• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Azərbaycanda sənədsiz evlərlə bağlı yeni qayda əmlak bazarına necə təsir edəcək?

by
Noyabr 1, 2023
in Cəmiyyət
0

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “Report”a bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq:

“Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər”.

R.Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər:

“Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox”.

Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək:

“Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki, onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, bu qaydanın tətbiqindən sonra sənədsiz evlərin qiyməti enəcək:

“Sözsüz ki, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq. Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanunaziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq”.

Ekspert Elnur Fərzəliyev hesab edir ki, vətəndaşların mənzillərinin çıxarışlarla təmin olunması nəticəsində dövlət büdcəsinin gəlirlərini (torpaq və əmlak vergisindən) artıracaq.

“Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Previous Post

Doqquz rayona istiliyin verilməsinə başlandı

Next Post

Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

Next Post

Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

Recent Posts

  • Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
  • Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)
  • Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq
  • Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi
  • 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.