Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanAzərbaycanda hakimi təhqir edən futbolçu cəzalandırıldı

Azərbaycanda hakimi təhqir edən futbolçu cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bununla bağlı AFFA məlumat yayıb.

Komitənin qərarlarına əsasən:

– 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

– 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

– 22 avqust, Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments