Month: August 2021

  • Bakı sakini heroinlə saxlandı

    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Əliyev Səbail rayonu ərazisində saxlanılıb.

    Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

    Şəxsi axtarış aparılan zaman ondan 4 kiloqram 10 qram heroin və bir ədəd plastik kart aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Саатлы наказали нарушителя карантинного режима

    Сотрудники Саатлинского РОП выявили, что во дворе частного дома, принадлежащего жителю села Нариманкенд Васифу Сейфуллаеву, проводится траурная церемония с нарушением правил действующего в стране карантинного режима.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    С владельцем дома была проведена разъяснительная беседа, в его отношении приняты административные меры.

  • Qaydaları pozaraq evində yas mərasimi keçirən şəxs CƏZALANDIRILDI

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Nərimankənd kənd sakini Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi keçirdiyi aşkarlanıb.

    Qayda pozuntularına yol verən ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

  • İlham Əliyev: “Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü”

    “Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə həm Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı, eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də o qədər oraya getməyə can atmırdılar”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirib.

    İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanın hərbi cinayət sayıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Əgər 90-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən, Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik bura. Bura Ermənistan torpağıdır. Biz burda yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara söz deyən yox idi, bizdən başqa. Minsk qrupu onlara bir söz demirdi”.

    Prezident bildirib ki, qanunsuz məskunlaşma təkcə Şuşada deyil, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında da aparılırdı. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi. Bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər.

    “Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • В программе кабмина Армении подчеркивается важность делимитации границы с Азербайджаном

    Делимитация и демаркация границы Армении и Азербайджана являются важными факторами формирования атмосферы стабильности в регионе. Об этом говорится в программе нового правительства Армении, которая была одобрена парламентом республики в четверг, пишет ТАСС.

    “Мир в регионе – наша долгосрочная стратегия. Углубление или нормализация отношений с соседними странами станет одним из важных направлений внешней политики правительства. Обострение враждебности представляет собой угрозу стабильности и безопасности региона. Демаркация и делимитация границ с Азербайджаном будут иметь важное значение для формирования стабильной региональной атмосферы”, – отмечается в программе правительства Никола Пашиняна.

    В документе также подчеркивается, что “разблокировка коммуникаций должна быть одним из приоритетов внешней политики Армении, в то же время этот процесс не может происходить за счет безопасности и жизненных интересов Армении”.

    “Внешнеполитические усилия кабмина по разблокированию региона, если они будут конструктивно восприняты другими сторонами, приведут к созданию атмосферы мирного и взаимовыгодного сосуществования в регионе. В этом контексте ключевым является полное и безоговорочное выполнение шагов, предусмотренных заявлениями, подписанными лидерами Армении, РФ и Азербайджана от 10 ноября 2020 года и 11 января текущего года”, – отмечается в документе.

  • Ermənistan hökumətinin yeni proqramında Azərbaycanla sərhədlərin delimitasiyasının vacibliyi vurğulanıb

    Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm amildir.

    TASS agentliyi xəbər verir ki, bu barədə avqustun 26-da Ermənistan parlamenti tərəfindən təsdiqlənən Ermənistanın yeni hökumətinin proqramı adlı sənəddə yazılıb.

    “Bölgədə sülh bizim uzunmüddətli strategiyamızdır. Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, sabit bir regional atmosferin formalaşması üçün əhəmiyyətli olacaq”, – Nikol Paşinyan hökumətinin proqramında qeyd olunur.

    Sənəddə həmçinin vurğulanır ki, Ermənistan Nazirlər kabinetinin regionun blokdan çıxarılması üzrə xarici siyasəti, digərləri tərəfindən konstruktiv olaraq qəbul edilirsə, bölgədə dinc və qarşılıqlı faydalı bir mühitin yaranmasına səbəb olacaq.

    “Bu kontekstdə əsas məsələ 9 noyabr 2020 və 11 yanvar tarixlərində Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladıqları bəyanatlarda nəzərdə tutulan addımların tam və qeyd-şərtsiz həyata keçirilməsidir”, – deyə sənəddə qeyd olunur.

  • ПО “Азеригаз” предупредило о мошенниках, вымогающих у абонентов взятки

    При замене счетчиков с истекшим сроком эксплуатации каждому абоненту направляется SMS-сообщение, в котором он заранее уведомляется о предстоящей работе.

    Об этом говорится в информации ПО “Азеригаз”.

    Отмечается, что в последние дни появились мошенники, которые, пользуясь случаем, вымогали у абонентов деньги.

    Так, в Насиминском районе Баку к одному из абонентов подошли трое мошенников со старыми газовыми счетчиками (с целью создать видимость, что они на самом деле являются сотрудниками ПО). Эти лица предупредили абонента о возникших в его счетчике проблемах и потребовали взятку, пообещав, что не выпишут штраф.

    “Просим абонентов в таких ситуациях требовать у этих лиц служебное удостоверение, а также немедленно сообщить об этом в кол-центр ПО “Азеригаз” 104/185, по номеру 077 3 104 104 (Whatsapp), а также посредством официальной страницы объединения в соцсети”, – говорится в информации.

  • Sayğacda problem olduğunu deyərək abonentdən pul tələb etdilər – “Azəriqaz”dan AÇIQLAMA

    Dövri yoxlama müddəti çatmış sayğacların əvəzlənməsi zamanı hər bir abonentə SMS müraciət göndərilir və istehlakçı əvvəlcədən sayğacının əvəzlənəcəyindən xəbərdar olur.

    “Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a bildirilib ki, son günlər SMS müraciətlərdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub.

    Belə ki, Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “sizin sayğacınızda problem var, cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” – deyərək pul tələb ediblər.

    Abonentlərdən xahiş edilib ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər.

  • Prezident: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”

    “İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb.

    Dövlətimizin başçısı deyib: “Noyabrın 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı. Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəydik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq”.

    Prezident qeyd edib ki, biz ermənilərin bütün miflərini darmadağın etdik. “Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər”, – deyə Azərbaycan Prezidenti bildirib.

    Dövlətimizin başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq: “Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşayadacağıq”.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 84 232 человека.

    54 063 из них получили первую дозу препарата, 30 169 – вторую.

    Об этом 26 августа сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 6 419 537 доз вакцин от COVID-19.

    При этом 3 884 713 человек получили первую дозу препарата, 2 534 824 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.