Month: October 2023

  • Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxıldı

    Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxılıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub: “Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

  • Azərbaycan millisi FIFA reytinqində irəliləyib

    Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

    “Report” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

    Komanda son olaraq AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub – 0:1.

    Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir.

    Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.

  • Президент: У Азербайджана большие планы по сотрудничеству с ОАЭ в области возобновляемых источников энергии

    У Азербайджана большие планы по сотрудничеству с Объединенными Арабскими Эмиратами в области возобновляемых источников энергии.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 26 октября на церемонии официального открытия Гарадагской солнечной электростанции мощностью 230 МВт.

    “У нас большие планы, и я уверен, что дружеские и братские отношения между ОАЭ и Азербайджаном будут и дальше успешно развиваться. Убежден, что проектов будет еще больше. Сегодня мы станем свидетелями еще одной церемонии – подписания трех инвестиционных соглашений, в результате которых за очень короткий срок станет возможным производство энергии из возобновляемых источников энергии объемом 1 ГВт”, – отметил глава государства.

  • Prezident: “Azərbaycanın BƏƏ ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var”

    “Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

    “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Ильхам Алиев: Открытие Гарадагской солнечной электростанции является выдающимся событием

    Президент Азербайджана Ильхам Алиев назвал открытие Гарадагской солнечной электростанции мощностью 230 МВт выдающимся событием.

    “Сегодня мы очень гордимся тем, что за сравнительно короткий срок – немногим более полутора лет – эта пустующая часть Абшеронского полуострова стала источником “зеленой” энергии. Это выдающееся достижение”, – сказал глава государства, выступая на церемонии официального открытия электростанции.

    Как сообщает АЗЕРТАДЖ, Президент поздравил компанию Masdar Объединенных Арабских Эмиратов (ОАЭ) и ее руководство с этим значительным вкладом в развитие Азербайджана, а также с выполнением своих обязательств перед нашей страной в связи с переходом к “зеленой” энергии. Подчеркнув, что на церемонии присутствуют три министра правительства ОАЭ, глава государства отметил, что это – хороший пример партнерства и дружбы, а также свидетельство большого значения, которое обе страны придают сегодняшней церемонии.

  • Prezident İlham Əliyev: “Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir”

    Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandırıb.

    “Bu gün biz nisbətən qısa zamanda, təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”, – deyə dövlətimizin başçısı stansiyanın rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib.

    Bu gün qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin üç nazirinin yer aldığını vurğulayan Azərbaycan Prezidenti bunun tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi olduğunu, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirdiyini bildirib.

  • Azərbaycan XİN Avstriyanı Milli Gün münasibətilə təbrik etdi

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanı Milli Gün münasibətilə təbrik edib.

    Bu barədə qurumun “X” hesabında yazılıb.

    “Avstriya və onun xalqını Milli Gün münasibətilə təbrik edirik!”, – XİN-in təbrikində qeyd olunub.

  • “Apple” və “Google” İsrail və Qəzzada xəritə məlumatlarını ləğv etdi

    “Apple” və “Google” müharibəni əsas gətirərək, İsrail və Qəzzada xəritələr tətbiqinin real vaxt məlumatı xüsusiyyətini söndürdüklərini açıqlayıblar.

    ABŞ-nin nəhəng texnologiya şirkətləri İsraili dəstəkləməyə davam edir.

    “Apple” və “Google” İsrail ordusunun tələbinə uyğun olaraq, İsrail və Qəzzada xəritələr tətbiqinin real vaxt məlumatı xüsusiyyətini söndürüb.

    İsrail ordusunun Qəzzada gözlənilən quru əməliyyatından əvvəl “Apple” və “Google”dan belə bir tələb etdiyi bildirilir.

    “Google” sözçüsü belə bir qərarı sırf təhlükəsizlik məqsədləri üçün qəbul etdiklərini bildirib:

    “Daha əvvəl münaqişə vəziyyətlərində etdiyimiz kimi və regionda dəyişən vəziyyətə cavab olaraq, yerli icmaların təhlükəsizliyini nəzərə alaraq, canlı nəqliyyat şəraiti və sıxlıq məlumatlarına baxmaq imkanını müvəqqəti olaraq qeyri-aktiv etdik”.
    //azxeber.com

  • İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.

  • Kreml: “Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylər davam edir”

    “Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylərimiz davam edir”.

    Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Bu, regionda vəziyyəti sabitləşdirmək, daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, – deyə o, brifinqdə bildirib.

    Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik məsələlərində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı səsləndirdiyi iddialara da münasibət bildirib.

    Onun sözlərinə görə, Kreml bununla bağlı İrəvandan tam məlumat alacağını gözləyir.

    “Biz hələ Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik”, – deyə mətbuat katibi bildirib.

    Mənbə: İzvestiya