Month: October 2021

  • Ağdaş və Ucarda Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd edildi

    Ağdaş və Ucarda 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərinin ildönümləri qeyd olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ağdaşda şəhid Bəxtiyar Mənsur oğlu Maxsudovun, Ucarda isə şəhid Kərim Məhəmmədəli oğlu Əliyevin ildönümü münasibətilə anım mərasimləri keçrilib.

    Ağdaşda şəhid Maxsudov Bəxtiyar Mənsur oğlunun ildönümünə həsr olunmuş “Vətənin igid oğlu” adlı anım tədbiri rayonun Tofiqi kəndində, şəhidin abidəsi önündə keçirilib. Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Eyni zamanda digər şəhidlərin də məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub.

    Mərasim çərçivəsində Tofiqi kəndinin orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib. Eyni zamanda şəhid Bəxtiyar Maxsudovun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açılıb.

    Qeyd edək ki, Maxsudov Bəxtiyar Mənsur oğlu 1996-cı il oktyabr ayının 1-də Ağdaş rayonunun Tofiqi kəndində anadan olub. O, 2014-cü ildə orta məktəbi bitirdikdən sonra 2014-cü ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısının alınmasında fəal iştirak edib, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində xüsusi fədakarlıq göstərib.

    İkinci Qarabağ müharıbəsi başlayanda bir çoxları kimi Bəxtiyar da cəbhəyə yollanıb. O, düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında mühüm rol oynayıb. B.Maxsudov oktyabrın 24-də Suqovuşan istiqamətində gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Ağdaş rayonuna gətirilərək Tofiqi kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Bəxtiyar Maxsudov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” medalları ilə (ölümündən sonra-red) təltif edilib.

    Ucarda Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Əliyev Kərim Məhəmmədəli oğlunun ildönümünə həsr olunmuş anım tədbiri rayonun Alpout kəndində, Şəhidin məzarı önündə keçirilib. Mərasimdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Bundan digər şəhidlərin də məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub. Alpout kəndinin orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib. Bundan sonra Kərim Əliyevin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açılıb.

    Qeyd edək ki, şəhid Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1998-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. O, 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu müvəffəqiyyətlə başa vuraraq xidmətini XTQ qüvvələri sıralarında kəşfiyyatçı gizir kimi davam etdirib.

    Kərim Əliyev 2020-ci ilin oktyabrında Füzuli rayonu istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, 24 oktyabrda Ucar rayonunun Alpout kənd qəbiristanlığında dəfn olunub.

    K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

    Allah rəhmət eləsin.

  • Emmanuel Makronun malikanəsi üzərində pilotsuz təyyarələr peyda olub

    Fransa Prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada iki pilotsuz təyyarə görüntülənib.

    “Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb. Qeyd edilir ki, Makronun özü həmin vaxt iqamətgahda olub.

    Qəzetin məlumatına görə, insident dünən yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

    Qeyd edək ki, bu, pilotsuz təyyarələrin Fransa prezidentinin ciddi mühafizə olunan iqamətgahının üzərində uçması ilə bağlı ilk hadisə deyil. 2020-ci ildə 22 yaşlı tələbə malikanənin yaxınlığında pilotsuz uçuş aparatını işə saldığı üçün polis tərəfindən həbs edilib. Məlum oldu ki, gənc pis niyyət olmadan hərəkət edib.

    Xatırladaq ki, Fransa qanunlarına görə, bu ərazidə bütün uçuşlar qəti qadağandır.

  • Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

    İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub.

    “Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

    Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub. Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir.

    Bir neçə gün əvvəl Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib ki, “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir. Mücahidin sözlərinə görə, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir.

  • El Klasiko: “Real Madrid” “Barselona”nı səfərdə yenərək, liderliyə yüksəlib

    İspaniya La Liqasında X turun mərkəzi görüşü “Barselona” və “Real Madrid” komandaları arasında keçirilib.

    “Report”un məlumatına görə, “Kamp Nou” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero “Barselona”nın təsəlli qolunun müəllifi olub.

    Bununla da 9 oyundan 20 xal yığan “Real Madrid” ilk pillədə yer alıb. “Barselona” isə 15 xalla 8-cidir.

  • DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.

    İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

    Namizəd sertifikatı əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

    – ali təhsil haqqında sənədin surəti;

    – əmək kitabçasının surəti (olduğu halda).

    Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

    İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

    İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

  • В Билясуваре задержали подозреваемого в ранении четырех человек

    В Билясуварском районе задержан мужчина, подозреваемый в нанесении ножевых ранений четырем людям.

    Как передает муганское бюро Report, в совершении преступления подозревается Гошгар Оруджев.

    Напомним, что инцидент произошел вчера в селе Аманкенд.

    Так, жители – Иса Аббасов, Турал Яхьяли, Санан Яхьяев, Арастун Шахмаров и Гошгар Оруджев поссорились в сельской чайхане. По словам пострадавших, когда они шли домой, Г.Оруджев напал на них и нанес им ножевые ранения.

    Все они были доставлены в Билясуварскую центральную районную больницу.

    По факту ведется расследование.

  • Biləsuvarda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

    Qeyd edək ki, hadisə ötən gün rayonun Amankənd kəndində baş verib.

    Belə ki, sakinlər – İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında kənddə yerləşən çay evində mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

    Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Metronun daha bir stansiyasında koronavirus xəstəsi saxlanılıb

    “Avtovağzal” metrostansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

    Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

  • Завершилось голосование на выборах президента Узбекистана

    Избирательные участки, на которых граждане Узбекистана голосовали в воскресенье на выборах главы государства, закрылись в республике в 20:00 по местному времени (19:00 – бакинское время).

    Как передает Median.Az со ссылкой на местные СМИ, всего в стране было создано 9 925 избирательных участков, еще 54 участка и 380 мобильных пунктов действовали за границей. Центризбирком внес в Единый электронный список избирателей около 19,9 млн человек, при этом более 400 тыс. граждан приняли участие в досрочном голосовании, которое проходило с 14 по 20 октября. Явка избирателей к 17:30 по местному времени (16:30 – бакинское время) составила более 70%.

    Безопасность голосования обеспечивали более 53 тыс. правоохранителей и представителей общественности. На всех избирательных участках были развернуты медпункты, в которых были заняты более 21 тыс. медицинских работников. За избирательным процессом наблюдают порядка тысячи международных наблюдателей от СНГ, Парламентской ассамблеи СНГ, Шанхайской организации сотрудничества, Организации исламского сотрудничества, ОБСЕ, ЮНЕСКО и других, а также 268 представителей из 41 государства. Освещать выборы аккредитованы 230 зарубежных и около 1,5 тыс. местных журналистов.

    Экзитполы в стране не проводятся, а первую информацию о предварительных итогах ЦИК сообщит в понедельник утром. На подведение окончательных итогов у ЦИК есть время до 31 октября. Новый президент должен вступить в должность не позднее двух месяцев со дня голосования. Порог явки составляет 33%.

    Правом выдвигать кандидатов в президенты в Узбекистане обладают лишь политические партии, которых в настоящее время в республике пять. Старейшая из них – Народно-демократическая партия Узбекистана – выдвинула в президенты заместителя председателя своего политсовета Максуду Ворисову. Социал-демократическая партия “Адолат” (“Справедливость”), Демократическая партия “Миллий тикланиш” (“Национальное возрождение”) и Экологическая партия выдвинули в президенты своих лидеров Бахрома Абдухалимова, Алишера Кодирова и Нарзулло Обломурадова. Самая многочисленная и влиятельная в республике Либерально-демократическая партия Узбекистана выдвинула своим кандидатом действующего президента Шавката Мирзиёева. На президентских выборах 2016 года он также выдвигался от этой партии и победил с большим отрывом от остальных кандидатов.

  • Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb

    Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

    Seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) fəaliyyətini dayandırıb.

    Səsvermə prosesi 10 761 seçki məntəqəsində həyata keçirilib. Vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb.

    Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından – Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

    Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

    Seçki prosesini MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, YUNESKO və digər ölkələrdən 1 000-ə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub.