Month: October 2021

  • Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutulub

    Bakıda axtarışda olan şəxs saxlanılıb.

    Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Emil Qasımov tutulub. O, rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilmişdi.

    Belə ki, saxlanılan şəxs iki övladına görə keçmiş həyat yoldaşına müəyyən müddətdir aliment ödəməkdən boyun qaçırır. Köməksiz qalan qadın isə polis əməkdaşlarına müraciət edib.

    Dindirilmə zamanı müəyyən olunub ki, E.Qasımov tüfeyli həyat tərzi keçirir.

    Daha sonra E.Qasımov Binəqədi Rayon İcra və Probasiya şöbəsinə təhvil verilib, eləcə də borclu olduğu alimentin bir hissəsi ödətdirilib.

  • Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib

    Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

    İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

  • Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

    Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən də Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələrin Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin həmsədrliyilə üçtərəfli İşçi Qrupu çərçivəsində müzakirəsi və həlli daha məqsədəuyğundur.

    Bunu Rusiya XİN-in informasiya və nəşriyyat departamentinin rəhbəri Mariya Zaxarova ənənəvi brifinq zamanı bəyan edib.

    O, bildirib ki, artıq İşçi Qrupun səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirir.

    “Biz hesab edirik ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsində üçtərəfli razılaşmalara riayət etmək doğru yanaşmadır”, -deyə XİN rəsmisi əlavə edib.

  • Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? – DİN araşdırmalara başladı

    Son günlər məktəblərin qarşısında uşaqlara narkotik vasitələrin verilməsi ilə bağlı iddialar yayılır.

    Bu barədə “WhatsApp” sosial şəbəkəsində səs yazıları yayımlanır.

    Bildirilir ki, məktəblərin ərazisində uşaqlara konfet verməklə narkotik vasitələrə cəlb edirlər.

    Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

    DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma belə halın olması ilə bağlı məlumat daxil olmayıb:

    “Yayılan səs yazısı faktsızdır. Təxribat məqsədi daşıyır. Ölkə ərazisində bu və digər hallarla bağlı əməliyyat şəraitinə fasiləsiz nəzarət olunur, daxil olan bütün məlumatlar dərhal yoxlanılır. Sosial şəbəkələrdə yayılan bu səs yazısı ilə bağlı araşdırmalar aparılır”.

  • Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

    Bakıda daha bir məktəb distant tədrisə keçib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

    Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

    Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.

  • “Barselona”ya müvəqqəti baş məşqçi təyin olunub

    “Barselona”ya müvəqqəti baş məşqçilik edəcək şəxsin adı məlum olub.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, yeni çalışdırıcı təyin olunana qədər kataloniyalılara “Barselona B”nin baş məşqçisi Serxi Barxuan rəhbərlik edəcək.

    Klub prezidenti Joan Laporta bu gün onu məşqçilər korpusuna və futbolçu heyətində təqdim edəcək.

    Qeyd edək ki, niderlandlı mütəxəssis Ronald Kuman istefaya göndəriləndən sonra Xavi Ernandesin baş məşqçi postuna gətirilməsi gözlənilir.

  • Gəncədə ata və övladlarının ölümünə səbəb olan hadisə necə baş verib? – TƏFƏRRÜATI

    Gəncənin Kəpəz rayonununda fərdi yaşayış evində baş verən və bir ailənin üç üzvünün ölümünə səbəb olan dəhşətli yanğın hadisəsinin bəzi detalları məlum olub.

    Hadisə bu gün səhər saatlarında “Natavan-2” qəsəbəsində fərdi yaşayış evində baş verib. Hadisə zamanı evdə olan 31 yaşlı Bahəddin Məmmədov və onun övladları – 14 yaşlı Turqay Məmmədov və 9 yaşlı Mələk Məmmədova yanaraq dünyasını dəyişib.

    İlkin ehtimallara görə, hadisə evi isitmək üçün elektrik sobasından istifadə edilən zaman elektrik xətlərində yaranan qısaqapanmadan baş verib. Dünyasını dəyişən Bahəddin Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir. Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Azərbaycanda vəzifəli şəxsə hökm oxundu

    Gəncə Ağır Cinayətlər Məhkəməsində “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş verən qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq aparılıb.

    Aparılan istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru H.Səfərov 2018-2019-cu illər ərzində tərtib edilən sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.

    İş üzrə toplanan sübutlar əsasında H.Səfərova 26 aprel 2021-ci il tarixində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, H.Səfərov daha əvvəl Ağdam rayon Üçoğlan bələdiyyəsinin sədri vəzifəsində də işləyib.

  • Instagram позволил всем пользователям добавлять гиперссылки в сторис

    Instagram разрешил всем пользователям добавлять гиперссылки в сторис, независимо от статуса аккаунта.

    До сих пор функция была доступна только верифицированным аккаунтам или страничкам с большим числом подписчиков.

    В Instagram подчеркнули, что дали возможность добавлять ссылки всем, так как получили множество откликов от пользователей, говоривших, что “тоже хотят делиться с друзьями и семьей вещами, имеющими для них значение”.

    За последние несколько недель это уже третье крупное нововведение Instagram. Ранее соцсеть увеличила длительность видео, загружаемых в основную ленту, с одной минуты до часа, а также разрешила создавать совместные посты и Reels владельцам двух аккаунтов.

    Источник: “Медуза”

  • “Instagram” istifadəçilərinin NƏZƏRİNƏ: Yeni funksiya aktiv edildi

    “Instagram” statusundan asılı olmayaraq bütün istifadəçilərə hekayə bölmələrinə hiperlink əlavə etməyə icazə verib.

    İndiyədək sözügedən funksiya yalnız təsdiqlənmiş hesablar və ya çox sayda abunəçi olan hesablar üçün aktiv idi.

    “Instagram” istifadəçilərindən “vacib olan məlumatları dostları və ailəsi ilə də paylaşmaq istədikləri” ilə bağlı aldıqları çoxsaylı mesaja görə hər kəsə bu imkanı yaratdığını vurğulayıb.