Month: October 2021

  • Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçilib

    Məhkəmə-Hüquq Şurasına iki yeni üzv qəbul edilib.

    Bu barədə “Report”a Şuradan məlumat verilib.

    Bildirilib ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub.

    Qeyd edilib ki, həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb: “Nnamizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər”.

    Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının 15 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.

  • “İnter” argentinalı hücumçu ilə müqaviləni uzadıb

    İtaliya “İnter”i futbolçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.

    Argentinalı hücumçunun sözləşməsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb.

    İtaliyalı jurnalist Fabritsio Romanonun iddiasına görə, müqavilədən 111 milyon avroluq təzminat məbləği ilə bağlı bənd çıxarılıb.

    Qeyd edək ki, 24 yaşlı forvardın Milan təmsilçisi ilə hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi. Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan keçib.

  • Rusiya XİN-dən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

    Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən də Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələrin Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin həmsədrliyilə üçtərəfli İşçi Qrupu çərçivəsində müzakirəsi və həlli daha məqsədəuyğundur.

    Bunu Rusiya XİN-in informasiya və nəşriyyat departamentinin rəhbəri Mariya Zaxarova ənənəvi brifinq zamanı bəyan edib.

    O, bildirib ki, artıq İşçi Qrupun səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirir.

    “Biz hesab edirik ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsində üçtərəfli razılaşmalara riayət etmək doğru yanaşmadır”, -deyə XİN rəsmisi əlavə edib.

  • Naməlum şəhid qəbirlərinə yeni başdaşı qoyulacaq – RƏSMİ

    “Şəhidlər Xiyabanındakı naməlum qəbirlərin hamısı açılıb, nümunələr götürülüb”.

    Bu barədə Modern.az-a Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

    O qeyd edib ki, məzarlardan götürülən nümunələr ekspertiza mərhələsindədir:

    “Hazırda prosesin nə yerdə olduğu, hansı qəbirlərin şəxsiyyətinin müəyyənləşdirildiyi haqqında bilgimiz yoxdur. Şəxsiyyəti dəqiqləşdirilən məzarlar haqqında bizə məlumat verildiyi halda qəbirlərə yeni başdaşlarının qoyulmasını həyata keçirəcəyik. Bu barədə öncə dəqiq məlumat olmalı və Trestə tapşırıq verilməlidir”.

    Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.

    Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib. Daha sonra Birinci Şəhidlər xiyabanında 23, İkinci Şəhidlər xiyabanında 9 olmaqla, ümumilikdə 32 naməlum qəbir açılaraq, nümunələr götürülüb.

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bir neçə il əvvəl gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülüb. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

  • Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artıb

    Dünyada COVID-19 virusuna yoluxma halları və virusdan ölənlərin sayı son iki ay ərzində ilk dəfədir ki, artmağa başlayıb.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

    Bunu Avropada qeydə alınan artımın başqa regionlardakı azalmanı üstələməsi ilə izah edən təşkilat rəhbəri əlavə edib:

    “Hazırkı rəqəmlər COVID-19 pandemiyasının başa çatmasını söyləməyin hələ çox tez olduğunu göstərir”.

  • В Грузии мэр-азербайджанец приступил к исполнению обязанностей

    Мэр Марнеульского района Грузии Кянан Омаров приступил к исполнению обязанностей.

    Информацию распространила правящая партия “Грузинская мечта”.

    Сообщается, что на прошедших 2 октября выборах в органы местного самоуправления 44 кандидата от партии “Грузинская мечта” были избраны мэрами и с 27 октября приступили к исполнению своих обязанностей.

    К.Омаров был избран мэром, набрав 68,12% голосов. Он с 2016 года руководил Тбилисским образовательным ресурс-центром, а с января текущего года являлся заместителем мэра.

  • Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb

    Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun meri Kənan Ömərov vəzifəsinin icrasına başlayıb.

    Bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyası məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü Arzusu”nu təmsil edən 44 namizədi mer seçilib və onlar oktyabrın 27-dən səlahiyyətlərini yerinə yetirməyə başlayıblar.

    Qeyd edək ki, K.Ömərov seçkilərdə 68,12 % səslə mer seçilib. 2016-cı ildən o, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri, bu ilin yanvarın 29-dan isə mer müavini vəzifəsində çalışıb.

  • Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

    Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 4 bank qoşulub.

    Məlumata görə, bunlar “Bank Avrasiya”, “Muğan Bank”, “PAŞA Bank” və “Premium Bank” ASC-lərdir. Həmin banklar müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edib. Beləliklə, onların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.

    Hazırda 20 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

  • Tovuzda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub

    Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    İş hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2020-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu qısqanclıq zəmnində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.

    Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirisə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

  • Mahir Emrelinin komandası Polşa Kubokunda mərhələ adlayıb

    Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu ölkə kubokunda növbəti oyununu keçirib.

    “Report”un məlumatına görə, Varşava təmsilçisi 1/16 finalda “Svit Skolvin”lə üz-üzə gəlib.

    Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib. Emreli görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

    35-ci dəqiqədə 24 yaşlı hücumçunun başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Emreli 50-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.