Month: October 2023

  • В Шекинском районе за семейным конфликтом последовал пожар

    На улице Фуада Абдурахманова в городе Шеки сгорел частный дом.

    Как сообщает АПА, пожар вспыхнул в трехкомнатном доме общей площадью 180 кв.м, принадлежащем Тофигу Сулейманову.

    В тушении огня были задействованы техника и личный состав районной части Госслужбы пожарной охраны МЧС. В результате инцидента сгорели воспламеняющиеся конструкции дома и предметы быта.

    Перед пожаром на почве семейного конфликта сын хозяина дома Сеймур Сулейманов (1986 г.р.) получил травму головы. Прибывшие на место происшествия сотрудники бригады скорой медицинской помощи оказали С.Сулейманову помощь на месте.

    По данному факту ведется расследование.

  • Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub

    Şəkidə fərdi yaşayış evi yanıb.

    APA-nın məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhəri Fuad Abdurahmanov küçəsində Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

    Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S.Süleymanova yerində yardım göstəriblər.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 32-yə çatdı

    Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 32 nəfərə çatıb.

    Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

  • Sumqayıtda silahlı insidentlə bağlı təfərrüat: Serkan Karakaş bir dəfə də bıçaqlanıbmış

    Oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan Serkan Karakaş barədə əvvəllər də şikayətlər olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ailə-məişət və borc məsələlərinə görə S.Karakaş barəsində dəfələrlə şikayətlər edilib.

    Hətta onun borc üstündə bir dəfə bıçaqlandığı da deyilir.

    Bugünkü hadisəni orta yaşlı bir kişinin törətdiyi qeyd edilir.

    Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Azərbaycan karateçisi üçqat dünya çempionu olub

    Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

    “Report”un məlumatına görə, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.

    Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

  • Торговый оборот Азербайджана со странами СНГ вырос на 13%

    В январе-сентябре 2023 года товарооборот между Азербайджаном и странами СНГ составил 4 735 125 000 долларов.

    Как сообщает Report со ссылкой на Государственный таможенный комитет, это на 12,5% больше, чем за аналогичный период прошлого года.

    За девять месяцев торговые операции со странами СНГ составили 32,6% общего товарооборота страны.

    За отчетный период товарооборот Азербайджана с Россией составил 3 133 541 000 долларов (на 23,5% больше, чем в прошлом году), с Туркменистаном – 678 373 000 долларов (в 2,2 раза больше), с Казахстаном – 269 039 000 долларов (на 35,5% меньше), с Украиной – 247 078 000 долларов (на 52,7% меньше), с Беларусью – 238 763 000 долларов (на 12,6% меньше), с Узбекистаном – 120 294 000 долларов (на 8,2% меньше), с Кыргызстаном – 35 329 000 долларов (в 5,8 раза больше), с Молдовой – 8 169 000 долларов (на 41,7% меньше), с Таджикистаном – 4 534 000 долларов (на 15% больше).

    В январе-сентябре экспорт в Россию составил 864 млн долларов (на 37,7% больше, чем годом ранее), в Казахстан – 81 038 000 долларов (на 34% больше), в Туркменистан – 64 188 000 долларов (в 4,8 раза больше).

    В то же время импорт Азербайджана из России достиг 2 269 541 000 долларов (на 18,8% больше), из Туркменистана – 614 185 000 долларов (в 2,1 раза больше), из Беларуси – 216 833 000 долларов (на 14,9% больше).

  • Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.

    Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

    Doqquz ay ərzində MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,6%-ni təşkil edib.

    Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 133 milyon 541 min ABŞ dolları (bir il əvvələ nisbətən 23,5% çox), Türkmənistanla 678 milyon 373 min ABŞ dolları (2,2 dəfə çox), Qazaxıstanla 269 milyon 39 min ABŞ dolları (35,5% az), Ukrayna ilə 247 milyon 78 min ABŞ dolları (52,7% az), Belarusla 238 milyon 763 min ABŞ dolları (12,6% az), Özbəkistanla 120 milyon 294 min ABŞ dolları (8,2% az), Qırğızıstanla 35 milyon 329 min ABŞ dolları (5,8 dəfə çox), Moldova ilə 8 milyon 169 min ABŞ dolları (41,7% az), Tacikistanla 4 milyon 534 min ABŞ dolları (15% çox) olub.

    Yanvar-sentyabrda Azərbaycandan Rusiyaya 864 milyon ABŞ dolları (illik müqayisədə 37,7% çox), Qazaxıstana 81 milyon 38 min ABŞ dolları (34% çox), Türkmənistana 64 milyon 188 min ABŞ dolları (4,8 dəfə çox), Ukraynaya 75 milyon 984 min ABŞ dolları (4,4 dəfə az), Özbəkistana 34 milyon 306 min ABŞ dolları (8,5% çox), Qırğızıstana 32 milyon 627 min ABŞ dolları (18,1 dəfə çox), Belarusa 21 milyon 930 min ABŞ dolları (3,8 dəfə az), Moldovaya 4 milyon 772 min ABŞ dolları (2,3 dəfə az), Tacikistana 4 milyon 428 min ABŞ dolları (15,3% çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3%, Qazaxıstan 0,3%, Türkmənistan 0,2%, Ukrayna 0,3%, Özbəkistan 0,1%, Qırğızıstan 0,1%, Belarus 0,08%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

    Yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan 2 milyard 269 milyon 541 min ABŞ dolları (18,8% çox), Türkmənistandan 614 milyon 185 min ABŞ dolları (2,1 dəfə çox), Belarusdan 216 milyon 833 min ABŞ dolları (14,9 % çox), Qazaxıstandan 188 milyon ABŞ dolları (47,3% az), Ukraynadan 171 milyon 94 min ABŞ dolları (7% az), Özbəkistandan 85 milyon 987 min ABŞ dolları (13,6% az) Moldovadan 3 milyon 397 min ABŞ dolları (18,8% çox), Qırğızıstandan 2 milyon 702 min ABŞ dolları (36,6% az), Tacikistandan 106 min ABŞ dolları (4,8% çox) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 18%, Türkmənistan 4,8%, Qazaxıstan 1,5%, Belarus 1,7%, Ukrayna 1,4%, Özbəkistan 0,7%, Qırğızıstan 0,02%, Moldova 0,03% paya sahib olub.

  • Koronavirusa yoluxanların sayı 10 faiz artıb – Avropanın statistikası

    Sentyabrın 25-dən oktyabrın 22-nə olan müddətdə dünyada 502 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,7 mindən artıq ölüm halı qeydə alınıb.

    Median.Az Ümumdünya Səhiyyə Təşkilatının informasiya bülleteninə istinadən xəbər verir ki, ümumilikdə, ötən dörd həftə ilə müqayisədə yoluxmaların sayı 42 faiz, ölüm halları isə 43 faiz azalıb. Bununla yanaşı, Cənub-Şərqi Asiyada xəstəliyə yoluxanların sayı 14 faiz, Avropada isə 10 faiz artıb.

    Son dörd həftə ərzində dünyada koronavirusa 502 234 yoluxma və 4 739 ölüm halları qeydə alınıb. Cənub-Şərqi Asiya ölkələrində COVID-19-a yeni yoluxmalar 14 faiz, ölüm halları isə təxminən 11 faiz artıb. Avropada xəstəliyə yoluxanların sayı 10 faiz artsa da, ölüm halları 45 faiz azalıb.
    Son dörd həftə ərzində ən çox xəstəlik halları İtaliyada (141 255) qeydə alınıb. Onun ardından Rusiya (83 765), Sinqapur (61 230) Böyük Britaniya (53 280) və Rumıniya (39 585) gəlir. Ən çox ölüm halları isə Hindistanda (1260) qeydə alınıb. Sonrakı yerlərdə İtaliya (560), Rusiya (172), İsveç (138) və Avstraliya (120) qərarlaşıb.
    //medicina.az

  • Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

    “Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”,- paylaşımda qeyd olunub.

  • Azərbaycandakı bu binaların seysmik kəməri yoxdur və onlar dayanıqlığını itirib – VİDEO

    Azərbaycan mürəkkəb relyefdə və tektonik zonada yerləşir. Buna görə də tez-tez aşağı bal gücündə zəlzələlər baş verir. Belə təkanlar xüsusilə Xəzər dənizində və bəzi bölgələrdə qeydə alınır.
     
    Bəs ölkədəki çoxmənzilli binalar zəlzələyə nə qədər davamlıdır?
     
    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Nüsrət İbrahimov son 15 ildə tikilən binaların 9 bala hesablandığını deyir. Lakin zaman keçdikcə tikililər davamlılığı zəifləyir.
     
    Ekspertin sözlərinə görə, sovet dövründə inşa edilmiş binalar öz dayanıqlığını itirib. Xüsusilə, mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmər yoxdur. 
     
    Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyir ki, yeni tikililərə nəzarət bir neçə mərhələdə aparılır.
     
    Onun sözlərinə görə, Azərbaycanın 80 faizi 8, qalan hissəsi 9 ballıq seysmik zonada yerləşir.
     
    Ona görə də tikinti zamanı ilkin olaraq geoloji tədqiqatlar aparılır, ərazidə quruntların yükgötürmə qabiliyyəti öyrənilir.
     
    Elxan Əsədov deyir ki, hazırda ən çox müşahidə edilən pozuntular tikinti zamanı layihədən kənara çıxma hallarıdır. Buna görə qanunvericilikdə 500 manatdan 25 min manata qədər cərimə nəzərdə tutulub.
     
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: