Month: December 2023

  • Bakıda qudalar arasında əlbəyaxa DAVA: Ürəyi soyumayan kişi qohumunu maşınla əzdi – VİDEO

    Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:

    “Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.

    ***

    Bakıda qudalar arasında dava olub.

    Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dalaşıb.

    Ürəyi soyumayan quda qohumunu döydükdən sonra maşınını onun üzərinə sürüb. (report)

  • Hüseyn Axundovla Aqşin Bəbirovun analarının sevinci – VİDEO

    Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

    Prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər.

    Bildirək ki, əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

    İctimai TV hərbçilərimizin ailələrinə baş çəkib, onların sevinclərinə şərik olub.

    Xatırladaq ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdülər.

    Sonradan onlar Ermənistan tərəfindən əsir götürülmüş və onlara qarşı saxta ittihamlar irəli sürülmüşdü.

    Ətraflı videonu təqdim edirik:

  • Azərbaycan Prezidenti: “İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici mərhələsindəyik”

    “İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

    “Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var”, – deyə dövlətimizin başçısı vurğulayıb.

    Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin tövsiyələrini özünə şüar seçən könüllülərin Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcəklərinə, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəklərinə inandığını bildirib.

  • Ermənistanda əsirlikdə olan Hüseyn Axundovdan ilk açıqlama – VİDEO

    Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.

    Median.Az Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirovun əsirlikdən sonra ilk görüntülərini təqdim edir:

    Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası da 32 erməni hərbçini azad edib.

    Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.

  • Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad edilib – FOTO / VİDEO

    Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.

    APA Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, məlumat verildiyi kimi, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

    Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

    Təhvilvermə prosesində hər hansı insident baş verməyib.




  • Президент направил обращение участникам VI форума солидарности азербайджанских волонтеров

    Президент Азербайджана Ильхам Алиев направил обращение участникам VI форума солидарности азербайджанских волонтеров.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Дорогая молодежь!

    Приветствую вас – участников VI форума солидарности азербайджанских волонтеров, поздравляю с Международным днем волонтеров и желаю всем вам здоровья и успехов в дальнейших делах.

    Организация форума в рамках Года Гейдара Алиева, объявленного в нашей стране в связи со 100-летним юбилеем общенационального лидера Гейдара Алиева, имеет особое значение. Волонтерское движение, получившее широкий размах по благословению именно великого лидера, объединило азербайджанскую молодежь на единой платформе и за минувший период охватило самые различные сферы общественной жизни. Руководствуясь нашими богатыми культурно-духовными ценностями, движение воплотило в практической деятельности такие высшие человеческие качества, как доброта, самоотверженность и бескорыстная помощь, по достоинству оправдало доверие общества.

    Отрадно, что сегодня во всех уголках нашей страны волонтеры в соответствии с целями и принципами государственной молодежной политики присоединяются к социальным инициативам и инновационным проектам, направленным на постоянный прогресс Азербайджана. Вместе с нашими экоактивистами они были главными участниками увенчавшейся успехом мирной акции протеста против незаконной эксплуатации наших природных ресурсов в Карабахе. У них уже есть опыт координированной деятельности по оказанию гуманитарной помощи и за пределами страны.

    Сейчас мы находимся на новом, вызывающем гордость этапе развития нашей истории независимости. Ведется широкомасштабная работа для скорейшего возвращения к прежнему ритму жизни на наших освобожденных от оккупации территориях. Верю, что вы, волонтеры, выбравшие своим девизом рекомендации великого лидера, и впредь будете демонстрировать глубокую привязанность к Родине и государству, проявляя высокую активность, внесете вклад в процесс Великого возвращения”, – говорится в обращении.

  • İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev dekabrın 13-də Bakıda keçirilən Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Müraciətdə deyilir:

    “Əziz gənclər!

    Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

    Forumun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz ulu öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirib və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə edib. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirib, cəmiyyətin etimadını layiqincə doğruldub.

    Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var.

    İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, ulu öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”.

  • Respublika Stadionunun tavanı çökdü, yaralanan fəhlə öldü

    Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

    Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib. Həmin zaman şirkətin fəhlələrindən biri yıxılaraq xəsarət alıb.

    Stadionun direktoru Tələt Məmmədov tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib: “Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hekken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

    Məlumata görə, stadionun tavanından yıxılan fəhlə xəstəxanada vəfat edib.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Terapevt: “Qızılcanın xırda səpgiləri boyundan başlayır və bədənə yayılır”

    “Son zamanlar qızılca ilə bağlı yoluxmalar mövcuddur. Əsasən uşaqlar arasında çox rast gəlinsə də, böyüklər arasında da müşahidə edilir”.

    Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı yayımda respirator viruslar haqqında danışarkən deyib.

    O bildirib ki, xəstəlik özünü üç mərhələdə büruzə verir:

    “Boğaz ağrıları, öskürək, hərarətlə başlayır. Daha sonra xırda ölçülü səpgilər peyda olur. Boyun nahiyəsindən başlayan səpgilər mərhələli şəkildə bədənə yayılır. Bu dövr 4-5 gün davam edir və solmağa başlayır. Səpgilərin rəngi qırmızıdan qəhvəyi rəngə doğru gedir və qabıqlama başlayır. Bu dövrdən sonra uşaqlar artıq yoluxucu riski daşımır”.
    //oxu.az

  • Səidə şou-biznes əhlinin toyuna yazdırdığı məbləği açıqladı

    Müğənni Səidə Sultan sənət adamlarının onun toyuna yazdırdığı məbləği açıqlayıb.

    Axsam.az xəbər verir ki, ifaçı bu barədə qonaq olduğu televiziya verilişlərindən birində danışıb. O, aparıcı Vüsalə Əlizadənin suallarını cavablandıraraq, bunları deyib:

    “Röya 2 000, Nura Suri 2 000 manat, Könül Kərimova 500 dollar, Günay İbrahimli, Nazilə Səfərli, Fatimə Fətəliyeva və Vüsalə Əlizadə 500 manat pul yazdırıblar”.

    Səidə məclisə gəlməyən sənət adamlarından da danışıb:

    “O qadın müğənninin adını açıqlamaq istəmirəm. Amma mən onun qızının, oğlunun toyunda və özünün dəfələrlə ad günlərində gözəl şəkildə iştirak etmişəm. Onu çağırdım, amma toyuma gəlmədi, heç pul da göndərmədi. Elə müğənni də oldu ki, gəlməsə də, pul göndərdi”.

    Qeyd edək ki, Səidənin toyu sentyabrda olub.