Month: October 2021

  • XİN-in keçmiş əməkdaşına yüksək vəzifə verildi

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, bu vəzifə Arif Baloğlan oğlu Məmmədova həvalə edilib.

    O, indiyə qədər Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

    A.Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.

    O, müxtəlif illərdə Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində (XİN) və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.

  • Ильхам Алиев принял посла Кыргызстана

    Президент Азербайджана Ильхам Алиев 28 октября принял верительные грамоты новоназначенного посла Кыргызстана в АР Кайрата Осмоналиева.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada hərbi şirkəti iflasa uğrayıb

    Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Türkiyəyə embarqo tətbiq edən Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti iflasa uğrayıb.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, bu, yoxlama, vergi və tərcüməçi xidmətləri yerinə yetirən KPMG-nin hesabatında əksini tapıb.

    Qeyd edk ki, “Telemus Sistemleri Inc.” şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib, əsas müştəriləri isə Türk Havaçılıq və Kosmik Sənaye AŞ (TUŞAŞ) olub. Kanada hökuməti 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədiyinə görə həmin ilin oktyabr ayında Türkiyəyə silah embarqosu tətbiq edib və bundan sonra “Telemus Sistemleri Inc.” Şirkəti mallarının satışında problemlərlə üzləşməyə başlayıb. Kanada hökuməti tərəfindən “Telemus Sistemleri Inc.” şirkətinin ixracat icazələri isə 2021-ci ilin aprelində ləğv edib.

    2020-ci ildə “Telemus Sistemleri Inc.” şirkəti 360 min dollar, bu il iyulun 31-də istehsalı dayandırmazdan əvvəl isə 2021-ci ildə 1,1 milyon dollar zərərə uğradığını açıqlayıb. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.

  • Daha 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

    Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

    Apasport.az saytının məlumatına görə, mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb.

    Boksçumuz Alfonso Dominqes AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. Tokio-2020-nin də mükafatçısı olan Dominqes rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26) hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

    Tayfur Əliyev (60 kq) 1/32 final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.

    Qeyd edək ki, dünya çempionatının dördüncü günündə daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Yonas Yazeviçiuslə (Litva) gücünü yoxlayacaq.

  • Капитал Илона Маска превзошел капитализацию Exxon Mobil

    Личный капитал Илона Маска приближается отметке в 300 млрд долларов США после того, как капитализация основанной им компании Tesla превысила 1 трлн долларов США. Этого достаточно, чтобы превзойти стоимость одной из крупнейших нефтегазовой компаний мира ExxonMobil.

    Как передает Report, об этом сообщает CNN Business.

    По данным Bloomberg Billsaires Bloomberg Billies, по состоянию на 25 октября стоимость принадлежащих лично Илону Маску активов составила 289 млрд долларов США. Это превышает капитализацию нефтегазовой компании Exxon Mobil — 272 млрд долларов США.

    Кроме того, стоимость активов, принадлежащих Маску, выше, чем суммарное богатство таких мульти-миллиардеров, как Билл Гейтс и Марк Цукерберг.

    Такой стремительный рост можно объяснить тем, что в минувший понедельник акции Tesla выросли за сутки более чем на 12% после того, как прокатный сервис Hertz объявил о покупке 100 тыс. электромобилей Teslas для своего флота, а влиятельный аналитик Morgan Stanley Адам Джонас поднял прогнозную стоимость ценных бумаг Tesla до 1 200 долларов США за акцию.

    Отмечается, что рыночная стоимость Tesla более чем в три раза превышает капитализацию японской автомобильной корпорации Toyota, составляющую около 280 млрд долларов США.

  • İlon Maskın kapitalı “ExxonMobil”in kapitallaşmasını ötüb

    İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin maliyyələşməsi 1 trilyon ABŞ dollarını ötdükdən sonra onun şəxsi kapitalı 300 milyard dollara yaxınlaşır. Bu isə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “ExxonMobil”in dəyərini ötməyə kifayət edir.

    “Report” xəbər verir ki, bu barədə “CNN Business” məlumat yayıb.

    “Bloomberg Billsaires”in məlumatına görə, oktyabrın 25-də İlon Maska məxsus aktivlərin dəyəri 289 milyard ABŞ dolları təşkil edib. Bu, “ExxonMobil” neft-qaz şirkətinin kapitallaşmasını (272 milyard ABŞ dolları) üstələyir.

    Bundan əlavə, Maskın aktivləri Bill Qeyts və Mark Zukerberq kimi multimilyarderlərin ümumi sərvətindən daha artıqdır.

    Bu cür sürətli artım “Hertz” icarə xidmətinin öz donanması üçün 100 min “Tesla” elektromobili aldığını elan etməsi və “Morgan Stanley”nin nüfuzlu analitiki Adam Consun “Tesla”nın qiymətli kağızlarının proqnoz dəyərini bir səhm üçün 1 200 ABŞ dollarına qədər qadırmasından sonra “Tesla” səhmlərinin sutka ərzində 12%-dən çox bahalaşması ilə izah edilə bilər.

    Qeyd olunur ki, “Tesla”nın bazar dəyəri Yaponiyanın “Toyota” avtomobil korporasiyasının kapitallaşmasından – təxminən 280 milyard ABŞ dolları təşkil edir – üç dəfə çoxdur.

  • Rumıniyada koronavirus məhdudiyyətlərin tətbiqi turizm sahəsinə ciddi zərbə vurub

    Rumıniyada turistlər tətil üçün əvvəlcədən sifariş edilmiş səyahət paketlərini ləğv etməyə tələsirlər. Median.Az AZƏRTAC-a istinadən bildirir ki, otelçilər deyirlər ki, hakimiyyət tərəfindən irəli sürülmüş yeni məhdudiyyətlər Rumıniyada turizmə ciddi təsir göstərir. Yeni məhdudiyyətlər səbəbindən bir çox turist dağ istirahət yerlərini tərk edib. Predealdakı bəzi otel menecerləri deyirlər ki, turistlərin 90 faizini bron edilmiş tətillərini tərk edib. Maramureşdə hotellərin doluluq nisbəti 80 faizə yaxın olub, lakin hakimiyyətin qərarından sonra kəskin şəkildə azalıb. Otel sahibləri deyirlər ki, restoranlar yalnız 50 faiz tutumla işləyə bildiyi üçün işçiləri məzuniyyətə göndəriblər.

    Qeyd edək ki, Fövqəladə Hallar üzrə Milli Komitə tərəfindən müəyyən edilmiş və Rumıniya hökumətinin fərmanı ilə təsdiq edilmiş yeni məhdudiyyətlər oktyabrın 25-dən qüvvəyə minib.

  • Körpəni 40 gün çimizdirmədilər, görün nə hala qaldı – FOTO

    Azərbaycanda 40 günlük körpədə çimizdirilmədiyi üçün dəri xəstəliyi əmələ gəlib.

    Median.Az bildirir ki, “40-ı çıxsın çimizdirərik” düşüncəsi azyaşlının dərisinə ciddi ziyan vurub.

    Bu barədə pediatr Günay Rəsulova paylaşım edib.

    Paylaşımda mütəxəssis qeyd edib ki, körpələrin dərisini bu hala salmaq doğru deyil: “Göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır. Körpə dərisi qurumağa, qabıqlanmağa meylli olduğu üçün daimi nəmləndirmə, xüsusilə çiməndən sonra nəmləndirici krem istifadəsi vacibdir. Bu körpəmizin dərisi həm də infeksiyalaşmışdı”.

    Pediatrın sözlərinə görə, sözügedən azyaşlı müalicədən 1 həftə sonra sağalıb.

  • Lerikdə şəhid zabit Cəlil Cavadovun anım günü qeyd olunub

    Lerikdə Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Cavadovun anım günü qeyd olunub.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə şəhidin il mərasimi məzarının ziyarət edilməsi və Cəngəmiran kəndində Şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı ilə təşkil edilib.

    Xatirə kompleksində 48 şəhidin mərmər lövhə üzərində şəkilləri əks olunub. Anım mərasimində şəhidlərin ailə üzvləri, qazilər, rayon rəhbərliyi, hərbçilər iştirak edib. İlk öncə şəhidlərin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Silahlı Qüvvələrin polkovniki Abdulla Qurbani mərasimdə çıxış edib.

    Qeyd edək ki, Cəlil Ağaddin oğlu Cavadov 1989-cu il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2006-cı ildə liseyi bitirərək H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2010-cu ildə motoatıcı ixtisasını bitirib. Peşəkar zabit olaraq xidmətini qüsursuz yerinə yetirib. C.Cavadov ikinci Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində yüksək igidlik və rəşadətlə döyüşüb.

    C.Cavadov Xocavənd istiqamətində gedən ağır döyüşdə mühasirəyə düşsə də, süşmənə sarsıdıcı zərbələr endirərək, xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 27-də gedən ağır döyüşlərdə şəhid olub.

    C.Cavadov Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə”,”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!