Month: November 2023

  • Bu gün TBMM-də Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılmasına baxılacaq

    Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.

    “Report” xəbər verir ki, layihəyə əsasən, Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti 2023-cü il noyabrın 17-dən etibarən daha bir il uzadılır.

    Qanun layihəsini parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.

    Layihədə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.

    Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.

    Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir:

    “Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.

    Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti rəsmi Ankaranın regionda konstruktiv rolunun tələbidir.

    Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

    2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

  • DİN: “Ayrı-ayrı rayonlarda vətəndaşlardan avtomat və tüfənglər götürülüb”

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında altı ədəd avtomat, bir tapança, 13 qumbara, yeddi qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və dörd ədəd süngü-bıçaq təhvil götürüblər.

    Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.

  • Türkiyəli nazir: “Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq”

    “Qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirməkdə qərarlıyıq. Türk dünyasındakı bütün proseslər bizi maraqlandırır”.

    “Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Bakıda Türk şəhidliyi abidəsi qarşısında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Türkiyə Azərbaycanla birgə hərəkətə davam edəcək:

    “Biz kədərə də, sevincə də şərik oluruq. Odur ki, Azərbaycanla da əməkdaşlığı davam etdirəcəyik. Bir olmağa davam edəcəyik. Bu, hazırkı dövrdə xüsusilə çox vacibdir. Çünki dəyərlərimizə qarşı olanlar indi birləşiblər və vicdansızcasına hücum edirlər”.

  • Житель Абшеронского района нанес соседу ножевое ранение

    В Абшеронском районе произошла поножовщина.

    Как передает АПА, случай зафиксирован в поселке Мехдиабад.

    Согласно информации, в ходе конфликта со своим соседом местный житель Салим Алиев (1978 г.р.) получил ножевое ранение.

    Пострадавший был госпитализирован в Клинический медицинский центр.

    По данному факту ведется расследование.

  • Abşeronda kişi qonşusunu bıçaqlayıb

    Qonşular arasında dava zamanı onlardan biri bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    1978-ci il təvəllüdlü Səlim Əliyev qonşusuna məxsus həyətdə dava edərkən bıçaqlanıb.

    Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda vulkan püskürməsi gözlənilir: Vaxtı açıqlandı

    “Proqnoz kimi deyə bilərəm ki, Azərbaycanda gələn il vulkan püskürəcək”.

    Bunu İqtisadiyyat.az-a açıqlamasında neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib.

    Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır:

    “Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelaqında səkkiz palçıq vulkanı mənşəli adalar mövcuddur. Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında – Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır”.

    Azərbaycanın palçıq vulkanlarının diyarı olduğunu qeyd edən A.Əliyev vurğulayıb ki, ölkəmizdəki palçıq vulkanları təbii sərvətlər qaynağıdır. Azərbaycan palçıq vulkanlarının vətəni sayılır:

    “Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir. Palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyil ki, palçıq vulkanlarını bəzən “yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət Nazirliyinə təqdim olunub”.

  • Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa məktub ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

    Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.

    Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirib və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcək.

    İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm”.

  • Qurban Qurbanov Avropadan gələn təklifə “YOX” DEDİ

    “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Avropa klublarının “radar”ına düşüb.
     
    Bu barədə offsideplus.az-a 24 yaşlı futbolçunun meneceri Eduardo Oliveyra bildirib. 
     
    O, futbolçunun Avropanın bir neçə klubundan təklif aldığını bildirib. 
     
    Onun sözlərinə görə, “Qarabağ” rəhbərliyi təklif olunan məbləğlə razılaşmadığından Andradeni buraxmayıb: 
     
    “Leandro bir neçə təklif alıb. “Qarabağ” bunu bilir. İki Avropa klubundan rəsmi təklif gəldi, lakin “Qarabağ” onu satmağa razı olmadı. Təklif olunan məbləğ Ağdam klubunu qane etmədiyi üçün bu baş tutmadı. Əlbəttə ki, Leandro “Qarabağ”da xoşbəxtdir, lakin ona gələn təkliflər də çox böyük idi”.
     
    Eduardo həmin klubların adlarını çəkməsə də, onların yenidən Andrade üçün dövrədə olduğunu bildirib.
     
    Qeyd edək ki, futbolçunun “köhlən atlar”la müqaviləsi 2025-ci ilin 30 iyununadək qüvvədədir.
     
    Əlavə edək ki, bu mövsüm “Qarabağ”ın heyətində 13 oyun keçirən Andrade 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

  • Bahar Candanla bacısı da saxlanıldı

    Türkiyədə daha iki sosial media fenomeni saxlanılıb.
     
    Çirkli pulların yuyulmasında təqsirli bilinən fenomenlər Bahar və Nihal Candan bacıları saxlanılıb.
     
    Qeyd edək ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.
     
    Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

  • Ərdoğan Yunanıstana səfər edəcək

    Yunanıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkənin Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün dekabrın 7-də Afinaya səfərini alqışlayır. Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

    Miçotakis Yunanıstan və Türkiyə arasında Fələstinin HƏMAS hərəkatı ilə bağlı fikir ayrılığının prezident Ərdoğanın Afinaya səfərinə mane olmayacağına əminliyini ifadə edib.

    O, bəyan edib ki, Yunanıstan beynəlxalq hüquqa və dəniz hüququna hörmət edərək Türkiyə ilə yaxşı münasibətlərə can atır.

    Qeyd edək ki, Ankara dəfələrlə Yunanıstanın Türkiyə sahillərindəki adalarda silah saxlamasından narahatlığını bildirib.

    Mənbə: TASS