Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçiləcək.
Bununla bağlı məsələ parlamentin oktyabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Komitə üzvlüyünə deputat Azay Quliyevin namizədliyi irəli sürülüb.
Стала известна повестка очередного заседания Милли Меджлиса, которое состоится 11 октября.
Как сообщает Report, в повестку заседания включены два вопроса.
1. Законопроект Азербайджанской Республики ”О Дне независимости ” (первое чтение).
2. Об избрании члена комитета Милли Меджлиса Азербайджанской Республики по общественным объединениям и религиозным структурам.
Milli Məclisin oktyabrın 11-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
“Report”un xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.
Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 55 min ABŞ dollarına yaxınlaşıb.
Kriptovalyuta son 24 saat ərzində 8,6 %, son 7 gün ərzində isə 29,47 % bahalaşaraq 54,37 min ABŞ dollarına satılıb.
Nəticədə onun kapitallaşması yenidən 1 trilyon dolları keçib.
Bazar payına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,98 % artaraq 3,56 min dollar təşkil edib.
Kriptovalyuta bazarının toplam dəyəri isə 2,3 trilyon dollara çatıb.
“СoinМarketСap”in Bakı vaxtı ilə saat 17:44-ə olan məlumatları aşağıdakı kimidir.
Oktyabrın 6-8-i tarixlərində Yunanıstanın Afina şəhərində “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbir keçiriləcək. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edəcək.
Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edəcək.
MEDICI platforması “Eurimages” da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır. MEDICI platforması çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.
2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə post-pandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılacaq.
Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Abasallı kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarı üstünə çiçəklər düzüb, əziz xatirəsini yad ediblər. Anım tədbirində çıxış edənlər Vətən uğrunda canlarından keçən igid oğullarımızın qəhrəmanlıqlarından danışıb, onların misilsiz hünərlərini xatırladıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Daxili Qoşunların hərbi qulluqçusu, baş gizir Rauf Süleymanov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikamızda nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb. Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib. Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir. Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib. Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, Azərbaycan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınmışdı.
Ukraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.
87 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə feysbuk hesabında bildirib.
O, əldə etdiyi gəliri xeyriyyəçilik məqsədi ilə istifadə etməyi planlaşdırdığını vurğulayıb: “Tokiodan gətirdiyim qızıl medalımla bir çox insan şəkil çəkdirib. O, ölkəmizin şərəf və qürur mənbəyidir. Ukraynaya yeganə qızıl medalı qazandırdığım üçün şanslıyam. Amma bu medalın yalnız rəfdə yatmasını yox, faydalı olmasını istəyirəm. Hərrac keçirib onu satmağı və bütün gəliri xəstə uşaqlar üçün xeyriyyəçilik məqsədi ilə bağışlamağı düşünürəm”.
Qeyd edək ki, Yan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Novosibirsk vilayəti üzrə idarəsi bu ilin əvvəlindən ixrac edilməsi nəzərdə tutulmuş 10 327 ton heyvandarlıq məhsulları və ondan əlavə 1,5 milyon ədəd yumurta (415 partiya) üzərində yoxlama tədbirləri həyata keçirib.
“Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac məhsulunun həcmi 2,7 dəfə, malların sayı isə 73% artıb.
Məhsullar Almaniya, Fransa, İtaliya, Hollandiya, Çexiya, Slovakiya, Litva kimi Avropa ölkələrinə, eləcə də Yaponiya, Çin, Hindistan, Talland, Vyetnam, Tacikistan, Öxbəkistan və Azərbaycan kimi Asiya ölkələrinə göndərilib.
Vətən müharibəsi zamanı erməni silahlıları ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində cəbhə xəttinə yaxın yerləşən ərazilərdə qəbirstanlıqdakı qəbirlərə ciddi ziyan vurub.
“Report”un qarabağ bürosunun məlumatına görə,Tərtərin Səhləbad kənd qəbirstanlığında mərmi partlayışından 266 məzar ziyan görüb. Bunlardan yüzü tamamilə yer üzündən silinib. Qalan 166 məzar isə qismən zərər görüb.
Bu cür terror faktları əzəli və əbədi bir düşmənimiz olan erməni tayfasının dünya bəşərityyətinin gözü qarşısında necə bir qəddarlıqlara sahib olduğunu bir daha deməyə əsas verir.