Month: October 2021

  • Məşhur brendin qalmaqallı boyunbağısı – FOTO

    “Givenchy” brendinin edam kəndirinə bənzər dizayn edilən boyunbağısı mübahisələrə səbəb olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, Fransa moda həftəsində nümayiş olunan aksesuarın köləliyi və intihara təşviq etdiyi bildirilib.

    Marka isə tənqidlərə cavab olaraq tam əksi, dizaynın zorakılığa qarşı olduğunu və azadlığını qazanmış qadını təmsil etdiyini açıqlayıb.

  • Ermənistan Qarabağda İslam dinini təhqir edəndə susan İran indi niyə narahatdır? – TƏHLİL

    Tarixən İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb. Bu gün də bu münasibət davam edir. Baxmayaraq ki, İran bizimlə din qardaşıdır. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına rəğmən, İran daim düşmənlərimizə iqtisadi, siyasi dəstək verib. Heç də təsadüfi deyil ki, Nikol Paşinyanın İranın Ermənistan üçün nəfəslik rolunu oynadığını bildirir.

    1992-ci ildə Şuşanın erməni işğalçıları tərəfindən işğal edilməsində İranın dolayısı ilə də olsa rolu var. Bir xatırlatma edək ki, 1992-ci il may ayının 7-də Tehranda İranın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sənəd imzalamasının Şuşa şəhərinin işğalı ilə eyni vaxta düşməsi müxtəlif şübhələrə əsas yaradıb.

    Mənfur düşmən torpaqlarımızı işğal etdikdən sonra İran Azərbaycan ərazilərində ermənilərlə bir yerdə işlər görməyə başladı. Öncə Qarabağda salamat qalan evləri dəyər-dəyməzinə satın aldılar, sonra söküb apardılar. Bunu sübut edəcək çoxlu sayda fakt var.

    İranın Ermənistanla iqtisadi əlaqələri də heç kimə sirr deyil. Son dövrlər bu ölkələr arasında yüklərin daşınmasından hamımızın xəbəri var. İran və Ermənistan sərhəd terminalları infrastrukturunun yenilənməsinə dair razılıq əldə edib. 2007-ci ildə Ermənistan-İran dəmir yolu və neft emalı zavodunun tikintisi layihələrinin iqtisadi-texniki əsaslandırılması haqqında memorandum imzalanıb. Bununla yanaşı, hər iki ölkə bir neçə iqtisadi layihəni birgə həyata keçiriblər.

    Bu ölkələrin rəsmiləri görüşlərində iki ölkə arasında əlaqələrinin daha da genişlənməsini müzakirə edirlər. İran rəsmiləri hər dəfə Ermənistanın onlara dost ölkə və bölgədə strateji partnyor olduqlarını vurğulayırlar.

    Oktyabr ayının 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana səfər edib. Bu da onu göstərir ki, son zamanlar Azərbaycanın daha da güclənməsi İranı bərk narahat edir. Yoxsa, belə təşvişlə dostlarıyla görüşməzdi. İran hökuməti İkinci Qarabağ savaşından sonra bölgədə yaranan reallıqla barışmaq istəmir. İşğaldan əziyyət çəkmiş və hazırda Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olan Azərbaycanla səmimi dostluq və əməkdaşlıq etmək əvəzinə, işğalçı Ermənistanla bütün sahələrdə əlaqələrini genişləndirməklə məşğuldur.

    İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycanı təhdid edib.

    “Amili yazıçılarımızın yaradıcılığında keçən tipik cahil mollaların ümumi obrazıdır”.

    Bunu İranın Azərbaycana qarşı ikili siyasətini Trend-ə şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

    Deputat bildirib ki, İran birdən-birə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək və sanki Araz boyu Azərbaycana güc nümayiş etdirmək niyyəti ilə addım atdı: “İran bu addımı iki il qabaq atsaydı, hamı düşünərdi ki, Tehran ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində məscidləri dağıtmasına etiraz edir, çünki onlar özlərini müsəlman dövləti adlandırırlarsa, heysiyyata toxunan əsas məsələ məscidlərin dağıdılması olmalı idi. Ancaq Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi niyə İranı bu qədər qıcıqlandırmalıdır?! Niyə narahat etməlidir?! Onlar müsəlman deyillərmi?! Necə olur, Türkiyə, Pakistan müsəlman ölkələri kimi gəlib Azərbaycanla birgə hərbi təlimlərdə iştirak edir, amma İran əks tərəfdə bizə qarşı hərbi təlimlər keçir?! Bəs, onda İslam, müsəlmançılıq harada qaldı?

    Azərbaycan əraziləri işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən bir dövlət, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra sərhəddə təlimə başlayır. Buna görə də Azərbaycan haqlı olaraq soruşur ki, bəs, indiyə qədər niyə təlim keçirmirdiniz?

    Mənə elə gəlir ki, İran da öz siyasətində fərqli bir istiqamət tutacaq və anlayacaq ki, qonşularla münasibət qurmaq, Azərbaycanla səviyyəli əlaqələr yaratmaq İranın ancaq faydasına ola bilər. Məsələn, kommunikasiya xətlərinin açılmasından ən çox İran yararlanacaq. Ona görə də hansısa əsəbi formada Azərbaycana qarşı təhdid, yaxud da təzyiq göstərməyin heç bir mənası yoxdur. Bunun ancaq İran üçün mənfi nəticəsi ola bilər”.

    Deputat erməni işğalı dövründə iranlı işbazlar tərəfindən Azərbaycan ərazilərindən mülklərin sökülüb aparılmasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan bölgələrində iranlı işbazların dəsti-xətti aydın görünür: “Onlar ermənilərlə birgə həmin ərazilərdə insanlarımıza məxsus mülkləri söküb aparıblar. Azərbaycan tərəfinin bu məsələlər üzərində çox da durmaması o demək deyil ki, biz bunları unutmuşuq. Ona görə də İran çalışmalıdır ki, ermənilərlə birlikdə Azərbaycan ərazilərinin talan olunmasında iştirak etməklə yol verdiyi səhvi düzəltmək üçün müəyyən addımlar atmalıdır”.

    Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İranın Azərbaycanla sərhəddə təlimlər keçməsi, öz texnikasını vurub sıradan çıxartması İran ordusunun “qüdrətindən” xəbər verir: “Bu təlimlərin 30 ildən sonra, işğala son qoyulduqdan sonra keçirilməsi Azərbaycan cəmiyyətində və bütün dünya azərbaycanlılarında haqlı və əsaslı suallar doğurursa, dünya mediasında, sosial şəbəkələrdə bu işə ucuz şou kimi baxılır.

    İranın Ermənistanla olan yaxın münasibətlərini, sadəcə indi deyil, əvvəlki dövrlərdə də dəstək verməsini, onların 90-cı illərdə İrana görə yaşaya bilmələri faktını erməni rəsmiləri dəfələrlə ifadə ediblər. İşğal siyasətinin başında duran Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyirdi: “İran bizim üçün nəfəslik rolunu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”. Sonradan bu fikirləri fərqli formada cani, Xocalı soyqırımını törədən, əli günahsız körpələrin qanına batmış Koçaryan da ifadə edirdi.

    Bu ötən əsrə aid faktlardısa, ən son, 4 oktyabr 2021-ci il tarixli faktı da vurğulamaqda fayda var. Belə ki, Ermənistanın “newsarmenia” nəşri elə dünən – 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşündən xəbər verdi ki, bu görüş əsnasında səfir Tehranın qardaş Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğuladı. Deməli, siyasi xətt ötən əsrdən bu yana birdir- “qardaş xətti””.

    “O ki qaldı İranının hansısa əyalət mollasının ağzını açıb, gözünü yummasına, Azərbaycana qarşı iftiralar uydurmasına, ola bilər onların gözü erməni sevdası səbəbilə tutulub, Azərbaycan xalqının isə gözü açıqdır, şüurlu xalqdır. Kimin dost, düşmən olduğunu, hansısa amillərdən istifadə etməklə Azərbaycanda bölücülük salmaq istədiyini də aydın bilir. İran işğal zamanı torpaqlarımızda olan daşları belə daşıyaraq apardı. İllər ərzində İran Ermənistana nəinki təzyiq etmədi, əksinə başına sığal və tumar çəkdi. İşğal dövründə Ermənistanla iqtisadi layihələr həyata keçirdi.

    Azərbaycan isə heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Azərbaycan bununla əlaqədar olaraq ən yüksək səviyyədə mövqe səsləndirib. İran hamıya Qərbə, Şərq, İslam ölkələrinə, xristian ölkələrinə düşmən kimi yanaşır. Özünə bir dost saydığı ölkə var, o da Azərbaycan tərəfindən rəzil şəkildə məğlub edilən Ermənistan. Məscidlər dağıdılanda, orada donuz saxlanılaraq İslam dini təhqir olunanda harada idi bu adının yanına İslam sözünü düzüb qoşan ölkə? Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti kimi əhalisi az olan ölkə Ermənistanla diplomatik əlaqələr qurmadılar. İran isə…”.//milli.az

  • В России установлен очередной рекорд суточной COVID-смертности

    За сутки в России от коронавируса умерли 895 человек – это новый антирекорд за всю пандемию, последний максимум по числу скончавшихся был зафиксирован в воскресенье – 890 умерших.

    Общее число жертв COVID-19 в РФ выросло до 211 696.

    По данным Оперативного штаба на 5 октября в стране выявлено 25 110 новых случаев заражения.

    Всего в России за время пандемии зарегистрировано 7 637 427 случаев коронавирусной инфекции. Выздоровели 6 759 059 пациентов, в том числе 18 568 за последние сутки.

    Источник: “Интерфакс”

  • Rusiyada koronavirusdan rekord ölüm sayı qeydə alındı

    Rusiya Federasiyasında gün ərzində 895 nəfər koronavirusdan həyatını itirib.

    Bu, bütün pandemiyada yeni rekord göstəricidir, ölüm sayında son maksimum bazar günü qeydə alınmışdı – 890 ölüm.

    Ölümlərin çoxu Moskvada (72), Sankt-Peterburqda (58), və Sverdlovsk vilayətindədir (41 nəfər).

    Rusiyada COVID-19 qurbanlarının ümumi sayı 211 696-ya çatıb.

    Son sutka ərzində 25 110 yeni yoluxma hadisəsi aşkar edilib.

    Ümumilikdə, Rusiyada koronavirus infeksiyasına 7 637 427 yoluxma halı qeydə alınıb.

    Ölkədə artıq 6 759 059 xəstə, o cümlədən son sutka ərzində 18 568 nəfər sağalıb.

    Mənbə: “İnterfaks”

  • В Канаде вертолет упал в океан

    Один человек пропал без вести в результате падения вертолета в воды Тихого океана у берегов западной провинции Британская Колумбия.

    Как передает Report, об этом во вторник сообщил телеканал СВС.

    По данным канадского Совета по безопасности на транспорте, инцидент произошел в понедельник в 40 км к северу от населенного пункта Сешелт в районе пролива Джорджии. На борту вертолета Kaman K-MAX, спроектированного для перевозки грузов, находился только пилот. Его поиски продолжаются.

    О причинах падения вертолета данных пока нет.

  • Kanadada helikopter okeana düşüb

    Kanadanın qərb sahillərində helikopterin Sakit Okeana düşməsi nəticəsində bir nəfər itmiş sayılır.

    “Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

    Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasından telekanala bildirilib ki, hadisə Corciya boğazında Sesçelt yaşayış məntəqəsindən 40 kilometr şimalda baş verib.

    Yük daşımaq üçün hazırlanmış “Kaman K-MAX” helikopterində yalnız pilot olub. Onun axtarışları davam edir.

    Helikopterin düşməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

  • Dünya çempionatı: Azərbaycan güləşçisi medalsız qalıb

    Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

    “Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

    Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

    Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi – Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

  • В работе Instagram и Facebook произошел сбой

    Пользователи Instagram и Facebook в разных странах сообщили о масштабных сбоях в работе соцсети.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом свидетельствуют данные сайта Downdetector.

    Количество жалоб на неполадки в работе сервиса выросли в пять раз по сравнению с утренними часами, больше всего проблем — у американских юзеров. Также о проблемах сообщили пользователи из России, Британии, Франции, Германии, Нидерландов и других стран.

    В Instagram почти половина неполадок связана с работой приложения, примерно четверть случаев приходится на сайт, столько же — на соединение с сервером. Сбои в Facebook преимущественно касаются работы сайта, а также приложения и соединения с сервером.

  • İnstaqramın işində növbəti dəfə nasazlıqlar yaranıb

    Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində yenidən problem yaranıb.

    “Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

    Xidmətin məlumatına görə, istifadəçilər sosial şəbəkənin işindəki fasilələrdən şikayətlənirlər.

    Sosial şəbəkənin işindəki nasazlıqlar əsasən ABŞ, İngiltərə, Avropa, Kanada, Rusiya və digər ölkələrdə müşahidə olunur.

    İstifadəçilərin 54%-i tətbiqdəki problemdən, 25%-i vebsaytın yüklənməməsindən, digər 39%-i şəbəkəyə qoşulmaqdan şikayətlənir.

    Qeyd edək ki, ötən gün “Facebook”, “Instagram” və “WhatsApp”, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb.

  • Иран готов помочь Армении создать альтернативу дороге Горус-Гафан – ВИДЕО

    Мы готовы помочь Армении в строительстве новой альтернативной дороги.

    Об этом заявил заместитель министра градостроительства и дорог Ирана Хайруллах Хадеми в ходе визита в эту страну.

    Целью его поездки является ознакомление с планами по созданию альтернативной дороги, проходящей через Татев. Речь идет о трассе, строительство которой Армения вот уже несколько месяцев не может начать.

    Подробнее об этом в сюжете Baku TV.