Month: December 2023

  • Baydendən şok etiraf: Mən sionistəm!

    35 il əvvəl sionist olmaq üçün yəhudi olmaq məcburiyyətində olmadığını dedim və ciddi tənqidlərə məruz qaldım. Mən sionistəm.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İsrail-HƏMAS münaqişəsi ilə bağlı açıqlamasında deyib.

    Bayden ABŞ-ın yəhudilərin tarixi vətənlərinə – İsrailə qaytarılması ideyasını dəstəklədiyini bir daha vurğulayıb.

  • Dünyada ilk dəfə “Süni intellekt qanunu” qəbul ediləcək

    Avropa İttifaqı rəsmiləri “Aİ Süni İntellekt Aktı” kimi tanınan qanun ilə bağlı razılığa gəliblər.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qanun 2024-cü ildə keçiriləcək səsvermədən sonra 2025-ci ildə qüvvəyə minəcək.

    “Süni intellekt bəlkə də son illərin ən maraqlı inkişaflarından biri olub. Onun səhiyyə, maliyyə, nəqliyyat və daxili işlər də daxil olmaqla geniş sektorlara müxtəlif iqtisadi və sosial faydalar gətirəcəyi gözlənilir. Bəşəriyyətin tərəqqisi səhiyyə, xidmət göstərilməsinin təkmilləşdirilməsi, enerji istehlakının idarə edilməsi və ictimai təhlükəsizliyin təkmilləşdirilməsi daxil olmaqla, çoxsaylı yollarla süni intellekt tərəfindən idarə olunur. Bundan əlavə, müəssisələr əməliyyatlarını optimallaşdırmaq üçün süni intellektə əsaslanan proqramlardan istifadə edirlər”, – deyə Aİ-dən bildirilib.

  • Diqqət: bu əlamətlər varsa, deməli telefonunuz izlənilir

    Finlandiyadan olan peşəkar bir haker bildirib ki, telefonunuzun ekranında yaşıl və ya narıncı nöqtənin görünməsi və ya cihazınızın həddən artıq qızması onun “izlənildiyi” mənasına gələ bilər.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, kibercinayətkarlar rəqəmsal dünyanın kölgəsində gizlənsələr də, bəzi sadə əlamətlərdən kimsənin telefonunuza daxil olmağa çalışdığını və ya təhlükəli proqram quraşdırdığını müəyyən edə bilərsiniz.

    Finlandiyanın KyberVPK kibertəhlükəsizlik təşkilatı tərəfindən peşəkar haker kimi təlim keçmiş Laura Kankaala insanların təhlükəsizliyini qorumaq üçün kibercinayətkarların istifadə etdiyi üsullardan istifadə edir. “Qara papaqlı” cinayətkarlardan fərqli olaraq “ağ papaq” kimi tanınan Kankaala, Britaniyanın “Dailymail” qəzeti ilə ortalama bir istifadəçinin təhlükəsiz qalmasına kömək edəcək məsləhətləri bölüşüb.


    Ekranda yaşıl və ya narıncı nöqtə

    Kankaalaya görə, birinin telefonunuza daxil olmağa çalışdığını və ya təhlükəli proqram quraşdırdığını anlamaq düşündüyünüz qədər çətin deyil. O, Android telefonlarının ekranlarının yuxarı hissəsində yaşıl nöqtənin və iPhone-larda narıncı nöqtənin birinin sizi izlədiyi mənasına gələ biləcəyini deyir:

    “Bu xəbərdarlıq nöqtələri cihazın mikrofonu və ya kamerası istifadə edildikdə görünür və kiminsə telefonunuzu izləmək üçün zərərli proqramdan istifadə etdiyinə dair xəbərdarlıq əlaməti ola bilər”.

    ​Mesajlarınızı oxuyub yerinizi izləyə bilərlər

    Zərərli proqramlar mikrofonunuz vasitəsilə səs yaza, mesajlarınızı oxuya və ya yerinizi izləyə bilər. Kiberhücumdan şübhələnən istifadəçilərə tətbiqlərini nəzərdən keçirməyi tövsiyə edən Kankaala deyir ki, naməlum proqramları silmək, virusları skan etmək və ya telefonu zavod parametrlərinə qaytarmaq kömək edə bilər:

    “iPhone-larda siz İdarəetmə Mərkəzinə daxil olub, hansı proqramların kamera və ya mikrofondan istifadə etdiyini yoxlaya bilərsiniz.”

    Cihazın həddən artıq qızması da bir əlamətdir

    Finlandiyalı haker bildirib ki, cihazın həddindən artıq istiləşməsi də telefonunuzda zərərli proqramın quraşdırıldığına işarə ola bilər.

    “Daimi məkan paylaşımı aktivləşdirildikdə, telefonunuzun batareyası anlaşılmaz sürətlə tükənir və siz telefonunuzun istiləşdiyini hiss edə bilərsiniz. Bəzən telefonunuzda quraşdırdığınızı xatırlamadığınız qəribə görünüşlü proqramlar tapa bilərsiniz. Kimsə sizə bu proqramlar üçün link göndərmiş ola bilər və siz onları səhvən quraşdırmış ola bilərsiniz. Kamuflyaj olmaq üçün bəzi zərərli proqram adlarını telefon parametrlərinə və ya qanuni olduqlarını düşündürən başqa hər hansı bir şeyə dəyişdirirlər. Bu proqramları birbaşa silmək çətin, hətta qeyri-mümkün ola bilər”.

    Sürətli davranmaq çox vacibdir

    “Əgər bankınızdan və ya sosial media proqramlarından tez-tez parolunuzu dəyişdirmək istəyib-istəmədiyinizi soruşan e-poçtlar almağa başlamısınızsa, bu, kiminsə məlumatlarınızı oğurlamağa çalışdığına işarə ola bilər”, – deyən Kankaala belə vəziyyətlərdə sürətli hərəkət etməyin çox vacib olduğunu vurğulayır:

    “Kibercinayətkarın məlumatlarınıza daxil olmaq üçün mütləq telefonunuzu sındırmasına ehtiyac yoxdur. Onlayn xidmətlərinizə və telefonunuzda istifadə etdiyiniz sosial media proqramlarına daxil olmaq da onlar üçün kifayət edəcək.”

  • Pakistanın keçmiş baş naziri Nəvaz Şərif korrupsiya işi üzrə bəraət aldı

    İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Pakistan Müsəlman Liqasının lideri, 73 yaşlı Nəvaz Şərifə Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad kompleksinin alınmasına bəyan edilməmiş vəsait ayırdığına görə bəraət qazandıb.

    Məhkəmə müdafiə tərəfinin konkret sübutların olmaması ilə bağlı arqumentləri ilə razılaşıb.

    “Məhkəmə siyasətçinin “Əl-Əziziyə” kompleksini satın alması ilə bağlı Şərifin 2018-ci il məhkumluğunu etibarsız elan edib”, – hakimlər kollegiyası bildirib.

    Qeyd edək ki, vaxtilə İslamabadın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini 7 il həbs, həmçinin 2,5 milyon dollar cərimə cəzasına məhkum edib. Keçmiş baş nazir ona verilən cəzanı siyasi motivli hesab edib. 2019-cu ilin oktyabrında İslamabad Ali Məhkəməsi Şərifi humanitar əsaslarla zaminə buraxıb. Bundan sonra İmran Xanın rəhbərlik etdiyi hökumət ona müalicə üçün səkkiz həftəlik Londona getməsinə icazə verib. Lakin Şərif bu müddətdən sonra Pakistana qayıtmaqdan imtina edib. O, yalnız 2024-cu il fevralın 8-də keçiriləcək parlament seçkiləri üçün seçki kampaniyasına rəhbərlik etmək məqsədilə bu il oktyabrın 21-də Londondan vətənə qayıdıb.

    Mənbə: TASS

  • Mixail Qaluzin: “Moskva Bakı ilə İrəvan arasında danışıqları qəbul etməyə həmişə hazırdır”

    Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

    Median.Az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

    Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır.

    O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.

    M.Qaluzinin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.//report.az

  • Минобороны РФ подтвердило гибель миротворца в Карабахском регионе Азербайджана

    Российский миротворец погиб 11 декабря в Карабахском регионе Азербайджана в результате съезда с горной дороги БТР-82.

    Как передает Median.Az, об этом сообщается в информационном бюллетене Минобороны РФ.

    “11 декабря в результате съезда с горной дороги БТР-82 российского миротворческого контингента погиб один военнослужащий ВС РФ, двое – получили травмы средней и тяжелой степени”, – говорится в бюллетене.

    В нем отмечается, что при участии азербайджанской стороны пострадавшим миротворцам оказана вся необходимая медицинская помощь. Получившие травмы военнослужащие авиационным транспортом российского миротворческого контингента доставлены для дальнейшего лечения в стационарное медицинское учреждение.

  • Rusiya MN Xankəndidə sülhməramlı kontingentin qəzaya uğraması barədə məlumat yayıb

    Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentin qəzaya uğraması barədə məlumat yayıb.

    Median.Az Nazirliyə istinadən xəbər verir ki, BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.

    “Azərbaycan tərəfini iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb”, – məlumatda qeyd edilib.

    Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

  • Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı olub

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

    Qurumdan “Report”un yerli bürosuna bildirilib ki, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.

    Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.

    Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.

  • Обнародовано количество грузовых автомобилей, ожидающих на границе

    На таможенном посту “Красный мост” ждут выезда 1285 грузовиков

    Об этом Report сообщили в Агентстве наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.

    52 грузовика ждут выезда на таможенном посту “Мазымгара”, 230 – на таможенном посту “Астара”, 68 – на таможенном посту “Билясувар”, 10 – на таможенном посту “Самур”, 10 – на таможенном посту “Ханоба”.

  • Sərhəddə gözləyən yük avtomobillərinin sayı açıqlanıb

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.

    Bu barədə “Report”a AYNA-dan məlumat verilib.

    Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.