Month: October 2023

  • Bakı metrosundakı faciədən 28 il ötür

    1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 28 il ötür.

    Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.

    Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

    Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.

    Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

    Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçerə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.

    Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.

  • В Мингячевире мужчину ударили ножом в шею

    27 октября в Мингячевире произошла поножовщина.

    Как передает АПА, 70-летний житель Имишлинского района Али Аббасалиев нанес ножевое ранение в область шеи Назиму Рагимову (1957 г.р.) в ходе возникшего между ними конфликта.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, подозреваемый в нанесении телесных повреждений А.Аббасалиев задержан.

    По данному факту ведется расследование.

  • Mingəçevirdə kişi boğazından bıçaqlanıb

    Oktyabrın 27-də Mingəçevir şəhəri ərazisində bıçaqlanma hadisəsi olub.

    APA xəbər verir ki, İmişli rayon sakini, 70 yaşlı Əli Abbasəliyev aralarında yaranan mübahisə zamanı 1957-ci il təvəllüdlü Nazim Rəhimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, N.Rəhimova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Abbasəliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,62 доллара (0,67%) и составила 92,25 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,62 dollar və ya 0,67% azalaraq 92,25 ABŞ dollarına enib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Декабрьские фьючерсы на марку WTI подорожали на 2,8% – до 85,54 доллара за баррель, декабрьские на Brent – на 2,9%, до 90,48 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 2,80% faiz bahalaşaraq, bir barelinin qiyməti 85,54 ABŞ dolları olub.

    “Brent” markalı neftin dekabr füçersləri 2,90% bahalaşaraq, bir barelinin qiyməti 90,48 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Баку в ДТП пострадала 17-летняя девушка

    В Сураханском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, в результате столкновения двух автомобилей Мелек Рзазаде (2006 г.р.) получила травмы различной степени тяжести.

    Пострадавшая была госпитализирована.

    По данному факту ведется расследование.

  • Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Bakının Suraxanı rayonunda 17 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Mələk Səlim qızı Rzazadə xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “X” sosial şəbəkəsində video və audio zənglərlə bağlı möhtəşəm yenilik – FOTO

    “X” sosial şəbəkəsində video və audio zənglər olacaq.

    Bu barədə sosial şəbəkənin sahibi Elon Mask elan edib.

    Bu funksiyanın ilkin versiyası artıq iOS əməliyyat sistemində mövcuddur.

    Video və səsli zəngləri aktivləşdirmək üçün “Parametrlər”, “Məxfilik” və “Təhlükəsizlik” oradan da “Şəxsi Mesajlar”, “Audio və Video Zəngləri Aktiv et” bölməsinə keçməlisiniz.

    Qeyd edək ki, bənzər funksiya “Whatsapp”, “Facebook”, “Telegram” və s. digər sosial şəbəkələrdə mövcuddur.