Month: October 2021

  • “WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Hamının gözlədiyi funksiya gəlir – FOTO

    “WhatsApp” “Təsvir içində təsvir” adlı yeni funksiyasını işə salmağa hazırlaşır.

    Bu barədə “Haber Global” məlumat verib.

    Bildirilir ki, yeni funksiya sayəsində videolar, həmçinin “YouTube” görüntüləri ön və ya arxa planda davam edə biləcək. Beləliklə, videoya baxarkən eyni zamanda ismarış da yazmaq mümkün olacaq.

    Məlumata görə, “Təsvir içində təsvir”in başqa xüsusiyyətləri də olacaq. Ancaq onlar barədə hələlik məlumat verilməyib.

  • Sakinlər təhlükədədir – Yaşayış binası hər an çökə bilər VİDEO

    Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəzalı bir bina var. Bununla bağlı aidiyyəti qurumların sökülməsi barədə rəyi olsa da, qərar icra edilmir. Nəticədə sakinlərin həyatı üçün təhlükə hər an artır. Orada yaşayanlar tezliklə köçürülmələrini tələb edirlər. Əks halda insan tələfatı ola bilər.

    Median.Az-in “Xəzər Xəbər”ə istinadən məlumatına görə, yaşayış binasının pilləkəni dağılıb, birinci mərtəbə ikinci mərtəbədən aralanıb, evin döşəməsi çöküb, zirzəmiyə yarım metrə qədər su yığılıb.

    Görüntülər Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəndir. Qəsəbə ərazisində 1951-ci ildə tikilmiş yaşayış binası hər an çökə bilər.

    Rayon icra hakimiyyətinin nümayəndələri gələrək binaya baxış keçiriblər və binanın yaşayış üçün təhlükəli olması qənaətinə gəliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də sakinlərin dərhal köçürülməsi ilə bağlı rəyi var.

    Bina hazırda Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsinin balansındadır. Sahənin rəisi sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumatsız olduğunu bildirdi.

    Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumların atacaqları addımları gözləyirlər.

  • Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi

    Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub.

    Median.Az “manset.az”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib.

    Belə ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

  • Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR – VİDEO

    Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən, giriş məqsədlərini dəyişə biləcəklər.

    Rusiyada miqrasiya qanunvericiliyində təkmilləşdirmələr aparılır. Qanunvericiliyə edilən son dəyşikliklər Rusiyaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq.

    Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Xəzər Xəbər”ə bildirib ki, miqrantlar üçün vahid sənəd tətbiq ediləcək. Bu ID kartı miqrantların dövlət xidmətlərinə çıxışını və onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.

    Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.

    Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza – adi tibbi viza ala biləcəklər.

    Sahib Məmmədov əlavə etdi ki, qlobal əmək bazarında işçi qüvvəsinin çatışmazlığı var. Pandemiya səbəbindən son iki ildə miqrant sayında azalması olub. 12-13 milyon işçi miqranta ehtiyac olan Rusiyada belə addımın atılması gözlənilən idi.

  • Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? – VİDEO

    Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu vəziyyət Bərdə də yaşanıb. Rayonun 2 məktəbi fəaliyyətini dayandırıb.

    5 müəllim, 21 şagirddə koronavirus xəstəliyi aşkarlandı. Dünəndən etibarən dərslər disdanst formaya keçirildi. Söhbət Oğuz rayonunun Mehdi Kərimov adına Bayan Kənd tam orta məktəbindən gedir.

    Məktəbin direktoru “XəzərXəbər”ə bildirib ki, hazırda təhsil müəssisində dezinfeksiya işləri aparılır.

    Eyni mənzərə Bərdə də müşahidə olunur. Rayonda yerləşən 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbində ənənəvi dərslər koronavirusa görə 14 günlük dayandırılıb.

    Qeyd edək ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərinin hər birinin 4 sinfi, şəhər 6 saylı orta məktəbdə 3 , Mirzəxan Kənd orta məktəbində 1 , Yeni Əyricə kənd orta məktəbində 5 , şəhər 7 saylı orta məktəbdə isə bir sinifdə dərslər müvəqqəti olaraq dayandırıb.

  • Saatlı və Sabirabadda karantin qaydalarını pozan şəxslər aşkarlanıb

    Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar. Sakinlərə pandemiyanın törədə biləcəyi ağır fəsadlar barədə geniş məlumatlar verən şöbə əməkdaşları, onlara COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə biganə qalmamağa çağırır, özlərinin və yaxınlarının sağlamlığı üçün qapalı məkanlarda daxil olan zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələrinin vacibliyini barədə tövsiyələr verirlər.

    Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

  • В Баку на фабрике вспыхнул пожар

    В Бинагадинском районе Баку сгорели легковоспламеняющиеся конструкции в помещении общей площадью 30 квадратных метров, расположенном на первом этаже шестиэтажного здания фабрики.

    Об этом сообщает пресс-служба МЧС.

    Отмечается, что остальная часть строения была защищена от огня прибывшими на место происшествия сотрудниками противопожарной службы.

  • Bakıda fabrikdə yanğın olub

    Bakı şəhərinin Binəqədi rayonunda altımərtəbəli fabrik binanın birinci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sabahın hava proqnozu açıqlanıb

    Oktyabrın 25-ə olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.

    Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Tibbi-meteoroloji proqnoz: Oktyabrın 25-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

    Azərbaycanın rayonlarında: Əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz 3-5° isti olacaq.

  • Tovuzda avtomobil qadını vuraraq öldürüb

    Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

    Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

    Qeyd edək ki, piyadanı hərəkətdə olan “VAZ 21015”markalı avtomobil vurub.

    Faktla bağlı cinayət işi başlanıb.

    //oxu.az