Month: October 2021

  • Ukraynada koronavirusdan ölənlərin sayı bir sutkada üç dəfə artıb – FOTO

    Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı demək olar ki üç dəfə artıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

    Qurumun məlumatına görə, oktyabrın 4-də infeksiya qurbanlarının sayı 317 nəfər olub (bu may ayından bəri rekord göstəricidir), bir gün əvvəl isə 114 nəfər həyatını itirib.

    Yoluxanların sayı bu müddətdə 8,2 mindən 9,8 minə qalxıb.

    Qeyd edək ki, pandemiya başlayandan bəri Ukraynada 2,5 milyon nəfər koronavirusa yoluxub, onlardan 57 mini həyatını itirib.

  • Посол опроверг заявления о присутствии израильских военных в Карабахе

    Посол Израиля в России Александр Бен Цви назвал “большой глупостью” и фантазиями сообщения о якобы присутствии израильских военнослужащих в Карабахе.

    “Я считаю, что это большая глупость, потому что если мы говорим о Карабахе, то там находятся российские и турецкие военные. Я считаю, что если у них есть какие-то фантазии, они могут сказать, что и марсиане там тоже присутствуют”, – заявил дипломат журналистам, отвечая на соответствующий вопрос.

    Источник: РИА Новости

  • İsrail səfiri İranın iddialarına cavab verdi: “Bu məlumatlar cəfəngiyatdır”

    İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirib.

    “İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”, – deyə jurnalistin sualını cavablandıran Aleksandr Ben Zvi vurğulayıb.

    Səfir həmçinin əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir:

    “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, əgər biz Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

    Mənbə: “RİA Novosti”

  • Ermənistan mətbuatı Azərbaycan ordusu barədə növbəti dəfə yalan məlumat yayıb – RƏSMİ

    “Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

    Açıqlamada bildirilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.

  • Hemoqlobini artıran məhsullar…

    İlk öncə hemoqlobinin nə olduğunu aydınlaşdıraq…

    Hemoqlobin – qanın tərkibində, daha dəqiq desək eritrositlərin tərkibində olan, oksigenin ağ ciyərdən orqanizmin bütün hüceyrələrinə keçirməsini təmin edən çətin dəmirtərkibli zülaldır.

    Qadınların hemoqlobin norması 120-150 q/l, uşaqlarda isə yaş dövründən asılı olaraq dəyişə bilir. Yeni doğulmuş körpələrdə hemoqlobin ilk 3 ayda maximal dərəcəyə çataraq, 145-225 q/l təşkil edir, 3-6 -cı aylar ərəfəsində minimum dərəcəsinə enərək 95-135 q/l olaraq, sonradan isə 1 yaşdan 18 yaşadək hemoqlobinin qanda səviyyəsi tədricən yüksəlməyə başlayır.

    Bir çox qadınlar üçün aşağı hemoqlobin diaqnozu tanışdır, belə ki buna səbəb hamiləlik, süd vermə, çox sürən aybaşı, yaz avitaminozu və s. ola bilər. Nəticədə qadın anemiyadan əziyyət çəkir. Başgicəllənmə, özündən getmə halları, halsızlıq hemoqlobinin aşağı olmasının ilk əlamətləridir. Buna səbəb isə orqanizmin, ilk növbədə isə baş beyinin oksigenlə təmin olunmamasıdır.

    Bu problemi həll etməyin 2 üsul mövcuddur. Bunun üçün ya dəmir preparatları qəbul etməli , ya da hemoqlobini artıran məhsulları gündəlik rasionunuza daxil etməlisinz. Bəs hansı məhsullar hemoqlobini təbii yolla yüksəldir? Sizə bu məhsulların siyahısını təqdim edirik.

    Bitki mənşəli məhsullar:

    Sıyıq və yarmalar: qarabaşaq, paxla, mərci, noxud və qoz.

    Tərəvəz və göyərti: pomidor, şəkər çuğunduru, balqabaq, kök, təzə kartof, ispanaq, cəfəri, xardal və gicitkən.

    Meyvələr: alma, nar, gavalı, ərik, banan, armud, xurma, heyva, kivi və quru meyvələr.

    Giləmeyvələr: qara qarağat, quşüzümü, çiyələk, moruq, qara üzüm, qarpız, itburnu.

    Şirələr: alma, nar, çuğundur, kök, tomat.

    Heyvan mənşəli məhsullar;

    Ət məhsulları: mal əti, dana əti, ciyər, ürək, dil, quş, toyuğun döş əti.

    Dəniz məhsulları: müxtəlif dəniz məhsulları, balıq, qırmızı və qara kürü.

    Digər məhsullar: yumurtanın sarısı, süd, qaymaq, kərə yağı, yaxşı qırmızı çaxır, qara şokolad və yaşıl çay.

  • Bu uşaqlar bağçaya, məktəbə buraxılmamalıdır – Pediatr

    Son günlər uşaqlar arasında qripəbənzər əlamətlərlə müşahidə olunan virus xəstəlikləri geniş yayılıb.

    Yoluxan uşaqlar sürətlə digərlərini və bəzən böyükləri də yoluxdurur. Bəs görəsən valideynlər nə etməlidir? Uşaqların müalicəsi hansı qaydada aparılmalıdır?
    Median.Az redaktor.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları həkim-pediatr Aytən İsmayılzadə cavablandırıb. O bildirib ki, mövsümlə əlaqədar olaraq uşaqlar arasında kəskin respirator xəstəliklərinə yoluanların sayında ciddi artım var:

    ” Payız aylarında həmişə virus xəstəliklərinə yoluxanların sayında artım olur. Bununla belə uşaqlar arasında koronavirusa yoluxma hallarının da sayı artıb. Virus xəstəlikləri artıq bir aydan çoxdur ki, davam edir. Ağırlaşma halları hələlik yox səviyyəsindədir. Bəzən xəstə uşaqlara dərhal antibiotik təyin edilir. Bu düzgün deyil. Qan analizi lazım olduqda üç-beş gündən sonra verilə bilər. Bəzi hallarda vəziyyətə uyğun olaraq xəstəxanaya yerləşdirilmələr olur. Əksər hallarda uşaqlar ev şəraitində müalicə alır”.

    Həkim bildirib ki, virusa yoluxan uşaqlar kollektivə buraxılmamalıdır: “Düzdür yoluxma halları hələ məktəb açılmazdan əvvəl var idi. Lakin xəstə uşaqların məktəbə, bağçaya getməsi ciddi təhlükədir. Çünki ətrafındakı uşaqlar da qısa müddətdə yoluxur. Xəstə uşaq ən azı bir həftə dərsə getməməlidir”.

  • “Dəmir yumruq”u öpmək istəyən xanəndə danışdı (VİDEO)

    Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb. Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib

    Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu – “Dəmir yumruq”u öpmək istədiyini dilə gətirib.

    Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə icazə verməyib.

    Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:

    “Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim Prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun.

    Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.

    Xatırladaq ki, “Dəmir yumruq” Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.

    Qeyd edək ki, Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb.

    1971-ci ilə Cəbrayıl rayon Mədəniyyət evinin “Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edib, “Ay bülbüllər” xalq mahnısını oxuyub.

    1973-cü ilin yayında Bakıda İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. Sonra “Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edilib.

    1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada “Leyli və Məcnun”da Leyli obrazını yaradıb, “Şah İsmayıl”da Ərəbzənginin, “Gəlin qayası”nda Sənəmin partiyalarını ifa edib.

    Azərbaycan Televiziyasının fondunda bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır.

    1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə diski buraxılıb.

    1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Azərbaycan Respublikasının Əməkdar artistidir.

  • Amerikalı ekspert: “Rusiya və Çinlə müharibə NATO üçün fəlakət ola bilər”

    “ABŞ və tərəfdaşları Rusiya ilə hərbi toqquşmalar olacağı halda Şərqi Avropada tərəfdaşlarını müdafiə etmək üçün kifayət qədər hərbi potensiala sahib deyillər”.

    Bu sözləri amerikalı təhlükəsizlik eksperti, keçmiş zabit Devid Payn deyib.

    O xəbərdarlıq edib ki, bu cür münaqişə NATO üçün fəlakətlə nəticələnə bilər. Ekspert ABŞ-ın hətta rəqibləri nüvə silahından istifadə etməyəcəyi halda belə Rusiya və Çinlə genişmiqyaslı müharibədə məğlub olacağını qeyd edib.

    Mənbə: “The National Interest”

  • Sosial şəbəkələrin yaratdığı ASILILIQ: “Bu insanlar real dəyər faktorlarını dərk etmirlər”

    “Sosial şəbəkələrdən asılılığı olan insanlar üçün əlçatanlılıq təmin olunmayanda onlarda stress yaranır”.

    Ötən gün sosial şəbəkələrin işində yaranan bir neçə saatlıq problem fonunda insanlarda meydana gələn ciddi narahatlığın psixoloji təsirlərini dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı Yenicag.az-a açıqlamasında deyib.


    Psixoloqun fikrincə, sosial şəbəkələrinin işləməməsi internet asılılığından əziyyət çəkən insanların psixoloji vəziyyətinə təsirsiz ötüşmür:

    “Sosial şəbəkələrin işləməməsi nəticəsində yaranan narahatlıq cəmiyyətin həmrəylik psixologiyasını önə çıxarır. Belə ki, hansısa hadisə baş verdikdə geniş miqyasda müzakirə edilir. Bu gün insanlar yaşanan hər şeyi ajiotaj kimi təqdim etməyə və altında daha ciddi səbəblərin durduğunu düşünməyə öyrəşiblər. Yəni artıq insanlar hər şeyi özləri üçün təhlükə hesab edirlər. İki ildir ki, pandemiya dövrü yaşanır və insanlarda qorxu qarışıq aqressiya mövcuddur. Ötən gün sosial şəbəkələrin anidən işləməməsi də insanların psixoloji vəziyyətinə mənfi təsir etdi. Dünənki hadisə sosial şəbəkədən ifrat asılılığı olan insanlarda stress, gərginlik yaratdı. İnsanın dəyər faktorları var. Real həyatdakı dəyər faktorlarını dərk edənlər üçün sosial şəbəkələrin işləməməsi ciddi problem yaratmır”.//yenicag.az

  • Saakaşvilinin partiyasının lideri deputat mandatından məhrum edildi

    Gürcüstan parlamenti ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat”ın (VMH) lideri və Tbilisi meri postuna namizəd Nika Meliyanı deputat mandatından məhrum edib.

    İclasda qeydiyyatdan keçən 83 gürcüstanlı millət vəkilindən 79-u bu qərarın lehinə səs verib, əleyhinə səs verən olmayıb.

    Belə ki, ən böyük müxalifət partiyası olan VMH-nı ölkə parlamentində 150 deputatdan 31-i təmsil edir.

    İyulun sonunda hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası müxalifətlə Avropa Şurasının sədri Çarlz Mişelin himayəsi altında imzalanan müqavilənin ləğvini elan etdikdən sonra Meliya deputat mandatından istefa verdi.

    Nika Meliya ikinci dəfə parlament səlahiyyətlərindən məhrum edilib. İlk dəfə parlament bu ilin əvvəlində prokurorluğun tələbi ilə onu mandatdan məhrum etdi. O, kütləvi zorakılıqların təşkilində, iştirakında və parlamentə hücum etmək cəhdində ittiham edildi. Onun tutulması üçün xüsusi əməliyyat keçirilib.

    Meliya Avropa İttifaqı tərəfindən ödənilən girov müqabilində beynəlxalq ictimaiyyətin təzyiqi ilə sərbəst buraxılıb.

    Hazırda Nika Meliya yerli seçkilərin ikinci turunda faktiki mer olan Kaxa Kaladzenin əsas rəqibidir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze 45,04 %, VMH-nin namizədi Nika Meliya isə 33,96 % səs toplayıb.

    Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilərin ikinci turu oktyabrın 30-da baş tutacaq.

    Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili VMH-nin üzvüdür.

    Mənbə: “Sputnik Gürcüstan”