Month: October 2021

  • Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

    Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3 484 və 3 238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar. Bundan başqa, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların rayon ərazisində 3 poçt məntəqəsi və 1 icra nümayəndəliyinin inzibati binasına qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif kompüter qurğuları və 100 manat nağd pul oğurlaması məlum olub.

    Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • “Bavariya”dan tarixi rekord

    “Bavariya” Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

    Komanda buna ölkə çempionatının 9-cu turunda “Hoffenhaym”a 4:0 hesabı ilə qalib gələrək nail olub.

    Beləliklə, Münhen təmsilçisi Bundesliqanın ilk 9 oyununda artıq 33 qol vurub ki, bu da turnirin bütün tarixində rekord göstəricidir.

    \Qol.az

  • Moldova qaz çatışmazlığına görə Ukraynadan kömək istədi

    Moldova ölkədəki qaz çatışmazlığı səbəbilə Ukraynadan 15 milyon kub metr qaz istəyib.

    Bu barədə Ali Radanın Energetika məsələləri komissiyasının rəhbəri Andrey Qerus danışıb.

    Onun sözlərinə görə, artıq Moldovaya qazla bağlı yardım məsələsi müzakirə edilib. A.Qerus bildirib ki, hazırda Ukraynanın ehtiyatları 18 milyon kub metr həcmindədir.

    Bununla belə, razılıq olacağı halda Moldovadan qışın sonuna qədər sözügedən həcmi qaytarması istəniləcək.

  • Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir

    Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.

    Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

    Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

    Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

    Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.

    Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.

    Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

    Özbəkistanda prezident 5 il müddətinə seçilir.

  • ABŞ-dan Ukraynaya növbəti yardım paketi daxil olub

    Ukrayna Müdafiə Nazirliyi ABŞ hökumətindən üçüncü hərbi yardım paketinin alındığını açıqlayıb.

    Bu barədə nazirliyin mətbuat xidməti tviter hesabında məlumat yayıb.

    Məlumata görə, ABŞ hökumətindən 60 milyon dollar dəyərində üçüncü və sonuncu yardım paketi ölkəyə gəlib.

    ABŞ-ın hərbi yardım paketinin birinci və ikinci partiyası 10 və 18 oktyabr tarixlərində Kiyevə çatıb.

    Qeyd edək ki, bu ilin sentyabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı silah tədarükü ilə bağlı razılaşmalar əldə edilib. Əvvəllər razılaşdırılmış 250 milyon ABŞ dollarına əlavə olaraq, Ukrayna daha 60 milyon ABŞ dollarına tibbi vasitələr, silah, sursat, dəqiq silahlar və radar nəzarəti avadanlıqları alıb.

  • Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb

    Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yayıb.

    Nekroloqda deyilir:

    “Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bu gün Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat etmişdir.

    Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışmışdır. Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərmişdir. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirmişdir.

    Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış Canəli Əkbərovun muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.

    1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaratmışdır.

    Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışmışdır. Bir çox gənc ifaçılar məhz sənətkarın köməyi ilə ilk yaradıcılıq addımlarını atmış, teatr və konsert səhnələrində öz istedadlarını nümayiş etdirmişlər.

    Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülmüşdür. О, Prezident təqaüdçüsü idi.

    Görkəmli sənətkar, muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

    Allah rəhmət eləsin!”

  • COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib

    Bakıda və respublikamızın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, COVİD – 19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib. COVİD – 19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır.

    O həm də şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırıb.

  • ООН приостанавливает гуманитарные рейсы в город Мэкэле

    Организация Объединенных Наций приостанавливает свои гуманитарные рейсы в город Мэкэле в эфиопском штате Тыграй.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил официальный представитель генсека ООН Стефан Дюжаррик.

    “Все рейсы Службы гуманитарных воздушных перевозок ООН в Мэкэле приостановлены до последующего уведомления”, – сказал он.

    ООН прекратила полеты в Мэкэле после того, как во время прибытия самолета с гуманитарной помощью в пятницу произошел авиаудар, сообщил представитель организации.

    Гуманитарный рейс ООН в пятницу вынужден был отказаться от посадки в административном центре эфиопского региона Тыграй – Мэкэле из-за авиадуаров военных Эфиопии, при обстреле на земле пострадали более 10 мирных жителей.

  • BMT Efiopiyaya humanitar reysləri dayandırıb

    BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır.

    Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

    Onun məlumatına görə, təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.

    Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırıldığını qeyd edib.

    Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə eniş etməkdən imtina edib.

    Həmin hava zərbələri nəticəsində 10-dan çox mülki şəxs yaralanıb.

  • Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşib

    Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək insanlarda immunitet sisteminin səhər saatlarında daha yüksək olduğunu aşkar ediblər.

    Bu barədə “Neuroscience News” saytı məlumat verib.

    Alınan nəticəyə əsasən belə müəyyən edilib ki, bu, peyvənd edərkən nəzərə alınmalıdır.

    Tədqiqat zamanı Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin mütəxəssisləri orqanizmdəki dendritik hüceyrələrin istirahət mərhələsinin sonunda ən aktiv şəkildə hərəkət etdikləri qənaətinə gəliblər.

    Alimlərin fikrincə, peyvənd və immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Belə ki, düzgün vaxtda edilən peyvənd prosedurların effektivliyinə müsbət təsir göstərə bilər.