Month: August 2021

  • “Taliban” Əfqanıstan vətəndaşlarının ölkəni tərk etməsinə icazə verəcək

    Sənədləri olan əfqanıstanlılar Kabil hava limanının mülki hissəsinin açılmasından sonra xaricə gedə biləcəklər.

    Bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin sözçüsü Suheil Şahin “Twitter” hesabında açıqlayıb.

    Onun sözlərinə görə, cümə axşamı günü “Taliban” heyəti Qətərin paytaxtı Dohada danışıqları aparan fransalı Fransua Rişye və digər diplomatlarla görüşüb. Görüş zamanı tərəflər siyasi məsələləri və Əfqanıstandakı işlərin vəziyyətini müzakirə ediblər.

    “İslam Əmirliyi” (“Taliban” siyasi sistemi) heyəti təsdiq edib ki, etibarlı sənədləri olan hər bir Əfqanıstan vətəndaşı xaricə gedə bilər və bütün əfqanıstanlılar üçün hava limanının mülki hissəsinin açılışından sonra müvafiq səyahət şəraiti təmin ediləcək”, – deyə o qeyd edib.

    Şahin həmçinin vurğulayıb ki, hava limanı ilə bağlı vəziyyət ətraflı müzakirə edilir.

  • В Лянкяране 36-летняя женщина получила удар ножом в сердце

    В Лянкяранском районе произошла поножовщина.

    Как передает южное бюро Report, инцидент зафиксирован в городе Лиман.

  • Lənkəranda 36 yaşlı qadın ürəyindən bıçaqlanıb

    Lənkəranda bıçaqlanma hadisəsi olub.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Liman şəhərində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hər hansı məlumat yoxdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada koronavirusdan ölənlərin sayı 7.3 dəfə artıb

    Koronavirus iyul ayı ərzində 44 128 nəfərin ölümünə səbəb olub.

    Məlumatlar Rusiyada qeydə alınıb.

    Ölkənin statistika idarəsindən bildirilib ki, 2020-ci ilin iyul ayı ilə müqayisədə COVID-dən ölüm hallarının sayı 7.3 dəfə artıb.

    Qeyd olunub ki, bir il öncə eyni səbəbdən 6084 nəfər dünyasını dəyişib.

    Mənbə: TASS

  • Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb

    Estoniyanın Tallin şəhərində kiçikyaşlı yeniyetmələr, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında təşkil olunan Avropa birinciliyi başa çatıb.

    Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, yığma yarışı 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.

    Yeniyetmələr arasında Məhəmməd Həsənli (37 kq) qızıl medal, Hüseyn Xudiyev (65 kq), Vasif Səlimov (45 kq), İslam Əhmədzadə (53 kq), Nərgiz Kazımova (47 kq) gümüş medal, Zəhra İsayeva (29 kq) və İlyas Hətəmli (33 kq) bürünc medala sahib olublar.

    Kiçikyaşlı yeniyetmələrdən isə “Əli-Mehdi” taekvondo klubunun yetirməsi olan Çingiz Həsənov (36 kq) qızıl medal, “Ümid” taekvondo klubunun təmsilçisi Sabir Məmmədli isə gümüş medala layiq görülüb.

    Qeyd edək ki, yarışları idarə edənlər arasında Azərbaycanı beynəlxaq dərəcəli hakimi Aygül Abdullayeva da olub. Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa birinciliyində iştirak edən komanda avqust 28-də Vətənə dönəcək.

  • Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyyəsi başa çatdı– FOTO

    Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda xidmət göstərən heyəti tam tərkibdə təxliyyə olunub.

    Hərbçilərin təxliyyə əməliyyatının başa çatması barədə xəbəri ölkənin Müdafiə Nazirliyi yayıb.

    Qurumun sosial şəbəkə səhifəsində 20 illik bir missiyanın ardından hərbçilərin vətənə döndüyü bildirilib.

  • Daha bir müəllim koronovirusdan vəfat edib– FOTO

    Sumqayıt şəhər N.Gəncəvi Təbiət Təmayüllü Elmlər Liseyinin müəllimi Məhbubə Əliyeva koronavirus infeksiyasından vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Məhbubə Əliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

  • Avropa birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız üç gümüş medal qazanıblar

    Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha 3 gümüş medal əlavə ediblər.

    Yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.

    Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar.

    Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü – Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər.//trend

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə koronavirusla bağlı avqustun 27-nə olan vəziyyət açıqlanıb.

    Sutka ərzində ölkədə 295 647 nəfərin COVID-19 testi yoxlanıb.

    Günlük yoluxma sayı 18 340 nəfər təşkil edib.

    244 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 14 528 nəfərə çatdığı bildirilib.

    Mənbə: “Haber Global”

  • Ronaldunun transferi barədə post rekord bəyənmə topladı – FOTO

    “Mançester Yunayted”in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı “Twitter” paylaşımı böyük rəğbət qazanıb.

    Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib.

    Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib. Daha sonra karyerasını “Real” və “Yuventus” kimi klublarda davam etdirib.