Month: August 2021

  • İlham Əliyev: “Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb”

    Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

    “Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, – harada ki, biz indi görüşürük, – uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir”, – deyə Prezident vurğulayıb.

    Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə olduğunu bildirən dövlətimizin başçısı deyib: “Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. “Vətən Müharibəsi Qəhrəmanı” adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar”.

  • В Азербайджане наказали футболиста, оскорбившего арбитра

    Состоялось очередное заседание Контрольно-дисциплинарного комитета АФФА.

    Об этом сообщила АФФА.

    На нем были приняты следующие решения:

    – ФК “Габала” оштрафован на 800 манатов за пять желтых карточек, полученных игроками команды 21 августа во время матча II тура Премьер-лиги Азербайджана с “Кешля”.

    – ФК “Кешля” оштрафован на 3 200 манатов за оскорбления судьи защитником Шахрияром Алиевым, получившим за это прямую красную карточку и удаленного с поля 21 августа на 90 + 5-й минуте матча 2-го тура “Габала” – “Кешля”. Сам футболист дисквалифицирован на четыре игры.

    – ФК “Нефтчи” оштрафован на 800 манатов за пять желтых карточек, полученных пятью игроками команды 22 августа в матче II тура Премьер-лиги против “Зиря”.

  • Azərbaycanda hakimi təhqir edən futbolçu cəzalandırıldı

    AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

    Bununla bağlı AFFA məlumat yayıb.

    Komitənin qərarlarına əsasən:

    – 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

    – 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

    – 22 avqust, Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

  • Ильхам Алиев поздравил молдавского коллегу

    Президент Азербайджана Ильхам Алиев направил молдавскому коллеге Майе Санду поздравительное письмо по случаю 30-й годовщины независимости Молдовы.

    Текст послания опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev moldovalı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

    Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Президент: Проводится большая работа по увековечению памяти шехидов

    За последние годы у меня состоялись многочисленные встречи с семьями шехидов и инвалидами Карабахской войны. До военных действий во время встреч я каждый раз говорил, что мы любой ценой вернем наши земли, Карабах, восстановим территориальную целостность, отомстим за шехидов, и это случилось. Азербайджан восстановил справедливость, обеспечил верховенство международного права, вернул свои земли и отомстил за шехидов.

    Как сообщает АЗЕРТАДЖ, об этом 26 августа заявил Президент Азербайджана Ильхам Алиев на встрече с семьями шехидов и ветеранами Карабахской войны.

    “Сегодня, спустя месяцы после войны, на встречах с семьями шехидов, ветеранами Карабаха царит совсем другая атмосфера. Если в предыдущие годы мы при почтении памяти наших шехидов всегда давали себе слово, что отомстим за них, то сегодня с гордостью можем сказать, что их кровь не осталась неотмщенной, мы восстановили справедливость, изгнали врага с нашей земли и вошли в мировую историю как победоносный народ”, – сказал глава государства.

    Президент отметил, что в настоящее время проводится большая работа по увековечению памяти шехидов первой Карабахской и Отечественной войн, и ее нужно продолжать.

    “Обеспечение семей шехидов, ветеранов Карабахской войны жильем было одним из приоритетных направлений нашей политики, и сегодня является таковым. Кроме того, конечно, этот процесс будет продолжаться определенное время. Потому что в ближайшем будущем эта проблема будет полностью устранена. Параллельно с этим мы должны быть более активными в донесении до мировой общественности правды о второй Карабахской войне. В то же время эта тема обязательно должна быть на первом плане и в работе по воспитанию молодежи. Потому что наша победа во второй Карабахской войне, в Отечественной войне – это наша историческая победа”, – сказал Ильхам Алиев.

  • Prezident: “Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün böyük işlər görülür və görülməlidir”

    Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

    Dövlətimizin başçısı deyib: “Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”.

    Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.

    “Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Микаил Джаббаров произвел новое назначение

    Приказом министра экономики Азербайджана Микаила Джаббарова Осман Халиев назначен временно исполняющим обязанности председателя правления Фонда развития предпринимательства.

    Об этом сообщили в фонде.

    С июня этого года О.Халиев занимал должность заместителя председателя правления данной структуры.

    До этого он работал советником главы того же фонда.

    О.Халиев родился в 1985 году в Сумгайыте.

    В 2007 году окончил Азербайджанский государственный экономический университет по специальности “Экономическая кибернетика”, а в 2010 году получил степень магистра в области управления информационными технологиями.

    В 2012-2014 годах учился по программе MBA в Брандейском университете в США.

    В 2010-2012 гг. О.Халиев работал специалистом по операциям в ЗАО Access Bank и Центральном банке АР, 2014-2015 гг. – консультантом в компании Global Atlantic Partners LLC в Бостоне (США).

    В 2016-2020 годах занимал должности менеджера и директора по развитию бизнеса в ряде компаний, работающих в сфере сельского хозяйства и пищевой промышленности.

  • Mikayıl Cabbarovdan YENİ TƏYİNAT

    İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

    Fonddan verilən məlumata əsasən, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

    Bu təyinatadək o, həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

    Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

    2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

    O.Xaliyev 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

    2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

  • В Баку упал автокран, его водитель погиб

    25 августа в прокуратуру Бинагадинского района поступила информация о несчастном случае во время выполнения строительных работ, приведшем к гибели Ульфата Шамиева.

    Об этом сообщили в надзорном органе.

    В результате проведенного расследования выяснилось, что У.Шамиев работал водителем автокрана (на основе заказа ООО VS Energy Service). Автокран потерял устойчивость и опрокинулся на прицеп, в результате чего водитель оказался между ними в зажатом состоянии, что привело к летальному исходу.

    По данному факту проводится расследование.