Month: October 2021

  • В доставке грузов в Россию через территорию Грузии наблюдаются задержки

    На таможенно-пропускном пункте “Ларс” на грузино-российской границе возникли задержки в процедурах ввоза-вывоза товаров и перехода людей через границу.

    Как сообщили грузинскому бюро Report в Службе доходов Министерства финансов Грузии, причиной задержки стали ремонтно-восстановительные работы, проводимые российской стороной на указанном участке.

    “После завершения работ с российской стороны таможенный пункт пропуска “Казбеги” будет работать в обычном режиме, и пересечение границы будет осуществляться в прежнем режиме. По указанной причине российская сторона не может принимать международные грузоперевозки в безостановочном режиме”, – говорится в сообщении.

    В связи со сложившейся ситуацией Служба доходов совместно с Агентством наземного транспорта Министерства экономики и другими государственными структурами проводит активную работу по предотвращению очередей из грузовых автомобилей, перевозящих грузы из соседних стран в Россию и Центральную Азию.

  • Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb

    Gürcüstan-Rusiya sərhədindəki “Lars” gömrük-keçid məntəqəsində malların idxal-ixrac, həmçinin sərhədi keçən şəxslərlə bağlı prosedurlarda ləngimələr yaranıb.

    Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Rusiya tərəfində məntəqədə aparılan təmir-bərpa işləridir.

    “Rusiya tərəfində reabilitasiya işləri başa çatandan sonra “Kazbeqi” gömrük məntəqəsi adi rejimdə fəaliyyət göstərəcək. Buna müvafiq olaraq, sərnişinlər və yüklər fasiləsiz idarə olunacaq. Qeyd olunan səbəbə görə Rusiya tərəfi beynəlxalq yüklərin fasiləsiz axınını qəbul edə bilmir”, – məlumatda deyilir.

    Xidmətdən qeyd olunub ki, “Kazbeqi” gömrük məntəqəsi 24 saat rejimində fəaliyyət göstərir və sutka ərzində mindən çox yük maşınına xidmət edir: “Yaranmış vəziyyətlə bağlı Gəlirlər Xidməti, İqtisadiyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi və digər dövlət qurumları ilə birgə qonşu ölkələrdən Rusiyaya və Mərkəzi Asiyaya yük daşıyan avtomobillərin növbələrinin qarşısını almaq üçün fəal iş aparır”.

  • Bu il Azərbaycana Kalininqrad vilayətindən bitki məhsulları idxal edilib

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Kalininqrad bölgəsi üzrə idarəsi bu ilin əvvəlindən 428 min tonu taxıl olmaqla, 1 130 tondan çox məhsulu yoxlayaraq ixracına icazə verib.

    “Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

    Məlumata görə, Kalininqrad vilayəti üzrə bitki məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.

    İxrac əsasən Avropa İttifaqına (Litva, Almaniya, İspaniya, Polşa), Çin, Bəhreyn Krallığına, Avrasiya İqtisadi Birliyi ölkələrinə, Azərbaycan, Özbəkistan və digər ölkələrə həyata keçirilib.

    Bütün bitki məhsulları (taxıl, onun emalı məhsulları, turp toxumu, torf substratı, taxta və s.) üzrə 7 365 fitosanitar sertifikatı verilib.

    Aparılan müayinələrin nəticələrinə əsasən, tənzimlənən bütün məhsullar karantin orqanizmləri daşımadığı və təhlükəsizlik tələblərinə uyğun olduğu bildirilib. İxrac Rusiyanın qanunvericiliyinə, idxalçı ölkələrin tələblərinə uyğun olaraq həyata keçirilir.

  • В США зафиксирован самый высокий рост числа убийств

    В США зафиксирован самый высокий в современной истории страны рост числа убийств – на 30% за период с 2019 по 2020 год.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом со ссылкой на обнародованные в среду предварительные данные Национального центра медицинской статистики федеральных Центров по контролю и профилактике заболеваний (ЦКПЗ) США сообщил телеканал CNN.

    Согласно представленным Национальным центром предварительным данным, число убийств на 100 тысяч жителей страны увеличилось с почти 6,0 в 2019 году до 7,8 в 2020 году, самого высокого показателя с 1995 года.

    Прежний рекордно высокий прирост за минувшее столетие – на 20% – был зарегистрирован в период с 2000 по 2001 год и был вызван совершенными в стране 11 сентября 2001 года масштабными терактами.

  • ABŞ-da qətl hadisələrinin sayı kəskin artıb

    ABŞ tarixində qətl hadisələrinin sayında ən yüksək artım qeydə alınıb. Belə ki, 2019-2020-ci illər aralığında qətl sayında 30% artım qeydə alınıb.

    Bu barədə CNN telekanalı məlumat yayıb.

    Məlumata görə, hər 100 min nəfər sakinə düşən qətl sayı 2019-cu ildə 6, 2020-ci ildə 7,8 olub. Bu isə 1995-ci ildən bu yana ən yüksək göstəricidir.

    Ötən yüz ilin əvvəlki rekordu isə 2000-2001-ci illər aralığında qeydə alınmışdı. Həmin rekord 2001-ci il 11 sentyabr terror aktları ilə izah olunurdu.

  • Sabah Səfər ayı başa çatır

    Завтра, 7 октября, последний день месяца Сафар.

    Начало священного для мусульман месяца Мухаррам в этом году пришлось на 10 августа и завершилось 7 сентября по григорианскому календарю, затем наступил месяц Сафар.

    В большинстве регионов Азербайджана в эти два месяца (Мухаррам и Сафар) не справляют торжества, включая свадьбы, обручения, помолвки.

  • Sabah Səfər ayı başa çatır

    Sabah, okyabrın 7-də Səfər ayı başa çatır.

    Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub.

    Sentyabrın 7-də isə Məhərrəm ayı başa çatıb.

    Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

    Xatırladaq ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

  • DYP qayda pozan sürücülərə növbəti dəfə xəbərdarlıq edib

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişən, manevr qaydalarını kobud şəkildə pozan sürücülərə bir daha xəbərdarlıq edib.

    İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradan sürücülərə də tez-tez rast gəlinir: “Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusi ilə günün pik saatlarında müəyyən məsafəni daha qısa zaman ərzində qət etmək üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə ki, “Yol Hərəkəti Haqqında Qanun”a görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir.

    Eyni zamanda bu hərəkətlər digər sürücülər üçün, eləcə də yolu keçən piyadalara da ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddət ərzində həmin məsafəni tez bir zamanda qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yol ayrıcıları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.

    Sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir ki, bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur”.

    “Bu cür manevr qaydalarının kobud şəkildə pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntuları aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”, – o vurğulayıb.

  • Бывшая жена Саакашвили: Для меня это стало неожиданностью

    Михаил Саакашвили – политзаключенный, и я полностью поддерживаю его требование об освобождении.

    Об этом бывшая жена Саакашвили Сандра Рулофс написала на своей странице в Facebook.

    Бывшая первая леди заявила, что ее друзья и сторонники интересуются у нее личной жизнью: “Я не буду скрывать, что содержание опубликованного в пятницу (1 октября – ред.) видео оказалось для меня неожиданным, а форма изложения – абсолютно неприемлемой”.

    С.Рулофс отметила, что сохраняет спокойствие, несмотря на личные эмоции: “Я верю, что мы выйдем из этой борьбы победителями”.

    Отметим, что 1 октября после задержания экс-президента Грузии в Тбилиси на его странице в Facebook появилось видео с украинским депутатом Елизаветой Ясько, на котором было объявлено, что они создали семью.

    M.Саакашвили с середины 1990-х гг. женат на С.Рулофс, у них двое сыновей. Информация о разводе пары не предавалась огласке.

  • Saakaşvilinin keçmiş həyat yoldaşı danışdı: “Onun evlənməyi mənim üçün gözlənilməz oldu”

    “Mixeil Saakaşvili siyasi məhbusdur və Gürcüstan vətəndaşı kimi onun azad edilməsi ilə bağlı tələbi tam dəstəkləyirəm”.

    Bunu M.Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs feysbuk hesabında yazıb.

    Keçmiş birinci xanım bildirib ki, dostları və tərəfdarları ondan şəxsi həyatı barədə maraqlanırlar: “Cümə günü (oktyabrın 1-də-red.) yayılan videonun məzmununun mənim üçün gözlənilməz, formasının isə qətiyyən yolverilməz olduğunu gizlətməyəcəyəm”.

    S.Rulofs qeyd edib ki, şəxsi emosiyalarına baxmayaraq, sakitliyini qoruyub saxlayır: “İnanıram ki, biz bu mübarizədən qalib kimi çıxacağıq”.

    Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanın keçmiş prezidenti Tbilisidə saxlanılandan sonra onun feysbuk səhifəsində ukraynalı deputat Yelizaveta Yasko ilə videosu paylaşılıb. Videoda onların ailə qurduğu bildirilib.

    M.Saakaşvili 1990-cı illərin ortalarından S.Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.