Month: November 2023

  • Moskva və Bakı ilin sonuna kimi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayacaq

    Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalamalıdırlar.

    Bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib.

    “Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub. Bunlar kifayət qədər iddialı planlardır, lakin onlar həyata keçirilir”, – Belousov qeyd edib.

    O vurğulayıb ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.

    Mənbə: TASS

  • Bu şəxslərə Prezident təqaüdünün ödənilməsi qaydası dəyişib

    Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Dəyişiklikdə deyilir:

    “Təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.

    Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.

  • В Международном аэропорту Гейдар Алиев произведено новое назначение

    В Международном аэропорту Гейдар Алиев произведено новое назначение.

    Как передает АПА, Нармин Халилова утверждена на должность помощника директора и пресс-секретаря воздушной гавани.

    Отметим, что ранее Н.Халилова работала пресс-секретарем в AZAL.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİ TƏYİNAT

    Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni təyinat olub.

    APA-nın məlumatına görə, Nərmin Xəlilova Aeroportun direktor köməkçisi və mətbuat katibi təyin olunub.

    Qeyd edək ki, N.Xəlilova bundan əvvəl AZAL-da mətbuat katibi kimi çalışıb.

  • 15 il stajı olanlar üçün VACİB QƏRAR – Bundan sonra…

    Nazirlər Kabineti bununla bağlı “Pensiya yaşına çatmasına, əlilliyinə 2 görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na dəyişiklik edib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

  • Мехрибан Алиева: Неразрешенность конфликтов обусловлена избирательным применением международного права

    Нынешний кризис, с которым столкнулись обладающие широкими полномочиями международные институты, препятствует решению важных вопросов. Этот кризис, имеющий глубокие корни, является еще одной темой для обсуждений.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Первого вице-президента Азербайджанской Республики Мехрибан Алиевой к участникам проведенного 15 ноября заседания супруг глав государств и правительств “Единое сердце для Палестины”.

    “В современный период неразрешенность военных конфликтов во многом обусловлена избирательным применением международного права. Двойные стандарты и предвзятый подход создают условия для еще большего обострения этого кризиса. С целью введения в заблуждение общественного мнения и манипуляции международным правом посредством предвзятых медиа-платформ распространяются лживые истории. Еще более опасны случаи злоупотребления моральными ценностями с целью манипуляций”, – подчеркнула Первый вице-президент Азербайджана.

  • Mehriban Əliyeva: “Münaqişələrin həll olunmaması beynəlxalq hüququn selektiv şəkildə tətbiqindən irəli gəlir”

    “Geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir. Dərin kökləri olan bu böhran başqa bir müzakirə mövzusudur”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb.

    “Müasir dövrdə hərbi münaqişələrin həll olunmaması böyük ölçüdə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasından irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə şərait yaradır. İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır”, – deyə Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb.

  • Gözəllik salonundan 20 min manatlıq oğurluq edildi

    Abşeronda gözəllik salonunda oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayılıb.

    Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20 000 manat dəyərində iki ədəd lazer aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının əsas prospektlərindən birində SÜRƏT HƏDDİ ENDİRİLDİ – VİDEO

    Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

    Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

    Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.

    * * * * *

    Paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın olur ki, yolda yeri sürət həddini göstərən yol nişanları da quraşdırılıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Bakıda 80 min manatlıq inşaat materialları oğurlayanlar saxlanıldılar

    Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.