Month: October 2021

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 68 732 человека.

    При этом 16 611 из них получили первую дозу препарата, 52 121 – вторую.

    Об этом 1 октября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 623 360 доз вакцины от COVID-19.

    При этом 4 778 843 человека получили первую дозу препарата, 3 844 517 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 732 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 121 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.

  • Maskalı şəxslər Messinin ailəsi qaldığı məşhur hotelə basqın edib

    Naməlum şəxslər PSJ-nin argentinalı futbolçusu Lionel Messinin yaşadığı “La Royal Monceau” hotelini qarət ediblər.

    Belə ki, cinayətkarlar binanın damından enərək Lionel Messinin mənzilindən bir mərtəbə yuxarıdakı dəhlizə daxil olublar.

    Maskalı şəxslər dörd otaqdan pul və qiymətli əşyalar oğurlayıblar.

    Ailəsi ilə birlikdə hoteldə yaşayan L. Messinin isə artıq fərdi ev aldığı və yaxın günlərdə oraya köçəcəyi bildirilir.

    Mənbə: “Daily Mail”

  • Бывшего директора Черкизовского рынка Тельмана Исмаилова задержали в Черногории

    Бывший директор московского Черкизовского рынка предприниматель Тельман Исмаилов был задержан в Подгорице (Черногория) на основании ордера, выданного Россией.

    По предварительной информации, он обвиняется в организации убийства двух предпринимателей. Обвинение Т.Исмаилову было предъявлено 11 ноября 2017 года, розыск бизнесмена велся по линии Интерпола.

    В июне текущего года полиция Черногории сообщала, что они ищут в районе Подгорицы двух иностранных граждан, на которых был выдан международный ордер на арест. Одним из них был предприниматель Тельман Исмаилов.

    Т.Исмаилов, который входил в список богатейших бизнесменов России, в 2009 году получил масштабные претензии со стороны правоохранительных органов в отношении деятельности Черкизовского рынка, крупнейшего на тот момент центра мелкооптовой торговли в Москве. Рынок закрыли после того, как органы санитарного контроля обнаружили там многочисленные нарушения.

    В феврале 2020 года Мособлсуд признал виновным в убийстве и незаконном обороте оружия брата бывшего владельца Черкизовского рынка – Рафика Исмаилова, приговорив того к 17 годам колонии.

    Источник: ТАСС

  • Telman İsmayılov Monteneqroda saxlanılıb

    Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Monteneqroda saxlanılıb.

    T.İsmayılovun Podqoritsa şəhərində saxlanıldığ yazılır.

    Qeyd edək ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub.

    Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlanıb.

    Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

    Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

    Mənbə: “Vijesti”

  • Gürcüstan əlavə milyon doza “Sinopharm” əldə edib

    Gürcüstana koronavirusa qarşı Çin istehsalı olan milyon doza “Sinopharm” peyvəndi çatdırılıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Gürcüstanda Çin peyvəndi ilə vaksinasiya yaşı 18-dən yuxarı olan vətəndaşlar üçün nəzərdə tutulub. İki doza arasında interval 21-28 gün təşkil edir.

    Oktyabrın 1-nə olan məlumata əsasən, qonşu ölkədə 1 799 446 nəfər vaksin olunub. Onların 984 595-i peyvəndin bir dozasını, 814 851-i isə hər iki dozasını vurdurub.

  • Belarus səfirliyinin binası mühasirəyə alınıb

    Belarus Respublikasının Qırğız Respublikasındakı səfirliyinin binası təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

    Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

    Binanın mühasirəyə alınmasının səbəbi açıqlanmayıb.

  • Naxçıvan Ali Məclisi Aparatına yeni şöbə müdiri təyin edilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinə yeni müdir təyin olunub.

    Bu vəzifəyə Naim Etibar oğlu Cahidzadə təyinat alıb.

    Qeyd edək ki, Naim Cahidzadə “Naxçıvan” Universitetində İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.

  • UEFA Cüneyt Çakır və köməkçisini cəzalandırıb

    UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.

    Səbəb onların İtaliyada “Milan” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələridir.

    Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmağı qərara alıb. Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.

    Qeyd edək ki, Cüneyt Çakır “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində “Milan”ın futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.

  • Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar aşkarlanıb

    “Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərlə mübarizəyə başlayıb”.

    Bunu “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

    “Son zamanlar aparılan müşahidələr onu göstərir ki, xüsusilə Bakıətrafı kəndlərdən, metronun “Koroğlu” stansiyası istiqamətində, eləcə də Abşeron və Sumqayıtdan metronun “20 Yanvar” stansiyası istiqamətində sərinişindaşıma ilə məşğul olan mikroavtobusların fəaliyyətləri aşkarlanıb. Daha sonra dövlətin qanuni ictimai nəqliyyatına maneə yaradan və vətəndaşların təhlükəsiz nəqliyyat ehtiyaclarını ödəməyə qarşı yönəlmiş bu addımlarla mübarizə tədbirləri həyata keçirilib”.

    “Bir daha bu şəxslərə xəbərdarlıq edirik ki, dövlətin və vətəndaşın yol hərəkəti təhlükəsizliyi baxımından nəzərdə tutulan mənafeyinə xələl gətirən addımlara yol verilməsin. Belə addımlar atmaqla nəzərdə tutulmuş ictimai nəqliyyatın rentabelliyinə təsir etməklə həmin şəxslər süni şəkildə çətinlik yaradaraq işlərə mane yaratmasınlar.

    Binə Atıcılıq Mərkəzi istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan 3 mikroavtobus sürücüsü artıq xətdən uzaqlaşdırılıb və lazımi tədbirlər görülüb. Həmin mikroavtobuslar 169A marşrut xəttinə maneçilik yaradırdı”, – o vurğulayıb.