Month: October 2023

  • Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? (AÇIQLAMA)

    Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.

    Median.Az olay.az-a istinadən xəbər verir ki, əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb:

    “Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın”.

    Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.

  • Ödənişli yolda sürət şousu – Saatda 230-la sürürlər (FOTO)

    Yenicə açılmış Bakı-Quba-Rusiya Federasiyası yolundan nəqliyyat vasitələrinin hələlik az istifadə etməsi və bu yolda radarların hələ ki quraşdırılmaması sürət həvəskarlarının bu yola axınına səbəb olub.

    Nəzərə alaq ki, bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə də imkan verir.

    Amma bu, sürücülərə fürsətdən istifadəyə imkan tanımamalıdır. Hər halda sürücülər belə yüksək sürətin onların həyatı üçün ciddi təhlükə yarada biləcəyini də göz önünə gətirməlidirlər. Ancaq bunun əksi olaraq başqa görüntülərlə rastalşırıq…

    Son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəklini çəkərək paylaşırlar. Bundan başqa Bakıda motosikletlə yarışmağa uyğun yer tapa bilməyən moto həvəskarlarının da ödənişli yola axını müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılır.

    Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb. Təyin edilmiş sürəti keçənlər isə inzibati məsuliyyət daşıyır.

    İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

  • Şəkidən Bakıya gətirilən və xəstəxanada ölən uşaqla bağlı – Araşdırma aparılır

    Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən və bir neçə gündür Kliniki Tibbi Mərkəzdə müalicə olunan 4 aylıq Ayla Mövlamlı ötən gün vəfat edib.

    Bu barədə uşağın yaxını, jurnalist Almaz Qasımova sosial şəbəkə hesabında yazıb.

    A.Qasımovanın sözlərinə görə, körpəni əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, xəstəxanadan növbətçi həkimin olmadığı bildirilib: “Körpə xəstələnib, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Axşam növbətçi həkimi axtarıblar, deyilib ki, həkim yoxdur, xəstəxanada həkim çatışmazlığımız var. Bir neçə gün ərzində həmin xəstəxanada bir neçə uşaq vəfat edib. İlkin müdaxilə yox, edilən müalicələr də yanlış…”

    O qeyd edib ki, sonra uşağı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan körpə xəstəxanada vəfat edib.

    Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 11 iyun 2023-cü il təvəllüdlü Ayla Mövlam qızı Mövlamlı oktyabrın 22-si saat 20:22 radələrində ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: “Kəskin respirator virus infeksiyasının ağırlaşması diaqnozu” qoyulan xəstəyə ilkin zəruri tibbi yardım göstərilib. Xəstə daxil olarkən vəziyyəti çox ağır, bədən hərarəti 38-38,5 dərəcə, febril qıcolma tutmaları müşahidə olunub. Xəstənin vəziyyətinin ağırlıq dərəcəsi nəzərə alınaraq oktyabrın 23-də səhər saat 09:00 radələrində İntensiv terapiya və reanimasiya şöbəsinə köçürülüb, zəruri tibbi müdaxilələr aparılıb və rentgen müayinəsində hər iki ağciyərdə pnevmoniya aşkarlanıb. Eyni zamanda pnevmoniyanın ağırlaşması kimi “toksik ensefalopatiya” diaqnozu qoyulub.

    Xəstəni yaxınları Bakıya təxliyə etmək istəsələr də, qıcolmaların intensivliyinin çoxluğu səbəbindən 23 oktyabrda təxliyəni həyata keçirmək mümkün olmayıb”.

    TƏBİB-dən bildirilib ki, ölüm faktı ilə əlaqədar komissiya araşdırmalara başlayıb: “A. Mövlamlı oktyabrın 24-ü saat 17:45 radələrində vəziyyəti nisbətən stabilləşəndən sonra uşaq Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının İntensiv terapiya şöbəsinə təxliyə edilib. Aparılan müayinələrdən sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyaları, ikitərəfli bronxopnevmoniya, septiki şok, ağciyər ödemi və baş-beyin ödemi, ikincili koaqulopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin olunub. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşularaq müvafiq intensiv-reanimotoloji tədbirlər görülüb. Lakin həkimlərin səyinə baxmayaraq, Ayla Mövlamlı oktyabrın 27-si saat 09:25-də Reanimasiya şöbəsində vəfat edib.

    Əlavə olaraq bildiririk ki, ölüm faktı ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Tibb müəssisələrində uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə” Komissiyada araşdırma aparılır.

    //qafqazinfo

  • Bu gün Ay tutulması olacaq – Bakı vaxtı ilə saat…

    Bu gün ilin ikinci Ay tutulması baş verəcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, qismən Ay tutulması olacaq.

    Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Təbii hadisənin maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

    2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

  • Bakıda evdən 15 000 dollar və 5000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb

    Bakıda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.

  • Прогноз погоды в Азербайджане на 29 октября

    29 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода без осадков, ночью и утром местами туман, северо-западный ветер днем усилится.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью – 15-18, днем – 21-25 градусов тепла.

    Атмосферное давление повысится с 758 до 762 мм ртутного столба. Относительная влажность воздуха составит 60-65%.

    В районах Азербайджана завтра осадков не ожидается, ночью и утром на отдельных территориях туман, ветер западный умеренный.

    Температура воздуха ночью – 14-19, днем – 25-30, в горах ночью – 5-10, днем – 14-19 градусов выше нуля.

  • Sabahın hava proqnozu açıqlandı

    Ölkə ərazisində oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 21-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

  • Задержан подозреваемый в убийстве недавно вышедшего из тюрьмы мужчины – ВИДЕО

    В городе Джалилабад задержан подозреваемый в умышленном убийстве Хагани Ахмедли 24 октября.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, в результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками полиции, задержан местный житель Беюкхан Мурадлы (1998 г.р.), подозреваемый в совершении преступления.

    По данному факту продолжаются следственно-оперативные мероприятия.

    Отметим, что Х.Ахмедли недавно вышел на свободу из исправительного учреждения.

  • Yenicə həbsdən çıxan kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs ƏLƏ KEÇDİ – VİDEO

    Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

    Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, M.Əhmədli həbsdən yenicə çıxıbmış.

  • Прошло 28 лет со дня трагедии в бакинском метро

    Прошло 28 лет с момента трагедии, произошедшей в Бакинском метрополитене 28 октября 1995 года, в результате которой погибли 289 человек.

    Median.Az напоминает, что между станциями “Улдуз” и “Нариман Нариманов” из-за неисправности оборудования загорелся поезд.

    Согласно основной версии, загорелся тяговый двигатель одного из вагонов.

    Растерявшийся машинист принял ошибочное решение остановить состав в узком тоннеле между станциями.

    Из-за плохой вентиляции и слабой освещенности тоннеля многие пассажиры задохнулись или были раздавлены в панике. Большинство погибло внутри поезда, 40 тел были найдены внутри туннеля. Несколько человек умерли от поражения электрическим током, когда они попытались обойти горящий поезд.

    Согласно официально опубликованным данным, в результате пожара погибли 286 пассажиров, из них 28 – дети, и трое спасателей. Число раненых составило 270 человек.

    Машинист поезда и диспетчер, которых обвинили в несоблюдении правил безопасности, были приговорены к 10 годам лишения свободы.

    После трагедии Президент Азербайджана Гейдар Алиев специальным указом объявил в стране общенациональный трехдневный траур. Гейдар Алиев также распорядился выделить семьям погибших по одному миллиону манатов и похоронить жертв трагедии за государственный счет.

    Пожар в бакинском метро 28 октября 1995 года стал крупнейшим по числу жертв инцидентом в истории всех метрополитенов мира.