Month: October 2023

  • Apple “hamı üçün” noutbuk buraxacaq – Satışda nə vaxt olacaq?

    Ötən ay Apple-in Chromebook-larla rəqabət aparmaq üçün ucuz MacBook noutbukları seriiyasını hazırladığı barədə xəbər yayıldı. İndi bu barədə Apple məhsulları haqqında dəqiq proqnozları ilə tanınan Ming-Chi Kuo məlumat verib.

    O, münasib büdcəli MacBook-un 2024-cü ilin sonunda buraxılacaq və onun qiymətinin Air və Pro 13-dən aşağı olacağını bildirib. Başqa sözlə, MacBook 999 dollardan ucuz olacaq. Çox güman ki, Apple belə aşağı qiymətə nail olmaq üçün material və komponentlərə qənaət etməli olacaq.

    Yeni MacBook-un xüsusiyyətləri hələ açıqlanmayıb, lakin Apple-ın 2015-ci ildən 2019-cu ilə qədər istehsal olunmuş 12 düymlük modeli yenidən dirildə biləcəyi ilə bağlı fərziyyələr var. Əgər o zaman bu noutbukların əsas problemi zəif Intel prosessorları idisə, indi Apple-da güclü M1 və M2 var.
    Qeyd edilir ki, belə bir model Apple-a şirkətinə noutbukların satışını əhəmiyyətli dərəcədə artırmağa imkan verə bilər. Rəqəmlər göstərir ki, 2020-ci ildə istehsalçılar Chrome ƏS-də 30,4 milyon, 2021-ci ildə isə 33,5 milyon noutbuk tədarük edib. Məktəblər və universitetlər onları aktiv şəkildə alırlar.
    //bakupost

  • Gəncədə bir qardaşı öldürüb, digərini yaralayanların cinayət işi məhkəməyə göndərilib

    Gəncə şəhər sakini Niyazi Bayramovun qəsdən öldürülməsi, qardaşı Kamal Bayramova isə çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

    İstintaqla Ayxan Bayramovun tanışları Murad Nəcəfov və Seymur Abdullayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Niyazi Bayramovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, sonuncunun qardaşı Kamal Bayramovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Ayxan Bayramov, Murad Nəcəfov və Seymur Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Şəmkirdə gəlinini öldürməkdə təqsirləndirilən kişi istintaq dövründə vəfat edib

    Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini Səma Qasımovanı ov tüfəngindən atəş açaraq öldürməkdə təqsirləndirilən qayınatası Sahib Həsənov istintaq dövründə vəfat edib.

    Bu səbəbdən onun cinayət işinə xitam verilib.

    Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar çıxarılıb.

    Belə ki, 1985-ci il təvəllüdlü gəlini Səma Qasımovanı öldürməkdə təqsirləndirilən 1959-cu il təvəllüdlü mərhum Sahib Həsənov oğlu Nicat Həsənovla aralarında ailə-məişət zəminində münaqişə olub. Hadisə baş verən gün oğlu Nicat Həsənovun evdə dolabdakı qabları qıraraq səs-küy saldığını eşidib. O, oğlundan səs-küyün və qab-qacaqları sındırmasının səbəbini soruşub. S.Həsənov həmin vaxt həddən artıq spirtli içki qəbul etdiyi üçün hadisənin nə üstündə və necə baş verməsini, eləcə də mübahisə zamanı onun oğluna, oğlunun da ona nə deməsini xatırlaya bilməyib. Lakin oğlu Nicatla aralarında mübahisənin gərginləşməsi və dava-dalaş həddinə çatması yadında olub. Oğlu Nicatla dava edən zaman ona qarşı daha da aqressiv hərəkətlər etməyə başlayıb. O, Nicatı sakitləşməsi üçün xəbərdar etsə də, Nicat onu eşitməyib. O, evdə olan qoşalüləli ov tüfəngini götürüb oğlu Nicata tərəf atəş açarkən gəlini Səma özünü tüfəngin qabağına atıb. Hadisə nəticəsində Səma Həsənova dünyasını dəyişib.

    Sahib Həsənov hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 29, 120.2.7(iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    O, bu il Penitensiar Xidmətin müalicə müəssisəsində “sol aşağı ətrafın diz nahiyəsinin irinləyən yarası, fleqmona, septiki toksiki şok” diaqnozu ilə dünyasını dəyişib.

    Qeyd edək ki, hadisə 7 avqust 2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində baş verib.
    //report

  • HƏMAS-İsrail müharibəsində həlak olanlardan indiyədək 808 nəfərin şəxsiyyəti müəyyənləşib

    HƏMAS-ın İsrailə hücumu nəticəsində həlak olan mülki vətəndaşlardan indiyədək cəmi 808 nəfərin şəxsiyyəti müəyyənləşib.

    Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

    Bildirilib ki, bu göstərici öldürüldüyü güman edilən mülki əhalinin 84 faizini təşkil edir.

    Səlahiyyətlilər qeyd ediblər ki, cəsədlərin çoxunun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklər var, çünki onların çoxu yanıb.

    Məlumata görə, indiyədək 701 qurban dəfn edilib.

    Mülki qurbanlarla yanaşı, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının da həlak olduğu diqqətə çatdırılıb.

  • Завтра в Баку и на Абшеронском полуострове ожидается до 27 градусов тепла

    27 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Утром в некоторых частях полуострова ожидается туман. Будет преобладать умеренный юго-западный ветер.

    Температура воздуха ночью составит 14-17°, днем 22-27° тепла. Атмосферное давление – 758 мм ртутного столба. Относительная влажность воздуха составит 60-70%.

    В районах Азербайджана преимущественно без осадков. Ночью и утром в некоторых районах ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 11-16°, днем 24-29° тепла, в горах ночью 3-8°, днем 12-17° тепла.

  • Sabahın hava proqnozu açıqlanıb

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

  • В Казахстане при пожаре погибли четверо детей

    Четверо детей стали жертвами пожара в частном доме в городе Аягоз Абайской области на востоке Казахстана.

    Об этом сообщила пресс-служба областной администрации.

    Трагедия произошла накануне утром. “На пульт центра оперативного управления силами и средствами департамента по чрезвычайным ситуациям поступил сигнал о том, что в одном из частных домов города Аягоз произошло задымление. Незамедлительно на место выехала бригада спасателей из шести человек. По прибытии пожарных в одной из комнат горела мебель и личные вещи на площади 20 кв. м. В ходе тушения обнаружены тела четверых детей без признаков жизни”, – говорится в заявлении.

    Причина задымления и гибели детей устанавливается. Полиция проводит расследование. Членам семей погибших оказывается необходимая помощь.

  • Qazaxıstanda 4 uşaq yanaraq ölüb

    Qazaxıstanın şərqindəki Abay rayonunun Ayagöz şəhərində fərdi yaşayış evində baş verən yanğında 4 uşaq həlak olub.

    Bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.

    Faciə ötən gün səhər saatlarında baş verib. Otaqlardan birində 20 kv.m sahədə əşyalar yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı 4 uşağın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı polis araşdırma aparır.

  • Şəkidə 41 yaşlı kişi qətlə yetirilib, qohumu tutulub – YENİLƏNİB

    Oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

    Şəki Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu, 1982-ci il təvəllüdlü, Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

    Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    * * * *

    Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Bu barədə “Report”un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.

  • FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib – Video

    Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Çullu kəndində yerləşən Soltanbud tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.

    Tədbirdə FHN Qarabağ Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin, Rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının qüvvələri, Ağdam Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Təlimin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, baş verə bilən hadisələr zamanı praktiki vərdişlərin formalaşdırılmasından ibarət olub.

    Təlimin Dövlət Himninin səsləndirilməsi ilə başlanan nəzəri hissəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məlumatlar verilib, suallar cavablandırılıb.

    Təlimin praktik mərhələsində isə xüsusi təyinatlı texnikaların və canlı qüvvənin iştirakı ilə baş vermiş şərti zəlzələ və onun nəticəsində “yaranmış” yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, təxliyə və ilkin yardım tədbirləri həyata keçirilib.

    Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.