Month: October 2023

  • В НАР с начала года потребителям возвращена часть НДС на сумму более 553 тыс. манатов

    В январе-сентябре 2023 года в рамках механизма возврата НДС в Нахчыванской Автономной Республике потребителям возвращено 553,2 тыс. манатов.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную налоговую службу при Министерстве экономики.

    Согласно информации, за сентябрь было возвращено 90,8 тысячи манатов, что в 4,3 раза больше, чем в январе.

  • Naxçıvanda 9 ayda 553 min manatdan çox ƏDV məbləği geri qaytarılıb

    Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 553,2 min manat vəsait qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bunun 90,8 min manatı sentyabr ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 4,3 dəfə çoxdur.

  • Avropa nəhəngləri “Qarabağ”ın “Bayer 04” ilə oyunlarını izləyəcəklər

    Avropa nəhəngləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə keçirəcəyi oyunları izləyəcəklər.

    “Report”un “Mundo Deportivo”ya istinadən məlumatına görə, Almaniyanın “Bavariya” və İspaniyanın “Barselona” klubunun skautları Leverkuzen təmsilçisinin matçlarını diqqətdə saxlayırlar.

    Adı çəkilən klublar “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtzin çıxışını izləmək üçün nümayəndə ayırıblar. “Bavariya” və “Barselona” 20 yaşlı oyunçunun transferi üçün mövsümün sonunda qarşı tərəflə danışıq aparmağı planlaşdırırlar. Virtz bu mövsüm 10 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

    Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

  • Жительница Лачына: Я училась в Ханкенди

    “Я училась в Ханкенди, имею 35-летний педагогический стаж”.

    Об этом сказала жительница Лачына Шалала Аббасова.

    По ее словам, она испытала огромную радость, когда президент Ильхам Алиев поднял азербайджанский флаг в Ханкенди, и поделилась желанием вернуться в город, где получала образование.

    Напомним, что сегодня очередная группа бывших вынужденных переселенцев из Лачынского района отправилась в родные края из жилого комплекса “Гобу Парк 3” в Гарадагском районе Баку.

    На данном этапе в Лачын переселяется еще 25 семей – 96 человек.

  • Laçın sakini: “Xankəndidə təhsil almışam”

    “Xankəndidə təhsil almışam, 35 illik pedaqoji fəaliyyətim var”.

    Bunu Laçın sakini Şəlalə Abbasova deyib.

    Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltmasını böyük sevinclə qarşıladığını bildirən Laçın sakini yenidən həmin küçələrə qayıtmaq istəyini, xatirələrini yeniləmək diləyini paylaşıb.

    Xatırladaq ki, bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

  • Azərbaycanın siyasi partiyaları Prezidenti Xankəndiyə görə təbrik ediblər

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

    Median.Az xəbər verir ki, müraciətin mətnində deyilir:

    “Möhtərəm cənab Prezident,

    Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir.

    Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər Gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olmuşdur.

    Ötən 20 il ərzində Azərbaycan izin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmişdir. Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik etmişdir.

    Möhtərəm cənab Prezident,

    İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olmuşdur. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur.

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.

    1. Yeni Azərbaycan Partiyası;

    2. Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;

    3. Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı;

    4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev;

    5. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa;

    6. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə;

    7. Vəhdət Partiyası – sədr Tahir Kərimli;

    8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev;

    9. Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev;

    10. REAL Partiyası – sədr İlqar Məmmədov;

    11. Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;

    12. Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu;

    13. Ədalət Partiyası – sədr İlyas İsmayılov;

    14. Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağazadə;

    15. Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev;

    16. Azərbaycan Milli İstiqlal Partiyası – sədr Arzuxan Əlizadə;

    17. Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev;

    18. Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;

    19. Böyük Azərbaycan Partiyası – sədr Elşad Musayev;

    20. Ağ Partiya – sədr Tural Abbaslı;

    21 . Azad Vətən Partiyası – sədr Akif Nağı;

    22. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu;

    23. Yeni Zaman Partiyası – sədr Musa Ağayev”.

  • Azərbaycanda daha 4 şirkət taksi fəaliyyətinə başlaya bilər

    Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib.

    Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.

    “Fərdi məlumatlar haqqında” qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.

    Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.

  • Скончался композитор “Бременских музыкантов” Геннадий Гладков

    На 89-м году жизни скончался советский и российский композитор, автор музыки к популярным кино- и телефильмам, мультфильмам и мюзиклам Геннадий Гладков.

    Об этом сообщил его помощник и менеджер Малик Аминов.

    “Геннадий Игоревич умер сегодня, место и дата прощания пока не определены, общаемся с родственниками”, – сообщил М. Аминов.

    Славу Геннадию Гладкову принесла работа над мультфильмом “Бременские музыканты” и его продолжением. Его музыка звучит в более чем 110 картинах. В их числе “Малыш и Карлсон”, “Джентльмены удачи”, “12 стульев” “Собака на сене”, “Обыкновенное чудо”, “Формула любви”, “После дождичка в четверг”, “Человек с бульвара Капуцинов”, “Убить дракона” и многие другие.

    Источник: ТАСС

  • “Bremen musiqiçiləri”nin bəstəkarı vəfat edib

    89 yaşında sovet və rus bəstəkarı, məşhur film və televiziya filmlərinin, cizgi filmlərinin və müziklların musiqilərinin müəllifi Gennadi Qladkov vəfat edib.

    Bu barədə onun köməkçisi və meneceri Malik Aminov məlumat verib.

    “Gennadi İqoreviç bu gün vəfat edib, vidalaşma yeri və tarixi hələ müəyyən edilməyib, qohumlarla əlaqə saxlayırıq”, – deyə M.Aminov bildirib.

    Qeyd edək ki, Gennadi Qladkov “Bremen musiqiçiləri” cizgi filminə bəstələdiyi musiqi ilə şöhrət qazanıb. Onun musiqiləri 110-dan çox filmdə səslənib. Onların arasında “Körpə və Karlson”, “Uğur centlmenləri”, “On iki stul”, “Adi möcüzə”, “Sevgi formulu”, “Cümə axşamı yağışdan sonra” və bir çox başqaları var.

    Mənbə: TASS

  • Azərbaycana idxal olunan avtomobillər 32 faiz artıb

    Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% artıb.

    Ölkəyə gətirilən avtomobillərin 89 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 67 453 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 062 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 279 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.