Month: October 2021

  • Генпрокурор Узбекистана заявил об отсутствии нарушений в ходе президентских выборов

    Жалобы о нарушениях избирательного законодательства на проходящих в Узбекистане в воскресенье выборах президента к 15:00 по местному времени (14:00 бакинское время) в генеральную прокуратуру не поступали.

    Об этом заявил на пресс-конференции генпрокурор Нематулла Юлдашев.

    “В Генеральной и областных прокуратурах республики перед выборами были созданы штабы из специалистов по избирательному праву, которые проводят непрерывный мониторинг процесса голосования. На 15:00 по местному времени (14:00 бакинское время) в органы не поступило ни одного обращения по поводу правонарушений в ходе голосования”, – сказал Юлдашев. По его словам, любое подобное заявление, если оно поступит, будет взято под особый контроль и по нему будут приняты предусмотренные законодательством меры.

    Руководитель надзорного ведомства также сообщил, что в эти дни для координации мер для обеспечения общественной безопасности и недопущения правонарушений в ходе голосования Генпрокуратура работает в тесном контакте со Службой государственной безопасности, Министерством внутренних дел и Национальной гвардией.

    В воскресенье в Узбекистане проходят выборы президента. На пост главы государства претендуют пять кандидатов, включая действующего президента Шавката Мирзиёева. Голосование продлится до 20:00 по местному времени (19:00 бакинское время). В республике открыто 9 925 избирательных участков, в списках избирателей около 19,9 млн человек. По данным на 11.00 по местному времени (09:00 мск), явка составила 33,6%, превысив таким образом порог, необходимый для признания выборов состоявшимися.

  • Özbəkistanın Baş prokuroru: “Seçkilərdə pozuntularla bağlı şikayət daxil olmayıb”

    Özbəkistanda keçirilən prezident seçkilərində qanunvericiliyinin pozulması ilə bağlı Baş Prokurorluğa hər hansı şikayət daxil olmayıb.

    Bunu Baş prokuror Nemətulla Yuldaşev mətbuat konfransında bildirib.

    N.Yuldaşev qeyd edib ki, seçkilər öncəsi ölkənin bütün şəhər və rayon prokurorluqlarında seçki hüququ üzrə ekspert qərargahları yaradılıb, onlar səsvermənin gedişatı ilə bağlı daimi monitorinqlər aparırlar. Onun sözlərinə görə, bu cür müraciət daxil olarsa, xüsusi nəzarətə götürüləcək və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

    Baş prokuror bildirib ki, rəhbərlik etdiyi qurum ictimai təhlükəsizliyin təmin edilməsi və səsvermə zamanı qanun pozuntularının qarşısının alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə sıx əməkdaşlıq edir.

    Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.

    Seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından – Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

    Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

  • TRT Haber рассказал о планируемом визите Эрдогана в Физули

    “Азербайджан отсчитывает дни до открытия первого крупного проекта на освобожденных территориях. Международный аэропорт Физули будет открыт 26 октября при участии президента Турции Реджепа Тайипа Эрдогана”.

    Как передает Report со ссылкой на TRT Haber, отмечается, что совместными усилиями турецких и азербайджанских инженеров в освобожденном городе Физули был построен аэропорт.

    В сюжете говорится, что пассажирские и грузовые перевозки между Баку и Физули будут осуществляться в течение получаса.

    Президент Реджеп Тайип Эрдоган стал первым главой государства, посетившим с официальным визитом освобожденные земли.

  • KİV: Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

    Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

    Bu fikirlər “TRT Haber”in Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı hazırladığı materialda yer alıb.

    Qeyd edilir ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.

    Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

    “İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

    “Anadolu” agentliyi isə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

    Qeyd edilir ki, bu, Türkiyə liderinin son 1 ildə Azərbaycana 3-cü səfəridir. Türkiyə lideri bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci ildə də Azərbaycana rəsmi səfər edib.

  • Kolumbiyada yeni “Eskobar” saxlanılıb

    Kolumbiyada 500 nəfərdən çox təhlükəsizlik əməkdaşının iştirakı ilə ölkənin ən böyük narkokartelinə qarşı əməliyyat keçirilib.

    “Körfəz klanı” kartelinin rəhbəri, Otoniel ləqəbli Dayro Antonio Usuqu saxlanılıb.

    Ölkə prezidenti İvan Duke narkobaronun ələ keçməsini Eskobarın həbsi ilə müqayisə edib.

    Qeyd edək ki, Otonielin haqqında məlumata görə yerli hökumət tərəfindən 800 min, ABŞ tərəfindən isə beş milyon dollaradək mükafat vəd olunmuşdu.

  • COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib

    Masallıda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı reyd keçirilib. Qaydaları pozanlar müəyyən edilərək cərimələniblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

    Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Nəzarət-profilaktiki tədbirlər çərçivəsində eyni zamanda qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər də aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

  • Azərbaycanlı alim vəfat edib – FOTO

    ​​​

    Azərbaycan elminə və idman ictimaiyyətinə ağır itki üz verib.

    Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov 79 yaşında vəfat edib.

    Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb.

    X.M.Qasımov ömrünün böyük hissəsini Respublika üçün gənc kadrların hazırlanmasına həsr edib. Uzun illər Bakı Dövlət Universitetində, Tibb Universitetində və Bədən Tərbiyəsi Dövlət Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub. Xəlil Qasımovun 150 Elmi əsəri çapdan çıxıb, onların 110-u xaricdə nəşr olunub. Elmi fəaliyyətinə görə bir sıra mükafatlara, o cümlədən AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb.

    Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi.

    Allah rəhmət eləsin!

  • МИД Ирана: Отношения с Азербайджаном продолжатся на основе взаимного уважения

    Исламская Республика Иран и Азербайджанская Республика – две соседние мусульманские страны с общими ценностями.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом в своем Twitter аккаунте написал министр иностранных дел Ирана Хосейн Амир-Абдоллахиян.

    Напомнив о плодотворном телефонном разговоре с министром иностранных дел Азербайджана Джейхуном Байрамовым, Х.А.Абдоллахиян отметил, что отношения между двумя государствами и народами будут продолжаться на основе взаимного уважения.

  • İranın XİN rəhbəri: “Azərbaycanla münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək”

    İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tviter hesabında yazıb.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.

  • Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

    Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

    Təlim toplanışı noyabrın 6-dək davam edəcək.