Month: October 2023

  • Sabah yağış yağacaq, külək əsəcək – PROQNOZ

    Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gün ərzində yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

  • 11 gün əvvəl Quba-Xaçmaz yolunda qəzaya düşən sürücü xəstəxanada ölüb

    Oktyabrın 6-da Quba-Xaçmaz yolunda baş verən avtoqəza zamanı ağır bədən xəsarətləri alan 42 yaşlı sürücü xəstəxanada dünyasını dəyişib.

    1981-ci il təvəllüdlü Hüseynov Pərviz Eynulla oğlu Sumqayıt şəhər xəstəxanasında ölüb.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
    //report

  • Стали известны некоторые детали нападения в Брюсселе

    Нападавшим в бельгийской столице Брюсселе был некий 45-летний мужчина по имени Абдесалем Л.

    Об этом написало бельгийское издание Sudinfo.

    По его сведениям, подозреваемый якобы был известен бельгийским спецслужбам своими радикальными взглядами. Согласно информации, дом, где проживает подозреваемый в брюссельской коммуне Скарбек, уже обыскала полиция. Однако сам Абдесалем Л. находился на свободе, и его активно разыскивают правоохранительные органы.

    После нападения премьер-министр Бельгии Александр де Кроо призвал жителей Брюсселя быть бдительными, так как нападавший успел скрыться. Кризисный центр также рекомендовал жителям столицы ограничить выход на улицу до необходимости.

    Глава Евросовета Шарль Мишель и глава Еврокомиссии Урсула фон дер Ляйен выразили соболезнования семьям погибших в результате этого инцидента.

    Напомним, что 16 октября вечером неизвестный устроил стрельбу в центре Брюсселя. В результате инцидента погибли два человека, которые оказались шведскими болельщиками. Власти Бельгии повысили уровень террористической угрозы до максимального.

    Матч Бельгия — Швеция, на который прибыли фанаты, был отменен после перерыва при счете 1:1.

  • Brüsseldə futbol azarkeşlərinin öldürülməsinin bəzi təfərrüatları məlum olub

    Belçikanın paytaxtı Brüsseldə futbol azarkeşlərinə hücumu 45 yaşlı L. Abdesalemin təşkil etdiyi bildirilir.

    Bu barədə Belçikanın “Sudinfo” nəşri məlumat yayıb.

    Onun Belçika xüsusi xidmət orqanları tərəfindən radikal fikirlərinə görə tanındığı iddia edilir.

    Məlumata görə, şübhəlinin Brüsselin Skarbek kommunasında yaşadığı evdə polis tərəfindən axtarış aparılıb. Lakin o, hələ də azadlıqdadır və hüquq-mühafizə orqanları şübhəli şəxsi fəal şəkildə axtarır.

    Bu şəxs radikal fikirlərinə görə kəşfiyyat orqanlarına tanınıb, lakin onun kimliyi ilə bağlı hələ rəsmi məlumat daxil olmayıb.

    Hücumdan sonra Belçikanın Baş naziri Aleksandr de Kroo Brüssel sakinlərini sayıq olmağa çağırıb, çünki hücum edən şəxs qaça bilib. Böhran mərkəzi həmçinin paytaxt sakinlərinə lazım olana qədər çölə çıxmağı məhdudlaşdırmağı tövsiyə edib.

    Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hadisədə həlak olanların ailələrinə başsağlığı verib.

    Belçika hakimiyyəti hücumdan sonra terror təhlükəsi səviyyəsini maksimum həddə qaldırıb.

    Xatırladaq ki, Brüsseldə “Slayem Slouma” təxəllüsü ilə şəxs İsveç millisinin iki azarkeşini güllələyib. Hadisə ilə əlaqədar şəhərdə dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

    Qarşılaşmanın birinci hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.

  • Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşında dəyişiklik edilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliklə, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib. Lakin məxfi olduğu üçün əlavələrin məbləği açıqlanmayıb.

    Qərara əsasən, Maliyyə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində olan dəyişikliklə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

  • Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb

    Naxçıvan Muxtar Respublikası (NMR) Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları tətbiq edilməyə başlanılıb.

    Yeni qaydaların tətbiqinin əsas məqsədi NMR Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsinə imkan yaratmaqdır.

    Qaydalara əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr verilib.

    Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanıb.

    Beləliklə, artıq səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

    Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişır. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr ala bilirlər.

    Əməkhaqqının ödənilməsinin yeni Qaydalarına əsasən orta və kiçik tibb işçilərinin də əmək haqqında artım olub, rayon xəstəxanalarında və kənd ambulatoriyalarında çalışan tibb bacılarının da əməkhaqqı yeni qaydalara əsasən artımla ödənilib.

    Qeyd edək ki, əməkhaqqının hesablanmasına xəstəxanaların kateqoriyaları da təsir edir. Muxtar respublika üzrə NMR Xəstəxanası və Perinatal Mərkəz 3D kateqoriyasında müəyyənləşib, digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar.

  • Sovet İttifaqı Qəhrəmanı Azərbaycan Prezidentini təbrik edib

    Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu!

    Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, çoxdan gözlənilən tarixi ədalətin bərqərar olması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Bu mühüm siyasi hadisənin məhz Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi və Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizin 20 illiyinin tamam olduğu ildə baş verməsi həqiqətən böyük rəmzi məna kəsb edir.

    Siz ən mürəkkəb və çətin məsələlərin həll edilməsi, sözünüzlə əməlinizin üst-üstə düşməsi, Vətənə, xalqa və onun tarixinə dərin məhəbbətinizlə müasir siyasətçilərin bir çoxu üçün nümunəvi siyasi xadimsiniz.

    Uca Yaradan bundan sonra da Sizə yar olsun, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi nəsib etsin!”

  • Bakı sakinini ov tüfəngi ilə qətlə yetirən şəxsə cinayət işi açıldı

    Oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

  • Prezident İlham Əliyev: “20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz”

    “Qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    Bunun çox zərərli məntiq olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

    “Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq”.

  • Jozep Borrel Co Baydenlə görüşəcək

    Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel oktyabrın 20-də Vaşinqtona səfər edəcək.

    Məlumata görə, Borrel ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün ABŞ paytaxtına gedəcək Aİ nümayəndə heyətinin tərkibində olacaq.

    Daha əvvəl bildirilmişdi ki, Aİ tərəfdən danışıqlarda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Şarl Mişel iştirak edəcəklər.

    Qeyd olunur ki, tərəflər xüsusilə Aİ-nin enerji keçidi məsələlərində ABŞ ilə dialoqu davam etdirmək niyyətini müzakirə edəcəklər.

    Mənbə: TASS