Month: October 2021

  • Gürcüstan Prezidenti: “Saakaşvili əfv edilməyəcək”

    Gürcüstan Prezidenti Salome Zurabişvili Mixeil Saakaşvilini əfv etməyəcəyini bildirib.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

    Prezidentin fikrincə, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

    Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçmiş prezident Mixeil Saakaşvilinin saxlanıldığını bildirib.

  • Hərbçi paltarı geyinib “əliləm” dedi, amma…

    “2-ci Dünya müharibəsindən sonra bəzi adamlar hərbi paltar geyinərək bir sıra qanunsuz əməllər törətməyə başladılar. NKVD-nin araşdırmalarından sonra məlum olurdu ki, həmin şəxslər xəstəlik adı ilə müharibədən yayınıblar”.

    Milli.Az bildirir ki, jurnalist Azər Qismət bunu Facebook profilində yazıb.

    O, bildirib: “Azərbaycanda 1-ci Qarabağ müharibəsindən sonra da bəzi şəxslər hərbi paltar geyinərək sui-istifadə hallarına yol verdilər, bəziləri obyektlər sahibi oldular.

    Artıq 44 günlük Zəfər savaşından sonra da belə hallar müşahidə edilməkdədir. Bəzi sosial şəbəkələrdə məlumat yayıldı ki, Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğluna yardım göstərilmir. Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi ilə əlaqə saxladım. Ordan mənə deyildi ki, Babək Mürsəlov heç vaxt hərbi səbəblərdən əlil olmayıb. Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən 5 il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb.

    2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik 5 il müddətinə uzadılıb. Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəb ilə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb. Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb. O, artıq bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib.

    Hərb və qazilik adından istifadə etmək əsl şəhid və qazilərimizin adına təhqirdir”.

  • İranın Dövlət atributuna qarşı edilən hərəkət qəbuledilməzdir – VİDEO

    İranın Azərbaycadakı səfirliyinin qarşısında edilən hərəkət sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

    Yeri gəlmişkən, qonşu ölkənin milli atributlarına qarşı hörmətsizlik edən gənclər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Politoloqların fikrincə, bu cür etiraz iki ölkə arasındakı münasibətlərin ruhuna ziddir. Həmçinin, dövlət atributuna qarşı bu hərəkət qəbuledilməzdir.

    Hər hansı məsələ varsa, bunu ümumi qəbul olunan siyasi yollarla çatdırmaq daha məqsədəuyğundur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Mahir Emreli: “Mən Ronaldu deyiləm” – VİDEO

    “Sosial şəbəkələrdə mənə mesaj yazanlara bəzən cavab yazıram”

    Bu sözləri futbolçu Mahir Emreli İTV efirində gedən “Bol idman” verilişində müsahibəsi zamanı deyib.

    Futbolçu aparıcının “Kriştianu Ronaldunun həyatında Ser Aleks Ferqyuson önəmli rol daşıyırsa, yəqin ki sizin də həyatınızda Qurban Qurbanov elə rol oynayır” sualına “Mənə görə müəllimimin Aleks Ferqyusondan heç bir əskik tərəfi yoxdur. Amma mən Ronaldu deyiləm” – deyə, cavab verib.

    Veriliş oktyabrın 5-i saat 00:05-də İctimai TV-nin efirində yayımlanacaq.

  • Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

    Gədəbəydə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə “Söyüdlü yolu” adlanan ərazidə qeydə alınıb.

    Belə ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb

    Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb.

    Nekroloqda deyilir:

    “Azərbaycan mədəniyyətinə itki üz verib!

    Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.

    Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.

    İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə “Arzu” Xalq Çalğı Alətləri Ansamblı ilə “Oxu tar”, “İstedadlar axtarırıq”, müsabiqələrinin, “SSRİ-Yunan gəncləri” Festivalının laureatı olub.

    1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi “Gözlərimin yaşı”, “Bəyaz gecələr”, “Gül ki, ürəyim gülsün”, “Bizim Metropoliten” kimi mahnıların ifaçısı olub.

    Allah rəhmət elsin!”

  • МВД Грузии опубликовало кадры перевода Саакашвили в пенитенциарное учреждение – ОБНОВЛЕНО + ВИДЕО

    Министерство внутренних дел Грузии распространило видеокадры перевода бывшего президента Грузии Михаила Саакашвили в учреждение по исполнению наказаний.

    Отметим, что по имеющейся информации, М.Саакашвили содержится в пенитенциарном учреждении в Тбилиси.

    20:53

    Бывший грузинский президент Михаил Саакашвили, задержанный в пятницу в Грузии, предположительно переведен в тюрьму в Тбилиси, передает грузинский телеканал “Пирвели”.

    “Саакашвили, предположительно, переведен в матросовскую тюрьму в Тбилиси”, – передает телеканал.

    По его данным, ожидается приезд соратников Саакашвили к зданию тюрьмы.

    Источник: Спутник Грузия

    20:21

    Экс-президента Грузии Михаила Саакашвили задержали, сообщил премьер-министр страны Ираклий Гарибашвили. Он уже перевезен в пенитенциарное учреждение, сказал глава Кабмина на специальном брифинге.

    “У наших правоохранительных структур заранее была информация о его перемещении – от Украины до Грузии. Этот процесс был под полным контролем”, – сказал премьер.

    И.Гарибашвили выразил благодарность главе МВД Вахтангу Гомелаури и руководителю СГБ Григолу Лилуашвили.

    Ранее в МВД и правящей партии “Грузинская мечта” заявляли, что М.Саакашвили не пересекал границу Грузии и находится в Украине.

    Источник: Эхо Кавказа

  • Saakaşvilinin polis tərəfindən tutulma anı – YENİLƏNİB + VİDEO

    Gürcüstan mətbuatı ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq təcridxanaya gətirilən Mixail Saakaşvilinin görüntülərini yayımlayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilir.

    20:53

    Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı təcridxananın qarşısına toplaşır.

    Bir neçə saat əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilir.

    Mənbə yazır ki, bu dəqiqələrdə M. Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı “Matrosovski təcridxana”nın qarşısına toplaşırlar.

    Mənbə: İptv.ge

    20:13

    Batumi şəhərində olduğu iddia edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

    Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.

    Baş nazir bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarətdə saxlanılıb.

    İ. Qaribaşvili Gürcüstanın daxili işlər nazirinin və Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbərlərinə minnətdarlığını ifadə edib.

    Mənbə: “Ekhokavkaza”

  • Бывшего директора Черкизовского рынка Тельмана Исмаилова задержали в Черногории

    Бывший директор московского Черкизовского рынка предприниматель Тельман Исмаилов был задержан в Подгорице (Черногория) на основании ордера, выданного Россией.

    По предварительной информации, он обвиняется в организации убийства двух предпринимателей. Обвинение Т.Исмаилову было предъявлено 11 ноября 2017 года, розыск бизнесмена велся по линии Интерпола.

    В июне текущего года полиция Черногории сообщала, что они ищут в районе Подгорицы двух иностранных граждан, на которых был выдан международный ордер на арест. Одним из них был предприниматель Тельман Исмаилов.

    Т.Исмаилов, который входил в список богатейших бизнесменов России, в 2009 году получил масштабные претензии со стороны правоохранительных органов в отношении деятельности Черкизовского рынка, крупнейшего на тот момент центра мелкооптовой торговли в Москве. Рынок закрыли после того, как органы санитарного контроля обнаружили там многочисленные нарушения.

    В феврале 2020 года Мособлсуд признал виновным в убийстве и незаконном обороте оружия брата бывшего владельца Черкизовского рынка – Рафика Исмаилова, приговорив того к 17 годам колонии.

    Источник: ТАСС

  • Telman İsmayılov Monteneqroda saxlanılıb

    Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Monteneqroda saxlanılıb.

    T.İsmayılovun Podqoritsa şəhərində saxlanıldığ yazılır.

    Qeyd edək ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub.

    Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlanıb.

    Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

    Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

    Mənbə: “Vijesti”