Month: November 2023

  • Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız evdən qaçdı

    Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız itkin düşüb.

    Median.Az olke.az-a istinadən bildirir ki, bu barədə televiziyalardan birinin efirində yayımlnanan məişət mövzulu verilişdə məlumat verilib.

    Jurnalist Zülfiyyə Qurbanova deyib ki, E.Z artıq 2-i həftədir axtarılır:

    “Aparıcı haqlı olaraq əsas müzakirəni qızın 15 yaşında ərə verilməsinə həsr edir. Məsələ belədir: içki düşkünü ata 15 yaşlı qızını kəndin digər içki düşkünü olan 30 yaşlı dostuna “satıb”. Atanın xeyir-duasını alan 30 yaşlı kişi 15 yaşlı qız dərsə gedərkən qaçırıb. E.Z hər dəfə evlərinə qayıtmaq istəyəndə, ata geri qaytarıb. Qız bu “evliliyə” 1 il dözüb, çıxış yolunu evdən qaçıb, gizlənməkdə görüb. Dəhşətli məqam bilirsiz nədir? Məktəblini qaçıran kənd müəlliminin oğludur və bu anormal izdivacın baş tutmasında əsas rolu o oynayıb. Bu da bizim ziyalımız”, – deyə o söyləyib.

    Qeyd edək ki, yeniyetmə bu ilin 31 oktyabrında itkin düşüb.

  • “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

    Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

    APA-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.

    Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir.

    Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • В Баку обнаружены боеприпасы – ВИДЕО

    В Ясамальском районе Баку обнаружены боеприпасы.

    Информация об этом поступила на горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС).

    На место обнаружения находки незамедлительно прибыла группа быстрого реагирования по разминированию Службы спасения особого риска ведомства.

    После принятия совместно с сотрудниками правоохранительных органов соответствующих мер безопасности был произведен осмотр территории, в ходе которого были обнаружены ручные гранаты по одной единице каждая: РГ- 42, РГН-Д, Ф-1 и РГН, по одному запалу УЗРГМ (унифицированный запал ручной гранаты модернизированный) и УДЗ (ударно-дистанционный запал), а также одна учебная ручная граната РГД-5.

    Боеприпасы были вывезены с территории для обезвреживания специалистами группы.

    Каких-либо иных опасных или подозрительных предметов при дополнительном обыске на месте происшествия и прилегающей к нему территории обнаружено не было.

  • Bakıda əl qumbaraları və partladıcılar aşkarlanıb – VİDEO

    Bakı şəhərinin Yasamal rayonunda sursat aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların bir ədəd RQ-42, bir ədəd RQN-D, bir ədəd F-1 və bir ədəd RQN əl qumbarası, bir ədəd UZRQM partladıcı, bir ədəd UDZ partladıcı və bir ədəd RQD-5 təlim üçün əl qumbarası olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Декабрьские фьючерсы на марку WTI подорожали на 0,24% – до 78,45 доллара за баррель, январские на Brent – на 0,34%, до 82,75 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 0,24% faiz bahalaşaraq, bir barelinin qiyməti 78,45 ABŞ dolları olub.

    “Brent” markalı neftin yanvar füçersləri 0,34% bahalaşaraq, bir barelinin qiyməti 82,75 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • На управление молодежи и спорта Бинагадинского района составлен протокол

    На Управление молодежи и спорта Бинагадинского района Баку составлен протокол.

    Как сообщает рravda.az, протокол составлен соответствующим органом в соответствии со статьей 347 (непредоставление сведений о лице, управлявшем транспортным средством, находящимся в собственности или пользовании юридического лица либо в пользовании государственной структуры, во время совершения административного проступка в течение 5 дней со времени получения запроса полномочного органа/должностного лица об этом – влечет наложение штрафа на должностных лиц в размере 150 манатов, на юридических лиц – 300 манатов) Кодекса Азербайджана об административных проступках.

    Дело находится в производстве судьи Бинагадинского районного суда Фарида Амралиева.

  • Binəqədi Rayon Gənclər və İdman İdarəsinə protokol yazıldı

    Binəqədi Rayon Gənclər və İdman İdarəsinə inzibati protokol yazılıb.

    Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

    İş Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmrəliyevin icraatındadır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,96 доллара (1,1%) и составила 88,11 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,96 ABŞ dolları və ya 1,1% artaraq 88,11 ABŞ dollarına yüksəlib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

    2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.