Month: October 2021

  • Avropada qazın qiyməti 1 600 dolları keçib

    Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarını keçib.

    Median.Az
    bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Məlumata görə, qitənin ən likvid habı hesab olunan TTF indeksi üzrə noyabrda çatdırmaq şərti ilə təbii qaz fyuçerslərinin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 607,3 dollara çatıb.

  • Омбудсмен распространила заявление в связи с годовщиной обстрела армянами нефтепровода BTC

    Уполномоченный по правам человека (Омбудсмен) Азербайджана Сабина Алиева выступила с заявлением в связи с годовщиной обстрела вооруженными силами Армении ракетами кассетного типа основного азербайджанского экспортного нефтепровода Баку-Тбилиси-Джейхан (BTC).

    В тексте заявления говорится:

    “Вооруженные силы Армении ночью 6 октября 2020 года обстреляли ракетами кассетного типа экспортный нефтепровод BTC на территории Евлахского района, расположенного далеко от зоны боевых действий.

    Ракеты кассетного типа, упавшие в непосредственной близости от трубопровода, имеющего большое стратегическое значение для Азербайджана, Грузии, Турции, региона в целом, а также для государств Европы и мира как с политической, экономической, так и с точки зрения энергетической безопасности, создали серьезную угрозу жизни и здоровью гражданского населения.

    В связи с этим вновь обращаюсь к мировой общественности, международным организациям с просьбой ввести санкции в отношении Армении, совершившей многочисленные военные преступления, повлекшие убийство гражданского населения с грубым нарушением норм международного права и международного гуманитарного права, призываю предпринять решительные, справедливые шаги по привлечению к ответственности и наказанию лиц, представленных в политико-военном руководстве этого государства и непосредственно причастных к совершению этих преступлений”.

    Заявление направлено в ряд международных организаций, в азербайджанские диаспорские организации за рубежом, в посольства Азербайджана в зарубежных странах и посольства иностранных государств в Азербайджане.

  • Ombudsman ermənilərin BTC-ni atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Dünya ictimaiyyətinə dəfələrlə bəyan edildiyi kimi, Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini qəsdən intensiv şəkildə atəşə tutmaqla kifayətlənməmiş, region üçün ciddi ekoloji fəsadlara səbəb ola biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməlləri törətməklə müharibə cinayətlərini davam etdirmişdir.

    Ermənistan silahlı qüvvələri ötən ilin bu günü – 06 oktyabr 2020-ci il tarixində gecə saat 23 radələrindən başlayaraq hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Yevlax rayonunun ərazisindəki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini də kaset tipli raketlərlə atəşə tutmuşdur.

    Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, eləcə də Avropa və dünya dövlətləri üçün həm iqtisadi-siyasi baxımdan, həm də enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malik olan həmin boru kəmərinin 10 metrliyinə düşmüş 300-dən çox kaset tipli bombanın qəlpələrinin ətrafa yayılması mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır.

    Bununla əlaqədar Ermənistan tərəfindən törədilən həmin müharibə cinayətinə sərt şəkildə reaksiya verilməsi, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək bu kimi cinayətkar əməllərin dayandırılması üzrə təcili tədbirlərin görülməsi məqsədilə tərəfimdən dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmışdır.

    Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər çoxsaylı müharibə cinayətləri kimi bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir təsirli tədbirin görülməsini müşahidə etmədik. Halbuki beynəlxalq əhəmiyyətə malik neft boru kəmərinin qadağan olunmuş silahlarla atəşə tutulması ilə törədilmiş həmin müharibə cinayəti yalnız Azərbaycana qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlməklə, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşımışdır.

    Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistana qarşı müvafiq sanksiyaların tətbiq edilməsi, bu cinayətlərin törədilməsində bilavasitə iştirak etmiş həmin dövlətin siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması istiqamətində qətiyyətli, ədalətli addımlar atmağa çağırıram”.

    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • В Тунисе потерпел крушение армейский вертолет, есть погибшие

    Вертолет армии Туниса потерпел крушение на востоке страны.

    Об этом сообщила радиостанция Mosaïque FM со ссылкой на заявление официального представителя министерства национальной обороны республики Мухаммеда Зекри.

    Согласно его данным, катастрофа произошла в районе Эль-Хамма (провинция Габес). Трое находившихся на борту военнослужащих погибли.

    По словам Зекри, экипаж вертолета принимал участие в ночных учениях. Что стало причиной аварии, он не уточнил.

  • Tunisin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

    Tunis ordusunun helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

    Bu barədə “Mosaique” radiostansiyası respublikanın Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Zekriyə istinadən bildirib.

    Məlumata görə, qəza Əl-Xamma (Qabes əyaləti) ərazisində olub. Hadisə zamanı helikopterdəki üç hərbi qulluqçu həlak olub.

    Zekrinin sözlərinə görə, helkopterin ekipajı gecə təlimlərində iştirak edirmiş. Qəzanın başvermə səbəbi açıqlanmır.

  • В Британии заявили о приближении тяжелой зимы из-за высоких цен на газ

    Британских потребителей и поставщиков энергетики ждет тяжелая зима из-за рекордно высоких мировых цен на газ, стране необходимо снижать зависимость от импортного газа.

    Как передает Median.Az, об этом заявили РИА Новости в британской ассоциации поставщиков и производителей энергии Energy UK.

    Цены на газ в Европе демонстрируют устойчивый рост с начала года. Резко стоимость фьючерсов подскочила в последние недели. Еще в начале августа расчетная цена ближайшего фьючерса по индексу голландского TTF составляла около 515 долларов США за 1 тыс. кубометров, а к концу сентября показатель вырос более чем вдвое. 5 октября фьючерсные цены в моменте превышали рекордные 1 450 долларов США.

    C января этого года в Британии из-за высоких цен на газ обанкротились уже 12 энергокомпаний, которые обслуживали около 1,5 млн потребителей.

    “Это будет сложная зима для потребителей и поставщиков, поэтому сейчас приоритетом для нас будет пережить следующие несколько месяцев. Это еще раз подчеркивает необходимость дальнейшего расширения наших ресурсов низкоуглеродной энергии и снижения нашей зависимости от импортного газа и уязвимости от волотильных цен на углеводородное сырье”, — рассказали в ассоциации.

    Представители энергетического сектора также считают, что стране необходима национальная программа по энергоэффективности домов, как самая эффективная мера по долгосрочному снижению расходов потребителей.

    Резкие колебания цен на газ ударили и по другим секторам экономики. Несколько крупнейших производителей удобрений, в том числе нитрата аммония, объявили о сокращении производства на заводах из-за роста цен на газ, что привело к нехватке углекислого газа в стране. Углекислый газ, который используется для оглушения животных перед убоем и при упаковке мясопродуктов, является побочным продуктом производства нитрата аммония. Представители индустрии предупредили, что стране грозит продовольственный кризис, если проблема с недостатком углекислого газа не будет решена.

    Министерство бизнеса, энергетики и промышленности Великобритании 22 сентября заключило сделку на три недели с производителем удобрений CF Fertilisers о немедленном возобновлении производства, чтобы не допустить в стране продовольственного кризиса.

  • Böyük Britaniya miqrant siyasətinə yenidən baxacaq

    “Brexit”dən sonra Böyük Britaniyadan kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişə bilər.

    Bu barədə “Reuters” analitikləri məlumat yayıb.

    Məlumatda deyilir ki, təxminən 25 il əvvəl ölkə iqtisadiyyatında daha az inkişaf edən Avropa ölkələrindən gələn ucuz işçi qüvvəsi yer tuturdu.

    Miqrantların ölkəni tərk etməsi və yaxud onların ölkəyə girişinə qoyulan məhdudiyyətlər Böyük Britaniyanın iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. Belə ki, “Brexit” dünyada artıq pozulmuş təchizat zəncirinə əlavə zərbə vurub.

    Analitiklərin fikrincə, sürücülərin, qəssabların və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əmək haqqını artırmağa məcbur edir, eyni zamanda istehlak qiymətlərini stimullaşdırır.

    Öz növbəsində ölkənin Baş naziri Boris Conson daha aşağı maaş və işçilərin qeyri-kafi keyfiyyətlərinin qənaətbəxş olduğu uğursuz modelə bir daha qayıtmayacağını bəyan edib. Bundan sonra ölkənin iqtisadi siyasəti ixtisaslı kadrlara və müasir avadanlıqlara vəsait ayırmaq xətti götürəcək.

    Mütəxəssislər hesab edirlər ki, Baş nazir işçi çatışmazlığı problemindən daha yüksək əmək haqqı təyin etməklə çıxmağa çalışır. Mövcud vəziyyətin isə nəticəsi yalnız inflyasiyanın artması ola bilər ki, bu da vətəndaşların gəlirinə təsir edəcək.

  • Bakı Limanından Şuşa Qoruğuna yeni TƏYİNAT

    Şuşa Dövlət Qoruğu İdarəsinin İdarəsinə mətbuat xidmətinin rəhbəri təyin olunub.

    Zaur Həsənov Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun müvafiq əmri ilə qurumun İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri təyin edilib.

    Qeyd edək ki, Zaur Həsənov bundan əvvəl Bakı Limanının Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

    Mənbə: Qaynarinfo.az

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 45 948 человек.

    При этом 13 019 из них получили первую дозу препарата, 32 929 – вторую.

    Об этом 6 октября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 841 520 доз вакцины от COVID-19.

    При этом 4 837 342 человека получили первую дозу препарата, 4 004 178 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda gün ərzində koronavirus əleyhinə 45948 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 929 nəfərdir.