Month: August 2021

  • Audio Virtual karabakhyuxarı Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 232 doza vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 169 nəfərdir.

    Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончался 31 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 3 714 новых случаев инфицирования коронавирусом, 2 470 человек вылечились и были выписаны домой.

    Об этом 26 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончался еще 31 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 405 542 человека, 5 434 – скончались, 353 140 – вылечились, 46 968 – продолжают лечение.

    В республике проведено 4 379 510 тестов на COVID-19 (за последние 24 часа – 17 247).

  • Azərbaycanda son sutkada 31 nəfər koronavirusdan öldü: 3 714 yeni yoluxma – FOTO

    Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib, aktiv xəstə sayı 46 968 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.

  • “Pfizer”dən üçüncü doza ilə bağlı AÇIQLAMA

    Koronavirusa qarşı “Pfizer” peyvəndinin ikinci dozasından beş-səkkiz ay sonra vurulan üçüncü dozasının anticisim səviyyəsini 3.3 dəfə artırdığı məlum olub.

    Bu barədə şirkət yazılı məlumat verib.

    Bunun üçün sınaqlarda 300 nəfərdən çox insan iştirak edib.

    Hələ bütün detalları açıqlanmayan araşdırmada iştirak edənlərdə üçüncü doza peyvəndin yan təsirlərinin ikinci dozadan fərqli olmadığı bildirilib.

  • İlham Əliyev: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”

    “Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

    Dövlətimizin başçısı deyib: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur.

    Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

    Prezident qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər. “Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Президент: Раненые и потерявшие здоровье военнослужащие обеспечены самыми современными протезами

    После окончания войны более 9 000 человек получили социальные выплаты. В среднем на одного гражданина приходилось по две выплаты.

    Об этом 26 августа заявил Президент Азербайджана Ильхам Алиев на встрече с семьями шехидов и ветеранами Карабахской войны, передает АЗЕРТАДЖ.

    Глава государства отметил, что раненые и потерявшие здоровье военнослужащие обеспечены самыми современными протезами.

    “Для них была создана такая возможность, приобретены протезы последнего поколения. По предоставленной мне информации, более 180 человек нуждаются в протезировании, из них 140 уже обеспечены протезами, и они возвращают людей к нормальной жизни. Они могут нормально ходить, бегать, даже играть в футбол. Это неотъемлемая часть нашей политики. Так как я неоднократно говорил, что мы должны всегда уделять внимание представителям наиболее уязвимых категорий, и весь период после первой Карабахской войны мы делали это соразмерно своим материальным возможностям. Их было мало, следовательно, делали мало. Когда возможностей было много, то и делали соответственно. Но мы делали и всегда будем продолжать это делать”, – сказал Президент.

    По словам Ильхама Алиева, тысячи новых домов строятся и для людей, потерявших свое имущество во время войны.

    “Потому что, когда ненавистный враг потерпел поражение на поле боя, он хотел выместить его на гражданских лицах. Многие наши города постоянно находились под обстрелом, их бомбили артиллерией, запрещенными бомбами, фосфорными снарядами, баллистическими ракетами. Более сотни мирных жителей, включая женщин и детей, погибли в результате этих вероломных обстрелов, а тысячи – потеряли свое имущество. Поэтому сегодня проводятся и работы по строительству тысяч домов, большая их часть уже завершена”, – подчеркнул глава государства.

  • Prezident: “Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir”

    “Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.

    Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib:

    “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.

    Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Родители просят суд простить зятя, обвиняемого в убийстве их дочери

    В Бакинском суде по тяжким преступлениям состоялся судебный процесс по уголовному делу бывшего судьи Сабунчинского районного суда Фагана Ахмедова, обвиняемого в убийстве жены.

    Как сообщает Report, дело рассматривалось под председательством судьи Тельмана Гусейнова.

    Журналистов пустили на заседание после того, как прокурор огласил обвинительный акт, а Ф.Ахмедов дал показания.

    На процессе были допрошены свидетели. Отец убитой Парваны Ахмедовой Сулейман Гулиев заявил, что между его дочерью и зятем не было каких-либо проблем в период семейной жизни.

    “Фаган и Парвана были женаты с 2006 года. Произошел несчастный случай. Я прощаю зятя. Прошу суд оправдать его. Мы с супругой пожилые люди и у нас есть проблемы со здоровьем. Мы не в силах ухаживать за тремя детьми. Думаю, Фаган сможет смотреть лучше за ними”, – сказал С.Гулиев.

    Затем показания дала мать убитой Матанат Гулиева. Она также сказала, что у ее дочери были хорошие отношения с мужем.

    “Мы разговаривали с Парваной в 10 часов вечера, незадолго до инцидента, она была в хорошем настроении. Чуть позже произошло происшествие. Фаган был для меня старшим сыном. Никогда в их семье не было каких-либо ссор или проблем. Я хочу, чтобы суд простил Фагана. Он не хотел, чтобы в его семье случился такой несчастный случай. Я прощаю его, знаю, что он невиновен”, – заявила мать погибшей.

    Судья Тельман Гусейнов собирался допросить 14-летнего сына Фагана Ахмедова, однако подсудимый выступил против этого.

    Адвокаты Ф.Ахмедова подали ходатайство, подросток не дал показаний на процессе.

    Следующее заседание суда назначено на 16 сентября.

    Отметим, что в Следственном управлении надзорного ведомства завершено расследование по уголовному делу, возбужденному по статье 120.1 (умышленное убийство) УК АР по факту убийства жительницы Баку Парваны Ахмедовой.

    В ходе расследования появились обоснованные подозрения в том, что П.Ахмедову 30 мая 2021 года во время ссоры из охотничьего ружья застрелил ее муж Ф.Ахмедов, занимавший на тот момент должность судьи Сабунчинского районного суда.

    Ф.Ахмедову были предъявлены обвинения по статье 120.1 (умышленное убийство) УК АР, решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

  • Valideynləri qızlarını öldürən hakimin bağışlanmasını istədi

    Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    “Report”un məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

    Jurnalistlər zala proses başladıqdan 40 dəqiqə sonra buraxılıb.

    Buna qədər prokuror ittiham aktını elan edib və Fəqan Əhmədov ifadə verib.

    Daha sonra şahidlər dindirilib. Mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadəsində bildirib ki, nikah dövründə qızı və kürəkəni arasında hər hansı problem olmayıb:

    “Fəqanla Pərvanə 2006-cı ildən evlidir. Bu hadisə “bədbəxt hadisədir”. Mən bir ata kimi Fəqanı bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq, səhhətimizdə də problemlər var. Biz 3 uşağa baxacaq gücdə deyilik. Uşaqlara Fəqan daha yaxşı baxa bilər”.

    Daha sonra mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da qızının Fəqan Əhmədovla yaxşı münasibətləri olduğunu deyib:

    “Hadisədən bir az əvvəl, axşam saat 10-da qızımla danışdıq. Qızım mənimlə gülə-gülə danışdı. Bir az sonra hadisə baş verib. Fəqan mənə böyük oğul kimi olub. Heç vaxt ailələrində söz-söhbət, problem olmayıb. Onun bağışlanmasını xahiş edirəm. Heç kim istəməz ki, ailəsində belə bədbəxt hadisə baş versin. Mən onu bağışlayıram, günahsız olduğunu bilirəm”.

    Fəqan Əhmədovanın anası Səmayə Əhmədova da məhkəmədə dindirilib. S.Əhmədova deyib ki, gəlini həyalı, abırlı xanım olub:

    “Pərvanə mənə gəlin yox, qızım kimi olub. 4 ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç bir problem olmayıb. Oğlumla yaxşı yola gediblər. Hadisə günü Fəqan mənə zəng elədi. Dedi ki, “ana, gəl uşaqların başında dur”. Kiçik oğluma zəng elədim. Dedim ki, Fəqan zəng edib, belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Polisləri görəndə bildim ki, nəsə faciə olub. Sonra da Pərvanənin atasıgilə xəbər verdim. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni qəsdən öldürüb, mən bir ana kimi onu bağışlamaram. Amma bu bədbəxt hadisədir”.

    Daha sonra F.Əhmədovun qardaşı və dayısı da eyni məzmunda ifadə verib. Onlar Fəqangillə daimi gediş-gəlişləri olduğunu, cütlük arasında ciddi problem yaşanmadığını bildiriblər və hadisəni “bədbəxt hadisə” kimi gördüklərini deyiblər.

    Hakim Telman Hüseynov növbəti şahid kimi Fəqan Əhmədovun 14 yaşlı oğlunun ifadə verməsini istəyib. Lakin F.Əhmədov məhkəmədən xahiş edib ki, oğlu prosesdə dindirilməsin:

    “Oğlum keçid dövrünü yaşayır. İstintaqda 8 saat dindirilib. Psixoloji gərginlik yaşayıb. Vəkilim onu psixoloq yanına aparıb. Onun bu proseslərdən kənar qalmasını istəyirəm. Məhkəmədən bu xahişimi nəzərə almasını istəyirəm”.

    F.Əhmədovun vəkilləri bu xahiş əsasında vəsatət veriblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb və Fəqan Əhmədovun oğlu prosesdə dindirilməyib.

    Son olaraq təqsirləndirilən şəxsin qonşusu Əşrəf Hüseynov ifadə verib:

    “Hadisə günü bizim həyətdə yeyib içdik. 700 qramlıq araq almışdıq. Axşam saat 9 radələrində Fəqan evlərinə getdi. Bizdən təxminən 200 metr aralıda qalır. Sonra mən yatdım. Səhəri günü eşitmişəm ki, belə bir hadisə baş verib”.

    Növbəti iclas sentyabrın 16-a təyin olunub.

    Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Ильхам Алиев: До сегодняшнего дня проделана огромная работа для семей шехидов, инвалидов войны

    До сегодняшнего дня в рамках государственной политики была проделана огромная работа для семей шехидов, инвалидов войны. Достаточно сказать, что государство обеспечило квартирами, частными домами около 10 000 человек из этой категории. Только в прошлом году было предоставлено 1 572 квартиры, в этом году – около 3 000 квартир и, таким образом, будет решена проблема граждан, стоящих в очереди.

    Как сообщает АЗЕРТАДЖ, об этом 26 августа заявил Президент Азербайджана Ильхам Алиев на встрече с семьями шехидов и ветеранами Карабахской войны.

    “В то же время сегодня мы предоставляем 50 автомобилей. Число машин, переданных до сегодняшнего дня, превысило семь тысяч, точнее сказать, составило 7 200. В жилом комплексе, на открытие которого мы сегодня собрались, будут жить более тысячи граждан из этой категории. Здесь созданы все условия. Это прекрасный жилой комплекс, расположенный рядом с основными дорогами. Здесь построены школа на 1 500 человек, где мы проводим встречу, – детский сад, светлые и красивые удобные квартиры, и это еще раз демонстрирует политику, проводимую государством”, – подчеркнул Президент.

    Отметив, что Азербайджан в этой сфере может считаться образцовой страной в мировом масштабе, глава государства сказал: “Ежегодно мы выделяем из государственного бюджета достаточно большие средства на решение этих вопросов, и в предстоящий период эта программа будет полностью реализована. Министерству труда и социальной защиты населения даны соответствующие указания, при формировании бюджета следующего года, конечно же, этот вопрос найдет свое решение. Должен также сказать, что на основании подписанного мною вчера распоряжения квартирами будут обеспечены и лица, проявившие героизм во второй Карабахской войне и удостоенные звания героя Отечественной войны. Квартиры будут предоставлены также семьям шехидов, удостоенных этого звания посмертно”.