Month: August 2021

  • Filippində koronavirusdan ölənlər üçün küçədə soyuducu quraşdırılıb

    Filippinin paytaxtı Manilada COVID-19-dan ölənlərin meyitlərini saxlamaq üçün soyuducu konteyner quraşdırılıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Inquirer” qəzeti yazıb.

    Soyuducu koronavirusa yoluxmuş xəstələrin olduğu xəstəxananın yaxınlığında quraşdırılıb. Beləliklə, şəhər rəhbərliyi delta ştamının yayılması səbəbindən COVID-19-dan ölüm hallarının artmasına hazırlaşır.

    “Philippine Star” qəzetinə görə, ölkədə orta hesabla gündə 106 nəfər bu xəstəlikdən vəfat edir.

    Hazırda ölkədə 131, 9 min aktiv xəstə var.

  • Pentaqon Kabil hava limanına yeni terror hücumlarını gözləyir

    ABŞ-ın Müdafiə Nazirliyi Kabil hava limanına yönəlmiş yeni terror aktlarının baş verə biləcəyini bəyan edib.

    Nazirliyin rəsmi nümayəndəsi Con Kirbi artıq belə hücumlara hazır olduqlarını bildirib.

    O, həmçinin 20 il öncə olduğu kimi Əfqanıstan ərazisindən ABŞ-a hücumların təkrarlanmasına yol verməyəcəklərini də qeyd edib.

    Xatırladaq ki, dünən Kabil hava limanı yaxınlığında baş vermmiş partlayış nəticəsində 170 nəfər ölüb, 1300-dən çox şəxs xəsarət alıb.

  • Ronaldonun yeni klubu rəsmən açıqlandı

    “Yuventus”dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Mançestr Yunayted”ə transfer olunub.

    Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb.Qeyd edək ki, təcrübəli forvard daha öncə də “qırmızı şeytanlar”da çıxış edib.

  • За последние три дня умерли 3 учителя АГПУ

    За последние три дня скончались 3 преподавателя Азербайджанского государственного педагогического университета (АГПУ).

    Скончались старший преподаватель кафедры педагогики и методики начального образования факультета начального образования Аиша Мамедова, заведующий научно-организационным отделом Али Аллахвердиев и доцент кафедры общей химии и технологии преподавания химии факультета химии и биологии Айсяба Мамедова.

  • Son üç gündə ADPU-nun 3 müəllimi vəfat edib

    Son üç gündə Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) 3 müəllimi vəfat edib.

    Ali təhsil müəssisəsinin ibtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Aişə Məmmədova, Elmi-təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev və Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının dosenti Aysəba Məmmədova dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • Мехрибан Алиева поблагодарила детей с расстройством аутистического спектра

    Первый вице-президент Азербайджана Мехрибан Алиева сделала публикацию на своей странице в Instagram, в которой выразила благодарность детям с расстройством аутистического спектра за поздравление с Днем рождения.

    “Большое спасибо моим дорогим друзьям из Центра реабилитации детей с расстройством аутистического спектра!

    Спасибо за доброе, светлое и искреннее поздравление. Вы так прекрасны и талантливы! Всегда с теплотой вспоминаю наши встречи и проведенное вместе время! Крепко вас обнимаю, желаю прекрасного настроения и исполнения всех желаний!

    Надеюсь до скорой встречи,

    Ваша MEHRİBAN”, – сказано в публикации.

  • Mehriban Əliyeva autizm spektr pozuntulu uşaqlara təşəkkür edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva autizmli uşaqlara təşəkkür edib.

    O bu barədə öz “Instagram” profilində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm!

    Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.

    Tezliklə görüşmək ümidi ilə,

    Sizin MEHRİBAN”

  • Прогноз погоды в Азербайджане на завтра

    Обнародован прогноз погоды в Азербайджане на 28 августа.

    Как сообщили Report Национальной службе гидрометеорологии, завтра в Баку и на Абшеронском полуострове в основном без осадков, северо-западный ветер днем сменится юго-восточным. Температура воздуха на Абшеронском полуострове ночью составит 24-26°, днем – 33-36° тепла, в Баку ночью – 24-26°, днем – 34-36° тепла. Атмосферное давление – 758 мм ртутного столба, относительная влажность воздуха 60-70% ночью и 40-45% днем.

    На пляжах Абшерона северо-западный ветер днем сменится юго-восточным. Температура морской воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) – 25-26°, на южных пляжах (Тюркан, Говсан, Сахиль, Шихово) – 26-27° тепла.

    Согласно медико-метеорологическому прогнозу 28 августа на Абшеронском полуострове ожидаются слабые и умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

    В районах Азербайджана в основном без осадков, однако в дневные часы в некоторых горных районах возможны грозы, кратковременные дожди, град. Будет дуть восточный ветер. Температура воздуха ночью – 21-25°, днем – 34-39° тепла, в горах ночью – 13-18°, днем – 23-28° тепла.

  • Sabaha gözlənilən hava proqnozu açıqlanıb

    Avqustun 28-də gözlənilən hava şəraiti açqılanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26° isti, gündüz 33-36° isti olacaq.
    Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
    Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraiti
    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Dəniz suyunun temperaturu:
    Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

    Tibbi-meteoroloji proqnoz
    Avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

  • DİN: “4 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb”

    Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    DİN-dən verilən məluamata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.