Month: August 2021

  • Əlahiddə Ümumqoşun Orduda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib – FOTO

    Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanları şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin doğum günləri münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
    Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət, incəsənət, mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə şəhid polkovnik-leytenant A.Əliyevin və şəhid kapitan N.Babayevin qəhrəmanlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirilib.

    Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Fariz Sərxanov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov, şəhid polkovnik-leytenant A.Əliyevin qohumu Vüsal İsmayılov, döyüş yoldaşı mayor Əlqəm Gözəlov, xidmət yoldaşları polkovnik Rüstəm Cavadov və polkovnik Haqverdi Dadaşov, şəhid kapitan N.Babayevin döyüş yoldaşı kapitan Əli Kərimov və digər qonaqlar çıxış ediblər.
    Şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız haqqında danışılarkən bildirilib ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının gücünə və döyüş əzminə “Günnüt əməliyyatı”ndan bələd idi. “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə geridə yaralı və şəhid buraxmadan böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi zəfər dolu uğurlu əks-hücum əməliyyatında öz şücaəti ilə düşmənə layiqli cavab verərkən şəhid olan qəhrəman vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və onlar “Vətən uğrunda” medalları ilə təltif olunublar. 2021-ci il iyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsi, “Vətən uğrunda” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim edilib. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.

    Hərbi hissələrin özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Zakir Fətəliyev və əsgərlər tərəfindən vətənpərvər şeirlər bədii qiraət edilib.

    Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında Xüsusi Təyinatlı Qüvvələr Marşı səsləndirildikdən sonra tədbirə yekun vurulub.

  • Число жертв взрывов в Кабуле возросло до 200 человек – ОБНОВЛЕНО

    Число погибших в результате терактов близ кабульского аэропорта достигло почти 200 человек, пишет The Wall Street Journal со ссылкой на сотрудника в сфере здравоохранения в столице Афганистане.

    По данным собеседника издания, лишь в одну из больниц в центральной части Кабула доставлены 145 тел.

    Еще около 200 человек получили ранения.

    Накануне близ кабульского аэропорта произошло два взрыва. Помимо афганцев жертвы есть и среди американских ВС. Так, в Пентагоне подтвердили гибель 13 американских военнослужащих. Кроме того, среди погибших двое британцев.

    Источник: “Интерфакс”

    17:20

    Число жертв взрывов в аэропорту Кабула увеличилось до 170, сообщает телеканал CBS со ссылкой на афганский Минздрав.

    13:52

    Число жертв взрывов в аэропорту Кабула увеличилось до 110, пострадавших до 1338, сообщили РИА Новости источники в афганском министерстве здравоохранения.

    Два взрыва, прогремевшие в четверг в районе кабульского аэропорта, унесли жизни 13 американских военных, которые обеспечивали эвакуацию людей из Афганистана после поспешного вывода войск США из этой страны. Это первые боевые потери американцев в Афганистане с начала 2020 года и самые крупные за десятилетие. Всего же во вчерашних терактах погибли более 100 человек. Эти события поставили вопрос об их влиянии на экономическую мощь США, поскольку она увязывается многими наблюдателями с американской военной мощью.

    09:32

    По меньшей мере 28 из 103 человек, которые погибли при взрывах возле аэропорта Кабула, были талибами. Об этом сообщило в пятницу агентство Reuters со ссылкой на представителя “Талибана”, пишет ТАСС.

    “Мы потеряли больше людей, чем американцы”, – сообщил чиновник. Он также поделился мнением, что не видит причин для продления сроков вывода иностранных войск из Афганистана.

    26 августа возле здания аэропорта Кабула произошли два взрыва, устроенные террористами-смертниками. По последним данным, в результате теракта погибли 103 человека, в том числе 13 американских военнослужащих. Захватившее власть в Афганистане радикальное движение “Талибан” решительно осудило произошедшее и пообещало привлечь виновных к ответственности.

  • Kabildəki intihar hücumunda ölənlərin sayı 200 nəfərə çatdı – YENİLƏNİB

    Kabil hava limanı yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 200 nəfərə çatıb.

    Terror aktı nəticəsində 1300-dən çox şəxs yaralanıb.

    Xatırladaq ki, bundan öncəki məlumatda Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən 170 nəfərin həlak olduğu bildirilirdi.

    Mənbə: “The Wall Street Journal”

    17:48

    Əfqanıstanın Kabil aeroportunda baş verən partlayışda ölənlərin sayı 170 nəfərə çatıb.

    Hadisə nəticəsində təxminən 200 nəfərin yaralandığı bildirilir.

    Mənbə: CBS

    17:04

    Əfqanıstanın Kabil hava limanında baş verən partlayışlar zamanı ölənlərin sayı 110 nəfərə çatıb.

    Ölənlərdən 13-ü ABŞ hərbçisidir. Hadisə zamanı 1 338 nəfərin yaralandığı qeyd edilib.

    Hadisə qurbanlarının bəzilərinin cəsədləri hələ də aeroport binasının yaxınlığında qalır.

    Mənbə: “Əl-Cəzirə” telekanalı

    10:44

    Kabil hava limanı yaxınlığında törədilən partlayış nəticəsində ölən 103 nəfərdən azı 28-i “Taliban” hərəkatının üzvüdür.

    “Reuters” agentliyi bu barədə “Taliban” rəsmisinə istinadən məlumat yayıb.

    “Biz amerikalılardan daha çox insan itirmişik”, – deyə adı açıqlanmayan “Taliban” rəsmisi bildirib.

    Xatırladaq ki, avqustun 26-da Kabil aeroportunun yaxınlığında iki terror aktı törədilib.

    Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri olmaqla 103 nəfər həyatını itirib.

  • Объявлен состав сборной Азербайджана по футболу – ФОТО

    Объявлен состав сборной Азербайджана по футболу.

    Об этом сообщается на официальном сайте АФФА.

    Отмечается, что Джанни де Бьязи определил игроков, которых он пригласит на игры в сентябре.

    На следующие три матча заявлены 25 игроков. Футболисты будут в распоряжении де Бьязи в матчах отборочного раунда ЧМ-2022 против Люксембурга – 1 сентября, Ирландии – 4 сентября и Португалии – 7 сентября.

    Он оставил 10 из 20 игроков, которых пригласил на проверочные учебно-тренировочные сборы. К ним присоединились девять игроков “Карабаха”, один – “Нефтчи” и пять, играющих за рубежом.

    1 Aydın Bayramov Sumqayıt Qapıçı
    2 Mehti Cənnətov Zirə Qapıçı
    3 Şahrudin Məhəmmədəliyev Qarabağ Qapıçı
    4 Maksim Medvedev Qarabağ Müdafiəçi
    5 Bəhlul Mustafazadə Qarabağ Müdafiəçi
    6 Azər Salahlı Keşlə Müdafiəçi
    7 Təmkin Xəlilzadə Zirə Müdafiəçi
    8 Höccət Haqverdi Sumqayıt Müdafiəçi
    9 Elvin Bədəlov Sumqayıt Müdafiəçi
    10 Sərtan Taşkın Zirə Müdafiəçi
    11 Abbas Hüseynov Qarabağ Müdafiəçi
    12 Toral Bayramov Qarabağ Müdafiəçi
    13 Anton Krivotsyuk Wisla Plock (Polşa) Müdafiəçi
    14 İsmayıl İbrahimli Qarabağ Yarımmüdafiəçi
    15 Qara Qarayev Qarabağ Yarımmüdafiəçi
    16 Anatolii Nuriiev Kolos Kovalivka (Ukrayna) Yarımmüdafiəçi
    17 Filip Ozobiç Qarabağ Yarımmüdafiəçi
    18 Vüqar Mustafayev Sumqayıt Yarımmüdafiəçi
    19 Emin Mahmudov Neftçi Yarımmüdafiəçi
    20 Rəhim Sadıxov Sumqayıt Yarımmüdafiəçi
    21 Mahir Emreli Legia Warszawa (Polşa) Hücumçu
    22 Namik Ələskərov Bursaspor (Türkiyə) Hücumçu
    23 Əli Qurbani Sumqayıt Hücumçu
    24 Ramil Şeydayev Qarabağ Hücumçu
    25 Rüstəm Əhmədzadə Minaj (Ukrayna) Hücumçu

  • Azərbaycan millisinin heyəti açıqlanıb – FOTO

    Azərbaycan millisinin heyəti açıqlanıb.

    Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, Canni de Byazi sentyabrdakı oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

    O, qarşıdakı üç matça 25 oyunçu çağırıb. Bu futbolçular DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə görüşlərində de Byazinin sərəncamında olacaq.

    O, yoxlama xarakterli təlim-məşq toplanışına çağırdığı 20 futbolçudan 10-nu heyətdə saxlayıb. “Qarabağ”ın 9, “Neftçi”nin 1, ölkə xaricində çıxış edən 5 oyunçu da onlara qoşulub.

    1 Aydın Bayramov Sumqayıt Qapıçı
    2 Mehti Cənnətov Zirə Qapıçı
    3 Şahrudin Məhəmmədəliyev Qarabağ Qapıçı
    4 Maksim Medvedev Qarabağ Müdafiəçi
    5 Bəhlul Mustafazadə Qarabağ Müdafiəçi
    6 Azər Salahlı Keşlə Müdafiəçi
    7 Təmkin Xəlilzadə Zirə Müdafiəçi
    8 Höccət Haqverdi Sumqayıt Müdafiəçi
    9 Elvin Bədəlov Sumqayıt Müdafiəçi
    10 Sərtan Taşkın Zirə Müdafiəçi
    11 Abbas Hüseynov Qarabağ Müdafiəçi
    12 Toral Bayramov Qarabağ Müdafiəçi
    13 Anton Krivotsyuk Wisla Plock (Polşa) Müdafiəçi
    14 İsmayıl İbrahimli Qarabağ Yarımmüdafiəçi
    15 Qara Qarayev Qarabağ Yarımmüdafiəçi
    16 Anatolii Nuriiev Kolos Kovalivka (Ukrayna) Yarımmüdafiəçi
    17 Filip Ozobiç Qarabağ Yarımmüdafiəçi
    18 Vüqar Mustafayev Sumqayıt Yarımmüdafiəçi
    19 Emin Mahmudov Neftçi Yarımmüdafiəçi
    20 Rəhim Sadıxov Sumqayıt Yarımmüdafiəçi
    21 Mahir Emreli Legia Warszawa (Polşa) Hücumçu
    22 Namik Ələskərov Bursaspor (Türkiyə) Hücumçu
    23 Əli Qurbani Sumqayıt Hücumçu
    24 Ramil Şeydayev Qarabağ Hücumçu
    25 Rüstəm Əhmədzadə Minaj (Ukrayna) Hücumçu

  • Ronaldu “Yuventus” azarkeşləri ilə vidalaşıb

    İngiltərənin “Mançester Yunayted” klubu ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliya “Yuventus”unun azarkeşləri ilə vidalaşıb.

    36 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

    “Bu gün İtaliyanın ən böyük və ən möhtəşəm klubunu tərk edirəm. “Yuventus”la çıxdığım hər oyunda bütün gücümü ortaya qoymuşam və Turinə aşıq olmuşam. Azarkeşlər hər zaman mənə hörmət ediblər. Mən də meydanda apardığım mübarizə ilə onlara təşəkkür etməyə çalışmışam. Geriyə baxanda böyük uğurlar qazandığımızı demək olar. Bəlkə də bunlar istədiklərimizin hamısı deyil, amma birlikdə gözəl tarix yazmışıq. Əbədi olaraq, sizlərdən biri kimi qalacağam. Siz mənim tariximin bir parçası oldunuz. İtaliya, “Yuventus”, Turin, fanatlar, hər zaman qəlbimdə qalacaqsınız”, – Ronaldu yazıb.

    Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”a 2018-ci ildə İspaniya “Real Madrid”indən keçib.

  • Avropada qazın qiyməti yenidən qalxıb

    Avropada qazın qiyməti son hərrac zamanı yenidən 1 000 kubmetr üçün 580 ABŞ dolları səviyyəsinə qayıdıb.

    Bunu London birjasının ICE məlumatları təsdiq edir.

    Qeyd edək ki, ötən həftənin sonunda mavi yanacağın qiyməti təxminən 100 ABŞ dolları düşmüşdü.

  • Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

    “Novxanı” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

    Bu barədə Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Xilasetmə əməliyyatı FH-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.

  • Banqladeşdə gəmi qəzaya uğrayıb, onlarla ölən var

    Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəmi qəzaya uğrayıb.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə The Bangladesh Observer qəzeti polisə istinadən xəbər yayıb.

    Məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi – red) ilə toqquşması nəticəsində azı 20 nəfər boğulub.

    Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

    Qəzanın səbəbləri müəyyənləşdirilir.

  • Çexiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

    Çexiyanın qərbindəki Most şəhərində yerləşən Branany aerodromunda kiçik təyyarə qəzaya uğrayıb.

    Bunu şəhərin polis idarəsinin sözçüsü Alena Bartoşova jurnalistlərə verdiyi açıqlamada deyib.

    Bir yetkin və bir azyaşlı olmaqla iki nəfər həlak olub.

    Hazırda yanğınsöndürənlər və həkimlər hadisə yerində işləyirlər.