Month: October 2023

  • Məşhur reper həbs olundu

    Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) Dominikan Respublikasında sevgilisinə hörmətsizlik etdiyi iddiası ilə prodüseri döydüyü üçün saxlanılıb.

    Median.Az Sfera.az-a istinadən xəbər verir ki, yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs edib.

    Repperin həbsini Dominikan Respublikasında cinayət işi üzrə hüquqşünas Feliks Portes bildirib.

  • 20 qəpkdən qumar oynadılar, 3 min manat cərimələndilər

    Göyçayda avtobus dayanacağını qumarxanaya çevirən şəxslərlə bağlı məhkəmə qərar verib.

    Qaynarinfo-nun məlumatına görə, polis tərəfindən sentyabrın 28-də gecə saat 23:00 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda pul müqabilində qumar oyunayan şəxslər saxlanılıb.

    Hacalıkənd kənd sakinləri 2002-ci il təvəllüdlü Elbrus Xəlilov, 1989-cu Anar Şıxaliyev və 1982-ci il təvəllüdlü Əziz Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edililərək, iş məhkəməyə göndərilib.

    Məlum olub ki, sözügedən avtobus dayanacağında həmkəndlilər 20 qəpikdən kartla qumar oynayıblar. Saxlanılan zaman polislər 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürüblər.

    Məhkəmənin qərarı ilə Anar Şıxaliyev və Əziz Əhmədov 3000 min manat cərimə edilib. Elbrus Xəlilov barəsində tətbiq olunan inzibati xəta protokoluna isə xitam verilib.

  • Erməni əsilli qadın: “Gəncədə gördüklərim mənə bəs edir” (VİDEO)

    “Mənim doğma vətənim Ermənistan yox, Azərbaycandır”.

    Bunu 1932-ci ildə Gəncə şəhərində doğulmuş əslən erməni olan Yevgeniya Haykazovna Arutyunova deyib.

    O, Azərbaycan vətəndaşıdır. Deyir ki, atası erməni olub.

    “Amma mən Azərbaycan ermənisiyəm” deyən və özünü qısaca Jenya kimi tanıdan erməni əsilli qadın 40 ildən çox yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində müəllim işləyib.

    Qohumları, qardaş-bacısı və ailəsi ilə bağlı hər şeyi unutduğunu bildirsə də, dərs dediyi şagirdlərini adları ilə tanıyır.

    Ağstafada işlədiyi müddətdə burada ailə quran erməni qadın bu yaşına qədər həmişə azərbaycanlılardan hörmət gördüyünü bildirir. Övladı olmayıb. Həyat yoldaşı da dünyasını dəyişib. Yenə də qonşuları onu tək qoymur.

    Yevgeniya Arutyunova deyir ki, Azərbaycanda ermənilərə həmişə yüksək hörmət edildiyini görüb.

    “İllər əvvəl təkcə Gəncədə gördüklərim mənə bəs edir”, deyir. O, Qarabağda erməniləri Azərbaycan bayrağı altında yaşamağa dəvət edir.

    91 yaşlı qadının indi ən böyük aruzusu doğulub boya-başa çatdığı Gəncə şəhərini ziyarət etmək, oradan da Qarabağa getməkdir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Bakıda ilginc hadisə: Restoranda hesab əvəzinə qızıl qolbaq verən şəxs həbs olundu

    Bakıda məşhur restoranda yemək yeyib, hesabını qızıl qolbağı ilə ödəmək istəyən şəxslə bağlı poliasə şikayət olub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki “Hermes” restoranında baş verib.

    2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Seymur Vəliyev (ad-soyad şərti) restoranda yeyib-içdikdən sonra hesabı ödəmək istəyib, amma üzərindəki pul kifayət etməyib. O həmin məbləğin əvəzinə restoran əməkdaşlarına qızıl qolbaq təklif edib. Lakin restoran əməkdaşları qolbağı qəbul etməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə “Hermes” restoranın administratoru Seymur barəsində polisə şikayət edib.

    İçkili olduğundan Seymur Vəliyev polis əməkdaşları ilə də mübahisə edib. Saxlanılaraq məhkəməyə çıxarılan həmin şəxs peşman olduğunu bildirib. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

    Məhkəmənin qərarı ilə Seymur Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

  • Vladimir Putin Təhlükəsizlik Şurasını toplayıb

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə müşavirə keçirir.

    Toplantıda Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov və başqaları iştirak edirlər.

    Müşavirədə cari təhlükəsizlik məsələləri müzakirə olunur.

  • ABŞ-də 6,4 maqnitudalı zəlzələ olub

    ABŞ-nin Alyaska əyalətində 6,4 ballıq zəlzələ baş verib.

    Bu barədə xarici KİV məlumat yayıb.

    Qeyd olunub ki, zəlzələ Atak qəsəbəsinin 65 kilometr şimal-qərbində qeydə alınıb.

    Dağıntı və itkilər barədə hələ ki məlumat yoxdur.

  • КС Грузии подтвердил нарушение президентом Конституции в рамках процедуры импичмента

    Конституционный суд Грузии подтвердил нарушение главного закона страны президентом Саломе Зурабишвили в рамках процедуры импичмента.

    Об этом сообщает Sputnik-Грузия.

    Президент Грузии 31 августа, 1 сентября и 6 сентября 2023 года во время рабочих визитов за рубеж осуществила представительские функции в сфере международных отношений без согласия правительства Грузии, чем нарушила 52 статью Конституции Грузии, заявил председатель Конституционного суда Грузии Мераб Турава.

    “Суд заключает, что указанное представляет нарушение Конституции для целей 48 статьи Конституции Грузии” – заявил Турава.

    Заключение в силе с момента обнародования на веб-странице Конституционного суда, отметил он.

    “Решение окончательное и не подлежит обжалованию или пересмотру”, – заявил председатель Конституционного суда.

    Депутаты от правящей партии запустили процедуру импичмента Зурабишвили после того, как она 31 августа начала зарубежное турне и встречи с лидерами стран Евросоюза без одобрения правительства. Отказ в предоставлении разрешения на поездки Кабмин объяснил тем, что власти потеряли доверие к ней. В свою очередь Зурабишвили заявила, что цель поездок в Европу – помощь Грузии в получении статуса страны-кандидата.

  • Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

    Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində ölkə Prezidenti Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib.

    Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

    Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.

    Konstitusiya Məhkəməsinin qərarından sonra Prezidentin impiçmenti qərarı parlamentə təqdim ediləcək. Onun vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi kifayət edəcək. Qanunverici orqanda çoxluq hakim “Gürcü Arzusu” Partiyasında olduğundan dövlət başçısı vəzifədən uzaqlaşdırıla bilər.

    Qeyd edək ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

  • Ukrayna – Azərbaycan oyunu İspaniyada olacaq

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda olacaq.

    Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

  • Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb

    Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb.

    Bu, Palatanın “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında əks olunub.

    Bildirilir ki, auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməyib, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməmiş, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməyib, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 milyon manat məbləğində vəsaitin istifadəsi təmin edilməyib.

    Tikinti norma və qaydalarının tələbləri pozularaq smeta sənədlərində və yerinə yetirilən işlərin qəbul aktlarında işçi layihə ilə müqayisədə kənarlaşmalara yol verilmiş, “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və yerinə yetirilmiş işlərin qəbulu aktlarında iş həcmlərinin layihədə nəzərdə tutulandan çox göstərilməsi nəticəsində 3 halda podratçıya 27,9 min manat, 7 halda yerinə yetirilməyən işlərə görə 221 min manat və 18 adda idman və mebel avadanlıqlarının mövcud olmamasına görə 38,8 min manat, cəmi 287,7 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib.

    TOM tərəfindən qeyd edilən kənarlaşma məbləğinin 206 min manatının dövlət büdcəsinə ödənildiyi, 42,9 min manat dəyərində yerinə yetirilməyən işlərin yerinə yetirilərək bərpa edildiyi və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımı avadanlıqlarla əvəzləşdirildiyi barədə Hesablama Palatasına müvafiq məlumatlar təqdim edilib. “Goranboy rayonunda Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və işlərin qəbulu aktlarında iş həcmlərinin layihəyə nisbətən çox göstərilməsi nəticəsində 6 halda 135,2 min manat və 80 halda yerinə yetirilməyən işlərə və mövcud olmayan mebel avadanlıqlarına görə 379,6 min manat, 1 halda yerinə yetirilmiş iş həcmlərinə bazisəmsal üsulu tətbiq edilməklə hesablanmış işin dəyəri üzrə yaranan kənarlaşmaya görə 457,6 min manat, cəmi 972,4 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib.

    Satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.

    Bəzi hallarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın və müvafiq hüquqi aktların tələblərinə, həmçinin Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunan hesabatların göstəriciləri maliyyə hesabatlarının və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti barədə hesabat”ın müvafiq göstəricilərinə uyğun olmayıb.

    Hesablama Palatası, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Baş Prokurorluğuna göndərilməsinə dair qərar verib.
    //report