Month: November 2023

  • Fransada qarətçilər bahalı şampan şərablarını onları daşıyan maşınla birlikdə qaçırıblar

    Fransanın şimal şərqində yerləşən Reyms şəhərində şampanla dolu iki maşın qaçırılıb.

    Qeyd olunur ki, hər maşında 300 min avro (545 min manat) dəyərində şampan şərabı olub.

    Nəqliyyat vasitələri izləmə cihazları ilə təchiz edildiyindən hüquq mühafizə orqanları qısa müddət ərzində onların yerini müəyyən edə bilib.

    Lakin cinayətkarların təqibi zamanı onların peşəkar oğru olduqları müəyyən edilib. Belə ki, polislərin yaxınlaşdığını görən kişi tez sükandan enərək digər avtomobilə əyləşib və polislərdən yayına bilib.

    Digər maşın isə yol kənarında tərk edilmiş vəziyyətdə aşkar edilib.

    Polislər bildiriblər ki, qiymətli şampan içkiləri hamısı bütöv və zədələnməmiş şəkildə zavoda geri qaytarılıb.

    Şampan oğrularının axtarışları davam etdirilir.

    Mənbə: “Le Parisien”

  • Dərini bir gecədə beş il cavanlaşdıran və parıldadan təbii vasitə – FOTO

    Dəriyə qulluq zamanı edilən ən böyük səhvlərdən biri kimyəvi qulluq vasitələrinin istifadəsidir. Çünki onlar dərini qidalandırmaq əvəzinə təbii quruluşuna zərər verir. Bu səbəbdən mütəxəssislər təbii qulluq vasitələrinə üstünlük verməyə çağırırlar.

    Belə vasitələrdən biri də dərini cəmi bir gecədə beş il cavanlaşdıran çia toxumu maskasıdır. Dərini təbii nəm quruluşu və ehtiyac duyduğu kollagenlə təmin edən bu üsul sayəsində dəri uzun illər gənc görünüşünü qoruyacaq.

    Qarışığı hazırlamaq üçün bir xörək qaşığı çia toxumu iki xörək qaşığı suda isladılır, 15-20 dəq sonra bir xörək qaşığı bal və iki damcı dəri tipinə görə seçilən efir yağı ilə qarışdırılır. Qarışıq göz ətrafı ilə təmasdan çəkinərək dəriyə çəkilir. Maska təxminən 20 dəqiqə sonra ilıq su ilə yuyulur. Bundan sonra nəmləndirici krem çəkmək lazımdır.

    Mənbə: Haber Global

  • Satılan kolbasa və sosislərə niyə nəzarət yoxdur? – VİDEO

    Son zamanlar metro çıxışlarında, avtobus dayanacaqlarında və yol kənarlarında açıq şəkildə satılan kolbasa və sosislərə rast gəlinir.

    Həmçinin satıcıdan malın mənşəyi ilə maraqlandıqda suallar cavabsız qalır.

    Qida mütəxəssisi Məhsəti Hüseynzadə bildirib ki, sözügedən məhsullardan zəhərlənmə hallarına tez-tez rast gəlinir.

    Mütəxəssis vurğulayıb ki, kolbasa və sosislər alarkən məhsulun üzərində istehsalçı şirkətin məlumatlarının tam olmasına diqqət etmək vacibdir.

    Məhsulun paketini açdıqdan sonra isə iki-üç gün ərzində istifadə olunmalıdır.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Başqasına məxsus “Prius”la qəza törətdi, öldü

    Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində qeydə alınıb.

    Rayonun Balakəngərli kənd sakini, 2000-ci il təvəllüdlü Bəhruz Mənaf oğlu Məmmədov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə qəza törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

    Bildirilib ki, avtomobil B.Məmmədova məxsus olmayıb. O, etibarnamə olmadan Nicat Şükürov adlı şəxsə məxsus avtomobili idarə edirmiş.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü

    Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

    Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak ediblər

    Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Sabahdan məktəblilərin payız tətili başlayır

    Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

    5 günlük tətil noyabrın 20-də başa çatacaq.

    Şagirdlər noyabrın 21-də dərsə gələcəklər.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr olmaqla 5 gün davam edir.

  • “Azəristiliktəchizat” payız-qış mövsümünə ilə bağlı məlumat yaydı

    “Azəristiliktəchizat” ASC-nin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə 2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

    “Azəristiliktəchizat”dan verilən məlumata görə, görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət ölçü cihazları və avtomatika avadanlığı həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.

    Məlumata görə, ASC tərəfindən 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilib.

    Bundan başqa, 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilib. 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.

    Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub..
    “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

    Mövsüm ərzində paytaxt ərazisində 21, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərəcək. Cəmiyyətdə daimi olaraq 1090-a yaxın, istilik mövsüm zamanı isə 2279 əməkdaşı çalışır. Onlardan 500-ə yaxını regionlarda çalışanlardır.

  • Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti rəisinin iki müavini vəzifəsindən azad edilib.

    Median.Az “qaynarinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilib.

    Nazirin digər əmri ilə Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev də vəzifəsindən azad olunub. O, Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Tibb Mərkəzində həkim kimi fəaliyyətini davam etdirəcək.
    Qeyd edək ki, polkovnik Salman Məmmədov 05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Mayor Tale Əlirzayev isə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gəlib.

  • Bakıda psixi pozuntusu olan şəxs qadının başına oyun açdı – VİDEO

    Bakıda vətəndaş əqli məhdudiyyətli şəxsin onu izlədiyini və narahat etdiyini iddia edib.

    Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Paylaşımı edən xanım iddia edir ki, hadisə axşam saatlarında paytaxtın 9-cu mikrorayon ərazisində, Miri Cəlal küçəsi 105 ünvanında baş verib.

    Xanım iddia edir ki, həmin şəxs onu artıq bir neçə gündür bu formada təqib edib. Ona irad bildirdiyində isə şəxs xanıma “mənə heç kim heç nə edə bilməz” deyib.

    Ətraflı ATV Xəbər-in hazırladığı sujetdən izləyə bilərsiniz: