Month: November 2023

  • “Hraparak”: “Ermənistan hökumətində kadr böhranı var”

    “Ermənistan hökumətində kadr böhranı yaranıb və vakant vəzifələrə aylar, hətta illərlə təyinat olmur”.

    Bu barədə Ermənistanda çıxan “Hraparak” qəzeti yazıb.

    Müəllif bildirib ki, hərbi xidmətə qış çağırışının başlanmasından iki həftədən çox vaxt keçsə də, Ermənistan müdafiə nazirliyinin çağırış xidmətinin rəisi vəzifəsi 3 aydan artıqdır boşdur: “2023-cü il avqustun sonunda Armen Avtandilyan bu vəzifədən azad edilib. O, azadlığa çıxdıqdan sonra hüquq-mühafizə orqanlarının hərbi komissarlıqlarda araşdırma apardığı, korrupsiya risklərinin yarandığı, çoxlu sayda hərbi qulluqçunun xidmətdən uzaqlaşdırıldığı və ya azad edildiyi barədə xəbərlər yayıldı”.

    Məqaləyə əsasən, hakimiyyət onu “daha güclü” tərkiblə əvəz etmək istəyir: “Ancaq faktiki olaraq onlar üçün hələ də əvəz tapılmayıb”.

    Bildirilib ki, oxşar vəziyyət Penitensiar Xidmətin rəisi vəzifəsinə də aiddir: “2023-cü il avqustun 5-dən Sergey Atomyan bu vəzifədən azad edildikdən sonra bu xidmət rəissiz qalıb”.

    Məlumata əsasən, rəsmilər bu vəzifəyə uyğun namizəd tapa bilmədiklərini deyirlər: “İstintaq Komitəsinin keçmiş başçısı Qayk Qriqoryana rəis vəzifəsi təklif edilsə də o, razılaşmayıb”.

  • Стало известно, при каком условии Месси сыграет на чемпионате мира-2026

    Аргентинский защитник французского “Лиона” Николас Тальяфико рассказал, что должно произойти, чтобы его соотечественник, нападающий американского “Интер Майами” Лионель Месси сыграл на чемпионате мира-2026.

    Его слова приводит Inter Miami News Hub в соцсети X (бывший Twitter).

    “Мы должны выиграть Кубок Америки-2024. Если бы наша команда не добилась победы в Катаре, он бы уже завершил карьеру в сборной, но нам это удалось, и теперь Месси наслаждается триумфом. Он захочет продолжить, если мы победим на Кубке Америки”, – заявил футболист.

    Нападающий перебрался в “Интер Майами” летом 2023 года после двух лет выступлений за французский ПСЖ на правах свободного агента и в скором времени получил капитанскую повязку. 20 августа аргентинец завоевал первый трофей в Америке – Кубок Лиги. После 14 игр за “Интер Майами” на счету Месси 11 забитых мячей и пять результативных передач.

    По итогам сезона регулярного чемпионата МЛС “Интер Майами” не сумел отобраться в плей-офф турнира.

    30 октября аргентинский нападающий в восьмой раз в своей карьере стал обладателем “Золотого мяча”. Месси стал чемпионом мира в составе сборной Аргентины в декабре 2022 года.

    Месси в своей карьере также выступал за “Барселону” и вместе с этим клубом выиграл десять титулов чемпиона Испании, четыре Лиги чемпионов УЕФА, семь Кубков Испании, восемь Суперкубков Испании, три Суперкубка Европы и три чемпионата мира среди клубов. В составе ПСЖ он дважды становился чемпионом Франции.

  • Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub

    Fransanın “Lion” klubunun argentinalı müdafiəçisi Nikolas Talyafiko həmyerlisi, Amerikanın “İnter Mayami” komandasının hücumçusu Lionel Messinin 2026-cı ilin dünya çempionatında oynaması üçün nələrin baş verməsinin lazım olduğunu deyib.

    Onun sözlərini “Inter Miami News Hub” “X” sosial şəbəkəsində sitat gətirib.

    “Biz Amerika Kuboku-2024-ü qazanmalıyıq. Komandamız Qətərdə çempion olmasaydı, o, milli karyerasını bitirərdi. Amma biz bunu bacardıq və indi Messi öz zəfərini yaşayır. Amerika Kubokunu da qazansaq, o, davam etmək istəyəcək” – futbolçu bildirib.

    Messi iki il Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb. Argentinalı avqustun 20-də Amerikada ilk titulunu – Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra onun hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

  • Tikintilərin dövlət reyestrinə daxil edilməsi qaydası müəyyənləşib

    Nazirlər Kabineti bununla bağlı “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Dəyişikliyə əsasən, uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası müəyyənləşib.

    Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

    – qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

    – qeyri-yaşayış binasının ünvanı (olduqda); 4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

    – qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

    – qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

    – qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

    -qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

    – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyriyaşayış binasının yerləşdiyi ərazinin planı;

    – qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda – soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

    Qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

    Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.

  • Ermənistandakı yeganə sinaqoqa qarşı növbəti vandalizm aktı – VİDEO

    Ermənistanda son ay yarım ərzində ölkədəki yeganə sinaqoqa qarşı növbəti vandalizm aktı törədilib. Binanın giriş hissəsi və qapısı üzərinə yanacaq tökülərək yandırılıb.

    Bu gün sosial şəbəkələrdə İrəvanda yerləşən sinaqoqun yandırılması ilə bağlı videogörüntülər yayılıb.

    Xatırladaq ki, sonuncu dəfə – 2023-cü il oktyabrın 3-nə keçən gecə bu sinaqoqa hücum olub. Naməlum şəxslər binaya “Molotov kokteyli” atıb, pəncərələri sındırıb və binanın divarlarına boya atıblar.

  • İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub

    Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran İslam Respublikası vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.

    Dövlət Gömrük Komitəsindən bildirilib ki, İran İslam Respublikası vətəndaşı Camal Farjam Özbəkistan Respublikasından üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ dolları məbləğində pul vəsaiti aldığını bildirib.

    Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

    Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal Dövlət Gömrük Komitəsinə və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.

  • Cəlilabadda 17 yaşlı qızı qaçıranlara 10 illik CƏZA

    Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndiriliblər.

    Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.-nin atasına məxsus VAZ markalı avtomobillə A.S.-nin qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

    Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.

    Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.-dən şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-yə isə 10 il həbs cəzası verilib.

  • Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları – ARAŞDIRMA

    Polis basqınına bir neçə gün öncə azərbaycanlılarla ermənilər arasında dava səbəb olub.

    Rusiyada azərbaycanlıların toplaşdığı kütləvi tədbirlərə basqınların təşkil olunması davam edir.

    Sankt-Peterburqda azərbaycanlıların 500 nəfərlik toy məclisinə basqınından sonra bu dəfə analoji hadisə Voronej şəhərində baş verib. Şəhərin həmyerlilərimizə məxsus restoranlarından birində təşkil olunan doğum günü məclisinə Rusiya xüsusi təyinatlı polis dəstəsi “SOBR” və “Rosqvardiya” basqın edib. Məclis iştirakçılarının sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizə hərbi komissarlıqda qeydiyyata durmaq haqqında bildiriş verilib.

    APA-nın məlumatına görə, həmyerlilərimizin məclisinə xüsusi təyinatlı polis basqının səbəbi 10 gün bundan öncə Voronejin başqa bir restoranında azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava olub. Belə ki, həmyerlilərimizə məxsus restoranda müğənni Şəbnəm Tovuzlunun “Qarabağ Azərbaycandır!” adlı mahnısının səslənməsi restoranda qonaq qismində iştirak edən ermənilərin etirazına səbəb olub. Bu zaman azərbaycanlılarla ermənilər arasında dava düşüb. 15-20 erməni azərbaycanlılara hücum edib. Soyuq və travmatik silahların tətbiq edildiyi dava nəticəsində ermənilərdən bir neçə nəfər xəsarət alıb və xəstəxanaya düşüb. Faktla bağlı cinayət işi açılıb və davada iştirak edən azərbaycanlılar axtarışa verilib.

    Noyabrın 14-də isə Voronej sakini, Niyaz Zahidov adlı azərbaycanlı 45 yaşını qeyd edən zaman xüsusi təyinatlı polis dəstələri və “Rosqvardiya” ermənilərlə davada iştirak etmiş azərbaycanlıların axtarışı məqsədi ilə məclisə basqın edib. Lakin polis axtardığı azərbaycanlıları orada tapa bilməyib. Məclis üzvlərinin sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizin bir neçəsinə hərbi komissarlıqda qeydiyyata durmaq üçün bildiriş təqdim olunub.

    Voronejdəki Azərbaycan diasporunun sədri Mehdi Mehdiyev bildirib ki, heç də yerli mətbuatın yazdığı kimi, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilməyib. Onun sözlərinə görə, Teleqram kanalları və yerli media bilərəkdən hadisəni şişirdir: “5 nəfərə yaxın azərbaycanlıya, hansı ki, yaxın vaxtlarda Rusiya vətəndaşlığını əldə ediblər, onlara hərbi komissarlıqda hərbi qeydiyyata durmaları tövsiyə olunub və bu barədə bildiriş verilib”.

    Diaspor rəhbəri onu da qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi davanı erməni diasporu milli zəmində münaqişə kimi təqdim etməyə cəhd edib. Moskvadan Rusiya Erməniləri İttifaqının vitse-prezidenti bu məqsədlə Voronejə gəlib. Lakin Azərbaycan diasporunun səyi nəticəsində məlum mübahisənin milli zəmində deyil, məişət zəminində baş verdiyinə region rəhbərliyini inandırmaq mümkün olub.

    Mehdi Mehdiyev deyib ki, noyabrın 14-də azərbaycanlıların doğum günü məclisinə polis basqınının həyata keçirilməsinə kimi də Voronejdə məlum kütləvi davada iştirak edən həmyerlilərimizin axtarışları aparılıb. O, Peterburqdakı hadisədən fərqli olaraq, bu dəfə şimal qonşumuzun hüquq-mühafizə orqanlarının azərbaycanlılarla kobud rəftar etmədiyini vurğulayıb: “Heç kəsə qarşı zorakılıq, kobud rəftar edilmədi. Sakitcə sənədləri yoxladılar. Yeni vətəndaşlıq almış azərbaycanlılara Rusiya qanunlarına uyğun olaraq hərbi qeydiyyata durmaq tövsiyə olunub və üç gün müddətində hərbi komissarlıqda qeydiyyata durmaları haqqında bildiriş verilib”.

    Diaspor rəhbəri əlavə edib ki, noyabrın 15-də Voronejin “Alekseyevski” adlanan bazarında polis “oblava” keçirib: “Bazarda təkcə azərbaycanlılar deyil, digər ölkələrdən olan miqrantlar da çalışır. Miqrantlardan sənədləri düzgün olmayanlar şöbəyə aparılıb. Sənədləri qaydasında olmayan miqrantlar ölkədən deportasiya olunacaqlar”.

    Mehdi Mehdiyev baş verənlərin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərin işi olduğunu söyləyib. Voronejdə Azərbaycan icmasının 30 ildən çoxdur fəaliyyət göstərdiyi vurğulayan diaspor rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün çoxlu işlər görülür.

    “Voronejdə yaşayan azərbaycanlılar şəhərin və vilayətin ictimai həyatına inteqrasiya olunub və bu, region rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”, – Mehdiyev fikrini yekunlaşdırıb.

  • “Bravo”ya basqın törədənlərin məhkəməsi: “Falçı deyib ki, hücumun nəticəsi yaxşı olacaq” – FOTO

    “Bravo” hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.

    D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.

    Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.

    D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və “Bravo”ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:

    “Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədovu da işə cəlb edildi. Azərin “BMW X5” markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi”.

    D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:

    “Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?”-deyə hakim soruşub.

    Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:

    “Mənə təzyiq göstərdilər, ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm”.

    Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə təzyiq altında ifadə verdiklərini deyiblər.

    Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:

    “Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm”.

    Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:

    “İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir”.

    Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib.

    Prosesin sonunda təqsirləndirilən şəxslərin təzyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib.

    Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib.

    Növbəti proses dekabrın 22-ə təyin edilib.

    Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

    Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.


  • Андрей Белоусов: Баку и Москва планируют подписать соглашение по строительству ж/д участка Решт – Астара

    Россия и Азербайджан должны до конца 2023 года подписать соглашение по строительству железнодорожного участка Решт – Астара, заявил первый вице-премьер РФ Андрей Белоусов на пленарном заседании форума “Транспортная неделя” в Москве.

    “До конца этого года мы должны подписать с Азербайджаном аналогичное соглашение. И с 2028 года уже полномасштабно запустить этот маршрут с дополнительным приростом грузопотока, для начала – 15 млн тонн груза в год. Это все-таки достаточно амбициозные планы, но они выполняются”, – сказал А.Белоусов.

    Также, по его словам, обсуждается идея создания на транспортном коридоре Север-Юг трехстороннего международного оператора.

    Напомним, что год назад на Веронском Евразийском экономическом форуме, проходившем в Баку, А.Белоусов заявлял, что Россия предлагает создать на транспортном коридоре Север-Юг трехстороннего международного оператора с участием Ирана и Азербайджана.

    Источник: ТАСС