Month: October 2023

  • “Azərkosmos”a yeni səlahiyyət verilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən birbaşa yer stansiyası vasitəsilə mülki təyinatlı ilkin informasiyaların qəbulunu həyata keçirəcək.

    Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

    Qərara əsasən, “Azərkosmos” mülki təyinatlı ilkin informasiyaların qəbulunu aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə həyata keçirəcək:

    – Sintez olunmuş aperturalı (SAR) radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

    – Digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

    – Optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

    – Optik müşahidə cihazı olan kosmik obyektdən panxromatik (PAN) spektrdə 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

    – Müşahidə cihazı olan kosmik obyektdən spektrin digər növlərində 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya.

    Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

  • Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə ediblər

    17 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.

    Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.

    Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək, Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal antiterror tədbirləri nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.

    Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı, bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

    Ceyhun Bayramov, həmçinin 30 ilə yaxın davam edən münaqişənin bitməsi, habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımların sülh səylərinə töhfə vermədiyi, bu xüsusda beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hər zamankından daha vacib olduğu qeyd edilib.

    Ceyms Kleverli bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

    Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • KVN-də Zelenski ilə əməkdaşlıq edən Sergey Sivoxo vəfat edib – FOTO

    Ukraynanın KVN (Şən və Hazırcavablar Klubu) komandasının keçmiş iştirakçısı Sergey Sivoxo 54 yaşında vəfat edib.

    Bu barədə Sivoxoya yaxın mənbədən bildirilib.

    Məlumata görə, onun ölümünün səbəbi ağciyərlərin xroniki xəstəliyi olub.

    Sivoxo Almaniyada dünyasını dəyişib.

    Qeyd edək ki, Rusiyanın İctimai Palatasının üzvü Anna Revyakina oktyabrın 16-da axşam saatlarında Sivoxonun ölümünü elan edib. Daha sonra o, teleaparıcının sağ olduğunu, lakin çox güman ki, həyat dəstəyi sistemindən ayrılacağını yazıb.

    Qeyd edək ki, Sivoxo Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Kvartal 95” studiyasında işləyib, sonra isə siyasətə yönəlib və Ukrayna Təhlükəsizlik Şurası rəhbərinin müşaviri olub.




    Mənbə: Meduza

  • Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilir

    Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilib.

    “Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.

    Deputat bildirib ki, Qızılağac Dövlət Təbiət Qoruğuna səfəri zamanı orada sanki müharibənin getdiyini görüb:

    “Ona görə də əcnəbilərin ölkəmizdə ov etməsinə qadağa qoymaq daha məqsədə uyğun olar”.

  • Nyu-Yorkdan Azərbaycana gətirilən quş ətinə qoyulan məhdudiyyət ləğv olundu

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

    Bununla bağlı AQTA-nın Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ABŞ-nin sözügedən ştatında WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

    Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə Nyu-York ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

    Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Стало известно, сколько семей поселятся в первом жилквартале Физули

    До конца 2023 года – первого квартала 2024-го в первом жилом квартале города Физули поселятся 849 семей.

    Как передает АПА, об этом заявил журналистам специальный представитель Президента Азербайджанской Республики на освобожденных от оккупации территориях, входящих в Карабахский экономический район (за исключением Шушинского района), Эмин Гусейнов.

    Он поздравил жителей Физули с Днем города.

    “Из года в год такие праздничные мероприятия будут проходить еще торжественнее”, – сказал он.

  • Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq

    “2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq”.

    APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

    O, Füzuli Şəhəri Günü münasibətilə füzuliləri təbrik edib:

    “Bu cür bayram tədbirləri ildən-ilə daha da möhtəşəm keçiriləcək”.

  • Bakı-Astara yolunda tıxac – VİDEO

    Bu gün Bakı-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində tıxac yaranıb.

    Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

    Bu gün saat 11:00-dan etibarən magistral yolda uzun tıxac yaranıb və sürücülər Cəlilabadda xeyli müddət gözləməli olublar.

    Tıxacın yaranma səbəbi məlum deyil.

    Görüntüləri olduğu kimi təqdim edirik:

  • В Сумгайыте скончался ребенок, проглотивший батарейку – ОБНОВЛЕНО

    Отдел по связям с общественностью Сумгайытского медицинского центра распространил информацию в связи со смертью ребенка, проглотившего батарейку.

    Как сообщили в центре в ответ на запрос АПА, 16 октября бригада скорой помощи частного медучреждения госпитализировала в Детскую больницу медцентра, подведомственного Объединению по управлению медицинскими территориальными подразделениями (TƏBİB), пациентку Марьям Гадирли (2022 г.р.) в тяжелом состоянии, еще во время транспортировки ее подключили к аппарату искусственного дыхания. Отмечается, что ребенок был помещен в отделение реанимации.

    Согласно анамнезу, предоставленному родителем, ребенок болел уже больше недели.
    16 октября в поликлиническое отделение детской больницы к педиатру обратились с жалобами на кашель, жар, слабость, рвоту, отказ от еды. В результате обследований выяснилось, что в пищеводе малолетней находится инородное тело. Ребенка направили в одну из частных городских клиник. После извлечения инородного тела несовершеннолетнюю забрали домой родители.

    По их словам, к вечеру состояние ребенка резко ухудшилось. Один их родителей отвез малышку в ближайшую частную клинику.

    В медучреждении состояние ребенка оценили как остановку дыхания и сердца, оказали первую помощь, подключили к аппарату искусственного дыхания и доставили в детскую больницу.

    В 06:40 17 октября у пациентки вновь произошла остановка сердца. Несмотря на проведенные реанимационные мероприятия, сегодня около 07:10 была зафиксирована биологическая смерть”, – говорится в информации.

    * * * * *

    В Сумгайыте скончалась малолетняя девочка, проглотившая батарейку, когда осталась без присмотра родителей.

    Как сообщает АПА, Марьям Гадирова (2022 г.р.) была госпитализирована в отделение реанимации в тяжелом состоянии.

    Несмотря на оказанную медпомощь, ребенок скончался сегодня утром в больнице, где проходил лечение.

    По данному факту проводится расследование.

  • Sumqayıtda batareya udan uşaq ölüb – YENİLƏNİB

    Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi batareya udan uşağın ölməsi ilə bağlı məlumat yayıb.

    Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstə 28.03.2022-ci il təvəllüdlü, Qədirli Məryəm Qafur qızı 16.10.2023-cü il tarixində TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulu özəl tibb müəssisəsinin təcili yardım briqadası tərəfindən gətirilib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib:

    “Valideynin verdiyi anamnezə əsasən uşaq bir həftədən çoxdur xəstə olub. 16.10.2023-cü il tarixdə Uşaq Xəstəxanasının Poliklinika şöbəsinə poliklinika şöbəsinə öskürək, hərarət, halsızlıq, qusma, yeməkdən imtina şikayətləri ilə pediatra müraciət edib. Müayinələr nəticəsində uşağın qida borusunda yad cisim olduğu aşkarlanmışdı. Uşaq Sumqayıtda yerləşən özəl klinikaların birinə göndərilib. Yad cisim çıxarıldıqdan sonra uşaq valideynləri tərəfindən evə aparılıb. Valideynin dediyinə görə, axşam uşağın vəziyyəti qəflətən pisləşib. Valideyn uşağı yaxında yerləşən özəl klinikaya çatdırıb. Klinikada uşağın vəziyyətini tənəffüs ürək dayanması kimi qiymətləndirilərək, ilkin yardım göstərilib və süni tənəffüs aparatına qoşularaq Uşaq Xəstəxanasına çatdırılıb. 17.10.2023 saat 06:40-da xəstədə təkrar ürək dayanması baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq bu gün saat 07:10 radələrində bioloji ölüm baş verib”.

    * * * * *

    Sumqayıtda valideyn nəzarətindən kənarda qalaraq batareya udan azyaşlı ölüb.

    APA xəbər verir ki, 2022-ci il təvəllüdlü Məryəm Qafur qızı Qədirova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, azyaşlı bu gün səhər müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.