Month: October 2023

  • Qadınlardan ibarət Azərbaycan millisi Farer adalarını məğlub edib

    Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib.

    Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.

    Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

  • Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

    Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivədində baş tutan “kiber müharibə” yarışının qalibi bəlli olub.

    Yarışmanın birinci yerinin qalibi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “UEİP” komandası olub.

    Yarışmada ikinci yeri “Azercell”in “CyberCell” komandası, üçüncü yeri isə Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin “Iron Fist” (Dəmir yumruq) komandası tutub.

    Birinci yerin qalibinə 15 min manat, ikinci yerin qalibinə 10 min manat və üçüncü yerin sahibinə isə 5 min manat mükafat verilib.

    Qeyd edək ki, tədbirin sponsor və tərəfdaşları Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən mükafatlandırlıb. Mükafatı XRİTDX adından Xidmətin rəisinin müavini general-mayor Allahverən İsmayılov və DTX adından isə qurumun Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov təqdim edib.
    //report

  • Xocalı məktəbində mənimsəmə faktı aşkarlanıb, cinayət işi başlanıb

    Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub

    Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub.

    Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən kollegiya iclasında deyib.

    O, nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1 286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1 026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyini qeyd edib.

  • Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb

    19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin noyabrın 6-dan 15-dək Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunları idarə edəcək hakimlər açıqlanıb.

    Yığmanın matçlarının hamısı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

    Azərbaycan – Kosovo

    8 noyabr. Breziçe. Saat 15:00

    Baş hakim: Katerina Usova (Ukrayna).

    Baş hakimin köməkçiləri: İrina Çayka (Ukrayna), Kaya Şkrban (Sloveniya).

    Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).

    Sloveniya – Azərbaycan

    11 noyabr. Çatej. Saat 15:00

    Baş hakim: Veronika Kovarova (Çexiya).

    Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Reyçl Smit (Şimali İrlandiya).

    Dördüncü hakim: Luiza Tompson (Şimali İrlandiya).

    Moldova – Azərbaycan

    14 noyabr. Breziçe. Saat 15:00

    Baş hakim: Luiza Tompson (Şimali İrlandiya).

    Baş hakimin köməkçiləri: Reyçl Smit (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya).

    Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).

  • ЦБ РФ повысил ключевую ставку до 15%

    Центробанк России на заседании совета директоров сегодня повысил ключевую ставку на 200 базисных пунктов, до 15% годовых.

    Об этом заявили в ЦБ РФ.

    “Текущее инфляционное давление значительно усилилось и складывается выше ожиданий Банка России. Устойчивое увеличение внутреннего спроса все больше превышает возможности расширения производства товаров и услуг. Инфляционные ожидания сохраняются на повышенных уровнях”, – отметил регулятор.

  • Rusiya Bankı uçot dərəcəsini artırıb

    Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilmiş iclasında uçot dərəcəsi 2 faiz bəndi artırılaraq 15 %-ə çatdırılıb.

    Bu barədə Rusiya Bankı məlumat yayıb.

    “Hazırda inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və Rusiya Bankının gözləntilərini üstələyir. Daxili tələbatın davamlı artması məhsul və xidmətlərin istehsalının genişləndirilməsi imkanlarını getdikcə artırır. İnflyasiya gözləntiləri yüksək səviyyədə qalır”, – məlumatda qeyd edilib.

  • Мишель: ЕС намерен продолжить посредничество между Арменией и Азербайджаном

    Лидеры ЕС по итогам саммита в Брюсселе заявили о намерении продолжить посредничество по урегулированию между Арменией и Азербайджаном.

    Об этом сообщил глава Евросовета Шарль Мишель.

    “Мы обсудили ситуацию на Южном Кавказе. Мы твердо намерены продвигать посреднические усилия ЕС для достижения нормализации между Азербайджаном и Арменией на основании взаимного признания территориальной целостности и суверенитета”, – сказал он.

  • Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətindədir”

    Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqi (Aİ) liderləri Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

    Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.

    “Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik”, – o bildirib.

    Qeyd edək ki, oktyabrın 26-27-də Brüsseldə keçirilən sammitdə xarici siyasətlə bağlı məsələlər, o cümlədən Priştina-Belqrad münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
    //report

  • “Sumqayıt”ın futbolçusu üçün 2023-cü il bitib

    “Sumqayıt”ın futbolçusu İsa Suliman üçün 2023-cü il bitib.

    İngiltərəli müdafiəçi əməliyyat olunub.

    Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda zədələnən 25 yaşlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub. Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” xəstəxanasında tanınmış cərrah, Prof.Dr. Mehmet Sərdar Binnət tərəfindən aparılan əməliyyat uğurlu keçib.

    Bu gün Sumqayıta dönəcək İsa Sulimanın bərpa prosesinə burada davam ediləcək. Onun təxminən iki aydan sonra çalışmalara başlayacağı gözlənilir.