Month: October 2021

  • Xarkovda Axundova heykəl qoyuldu – VİDEO

    Xarkovda “Mütəfəkkirlər Meydanı” nın təntənəli açılışı olub. Meydan Ukrayna, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini simvollaşdırır.

    “UNİAN”-a istinadla məlumatına görə, “Mütəfəkkirlər meydanının” ortasında üç fəlsəfəçinin – Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun abidəsi qoyulub.

    Abidənin müəllifi Lyudmila Qurçenkonun abidəsini və “Xarkovun yeddi möcüzəsi” memarlıq kompozisiyalasını yaradan xarkovlu heykəltəraş Seyfəddin Qurbanovdur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • СК России потребовал дополнительных мер по выдаче Тельмана Исмаилова

    Председатель Следственного комитета России (СКР) Александр Бастрыкин потребовал принять дополнительные меры к выдаче из Черногории бизнесмена азербайджанского происхождения Тельмана Исмаилова.

    Как передает Median.Az со ссылкой на местные СМИ, об этом сообщается на сайте ведомства.

    Поручение Бастрыкин адресовал подчиненным из управления правового обеспечения и международного сотрудничества СКР, также поспособствовать выдаче должны Генеральная прокуратура и МИД России.

    В СКР подчеркнули, что тяжкие и особо тяжкие преступления, инкриминируемые Исмаилову, совершены в отношении граждан Российской Федерации, и отвечать за них он должен по российским законам. Доказательства, собранные следствием, подтверждают причастность бизнесмена к убийству двух предпринимателей, похищению человека и незаконному обороту оружия, добавили в ведомстве.

    Кроме того, в СКР заявили, что “озвученные в СМИ формулировки о предоставлении политического убежища в Черногории фигуранту уголовного дела вызывают недоумение”, так как речь идет об общеуголовных преступлениях.

    Ранее Следственный комитет России потребовал разобраться в основаниях отказа Черногории в выдаче бывшего владельца Черкизовского рынка Тельмана Исмаилова. Балканская страна предоставила ему политическое убежище и освободила из местной тюрьмы, где он содержался под стражей в ожидании экстрадиции в Россию.

  • Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib

    Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.

    “Report” bu barədə komitənin saytına istinadən xəbər verir.

    Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.

    Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:

    “İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir”.

    Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.

    Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.

    Telman İsmayılov sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışdadır.

  • Azərbaycan Premyer Liqası: “Qəbələ” “Keşlə”ni məğlub edib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

    Günün yeganə matçında “Keşlə” “Qəbələ”ni qəbul edib.

    Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. “Qırmızı-qaralar”ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra “Qəbələ”nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. 38-ci dəqiqədə “Keşlə”nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

    69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+7-ci dəqiqədə Amil Yunanov “Keşlə”nin təsəlli qolunun müəllifi olub.

    Bu nəticədən sonra xallarının sayı 15-ə çatdıran “Qəbələ” 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

    Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

  • https://oxu.az/society/540241#:~:text=%C4%B0sve%C3%A7d%C9%99%20q%C9%99tl%C9%99%20yetiril%C9%99n%20soyda%C5%9F%C4%B1m%C4%B1z%C4%B1n%20c%C9%99naz%C9%99si%20Az%C9%99rbaycana%20g%C9%99tiril%C9%99c%C9%99k

    Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib.

    Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.

    “Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək. Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq”, – Komitənin məlumatında deyilir.

  • Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi

    Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi baş verib. İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib.

    Polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asıb.

    1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.

    N.Məmmədova ixtisasca stomotoloqdu, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. Tanınmış bloger kimi fəaliyyət göstərib. Həmçinin şou-biznes sahəsində də məşhur şəxslərdən olub. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib.

    İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

    //Bakupost.az

  • Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

    Türkiyə Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirib.

    Genişmiqyaslı əməliyyat çərçivəsində müxtəlif cinayətlər üzrə axtarışda olan 813 nəfər saxlanılıb.

    Həminin, altısı azyaşlı olmaq üzrə, 19 nəfər itkin düşmüş şəxs aşkar olunub.

    Əməliyatlara hüquq-mühafizə orqanlarında çalışan 53 mindən çox şəsxi heyət qatılıb.

  • Peyvənd olunanların sayı açıqlanıb

    В Азербайджане за последние сутки от COVID-19 вакцинированы 29 559 человек.

    Об этом сообщили в Оперативном штабе при Кабинете министров.

    В течение дня число вакцинированных первой дозой составило 17 011, второй – 12 548 человек.

    Общее число вакцинаций в Азербайджане на сегодняшний день составляет 9 383 303.

    Первую дозу вакцины получили 5 060 158, две дозы – 4 323 145 человек.

  • Peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 559 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.

  • Azərbaycanda daha 2 036 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, bu günə qədər isə ümumilikdə 5 108 298 test icra olunub.