delta” variantı içməli suda neçə saat qalır?

    Rusiyanın Virusologiya və Biotexnologiya üzrə Mərkəzi “Vektor”un alimləri koronavirusun “Delta” variantının suda 72 saata qədər yaşaya biləcəyini müəyyən ediblər.

    İz.ru xəbər vrir ki, bu məlumat əvvəllər digər ştamlarda əldə edilən nəticələrə uyğundur.

    “Tədqiqat əvvəlkilərə bənzər şəkildə aparıldı. “Delta” variantı üçün suda inaktivasiya dinamikasında heç bir fərq müəyyən olunmayıb”, – deyə bildirilib.

    Eyni zamanda, məlum olub ki, koronavirus 24-28 dərəcə temperaturda dəniz suyunda duzluluqdan asılı olmayaraq 48 saat, xlorlu içməli su nümunələrində isə 72 saat ərzində canlı qalır.

    Virus içməli suda aşağı temperaturda daha yaxşı yaşayır. Xüsusilə, +4 dərəcədə infeksiyanın canlılığı +24-28 dərəcədən daha yaxşı qalıb.

  • Filippin küçələrində COVID-dən ölənlər üçün soyuducular quraşdırılıb

    Manila şəhər rəhbərliyi tərəfindən iri tutumlu soyuducular alınıb.

    Dondurucu konteynerlər Filippinin paytaxtındakı COVID xəstəxanası yaxınlığında quraşdırılıb.

    Soyuducularda koronavirusdan ölən və yaxınları tərəfindən tələb edilməyən şəxslərin cəsədləri saxlanılır.

    Hazırda ölkədə gün ərzində 100-dən çox şəxs ölümcül virusun qurbanı olur. Bugünədək Filippində 131.9 min nəfər koronavirus xəstəsi qeydə alınıb.

    Mənbə: “Inquirer”

  • Abşeronda avtomobil 72 yaşlı qadını vurub

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 1949-cu il təvəllüdlü Mazlamova Sədaqət İsrafil qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Çində 15 göydələn eyni anda uçuruldu

    Çinin cənubundakı Kunmin şəhərində maraqlı hadisə baş verib.

    Tikintisi yarımçıq qalmış 15 göydələn eyni anda uçurulub.

    İnşaat şirkəti binaların tikintisini 7 il ərzində tamamlaya bilməyib.

    Göydələnlərin uçurulması prosesinə hazırlıq 4 gün davam edib.

  • Əli Əsədovdan toylarla bağlı QƏRAR

    “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli qərarında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, şənlik mərasimlərinin COVID-19 pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub.

    Bu qərar sentyabrın 1-dən qüvvəyə minir.

  • Almaniya Afrikaya 70 milyon doz koronavirusa qarşı peyvəndi ayıracaq

    Almaniya COVAX mexanizmi vasitəsi ilə Afrikaya 70 milyon doza koronavirusa qarşı peyvəndi ayıracaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniya Kansleri Angela Merkel bir Afrika dövlətlərinin liderləri ilə görüşündən sonra Berlində keçirilən mətbuat konfransında deyib.

    A.Merkel bildirib: “Almaniya bu il COVAX mexanizmi vasitəsi ilə 30 yox, 70 milyon doz vaksin ayıra biləcək. Peyvəndlərin ən qısa zamanda Afrikadakı insanlara çatdırılması lazımdır”.

  • Tokio-2020: Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayır

    Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

    “Report”un məlumatına görə, növbəti yarış günündə əvvəlcə cüdoçular – Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) qüvvəsini sınayacaq.

    Vəliyeva Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan), Hüseynova Hiroko Kudo (Yaponiya) – Liana Mutia (ABŞ), Rəhimli isə Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

    Daha sonra isə Azərbaycan para-atleti Həmid Heydəri nizə atma növü üzrə mübarizəyə qoşulacaq.

    Tokio-2020 Yay Paralimpiya Oyunları

    Cüdo

    Qadınlar

    57 kq

    05:30. Sevda Vəliyeva – Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan) cütünün qalibi

    63 kq

    05:30. Xanım Hüseynova – Hiroko Kudo (Yaponiya) – Liana Mutia (ABŞ)

    Kişilər

    81 kq

    05:30. Hüseyn Rəhimli – Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi

    Atletika

    Nizə atma

    14:00. Həmid Heydəri