Month: December 2023

  • Əhaliyə XƏBƏRDARLIQ! – Dekabrın 13-də…

    Dekabrın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron yarımadasında yağmurlu hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

  • AZƏRTAC-dan Fransa mətbuatında əməkdaşları ilə bağlı yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA – FOTO

    Fransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” adlandırıldıqları dezinformasiya tirajlanır.

    AZƏRTAC məsələ ilə bağlı açıqlama yayıb.

    Xatırladaq ki, AZƏRTAC-ın iki jurnalisti redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri viza bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb.

    “Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza “casus” damğasının vurulması qəbuledilməzdir. Jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada “casus” damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir.

    Jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistimizə yazdığı məktubda deyilir: “Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”.

    Feyk məqalədə qeyd edilir ki, Fransanın müdafiə naziri həmin ərəfədə Yeni Kaledoniyaya səfər edib və jurnalistlər də məhz bunu işıqlandırmaq üçün oraya gediblər. Həmçinin məqalədə jurnalistlərin “casus” olduğu yazılır. Bununla da onlar özlərini təkzib etmiş olurlar – bir tərəfdən yazırlar ki, jurnalistlər ora hadisələri işıqlandırmağa gediblər, ardınca isə onları “casus” adlandırırlar. Qeyd etməliyik ki, AZƏRTAC-ın jurnalistlərinə redaksiya tapşırığı məhz dekabrın 5-də keçirilmiş müstəqillik mitinqinin işıqlandırılması olub. Bundan əlavə, əməkdaşlarımız yerli kanak xalqının həyat tərzi, sosial-iqtisadi vəziyyəti, mədəniyyəti haqqında reportajlar hazırlamalı idilər. Təəssüf ki, verilən redaksiya tapşırıqları bir əməkdaşımızın ölkəyə buraxılmaması səbəbindən tam olaraq yerinə yetirilməyib.

    AZƏRTAC məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edir və bunu təxribat xarakterli feyk informasiya sayır. Fransa mediasının bu cür dezinformasiya yaymasını azad mətbuat göstəricisi yox, məhz beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq və həqiqətləri gizlətmək cəhdi kimi qətiyyətlə pisləyirik”, – deyə məlumatda qeyd olunub.


  • İranda son bir neçə həftədə dörd qadın qətlə yetirilib – FOTO

    İranda son üç həftə ərzində dörd qadın ailə üzvləri tərəfindən öldürülüb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Məlumata görə, qətllər Kermanşah, Tehran, Urmiya və Məşhəd şəhərlərində baş verib və təqsirləndirilən şəxslər öldürülən xanımların həyat yoldaşları, nişanlıları, qayınataları və ataları olub.

    Qeyd edək ki, öldürülən qadınlar arasında nişanlısının qurbanı olan 17 yaşlı qız da olub.

  • Арестован руководитель телеканала, обвиняемый в вымогательстве путем угроз – ОБНОВЛЕНО

    Арестован Теймур Керимов, руководитель одного из интернет-телеканалов.

    Как сообщает Median.Az, 11 декабря на основании жалоб, поступивших от нескольких граждан, в отношении Т.Керимова было возбуждено уголовное дело по статье Уголовного кодекса Азербайджанской Республики о вымогательстве путем угроз.

    Следует отметить, что решением Наримановского районного суда в отношении Т.Керимова была избрана мера пресечения в виде заключения под стражу сроком на четыре месяца.//qafqazinfo.az

    ***

    Сотрудники полиции задержали руководителя одного из интернет-телеканалов Теймура Керимова.

    По информации Oxu.Az, 11 декабря на основании жалоб, поступивших от нескольких граждан, в отношении Т.Керимова было возбуждено уголовное дело по статье Уголовного кодекса о вымогательстве путем угроз. Ведется расследование.

    Информацию сайту подтвердил сотрудник пресс-службы МВД Ибрагим Амирасланлы.

  • Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri həbs olunub – YENİLƏNİB

    İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov həbs olunub.

    Median.Az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov polis əməkdaşları tərəfindən həbs olunub və barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.//qafqazinfo.az

    ***

    İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.

    Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

  • Prezident İlham Əliyev: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir”

    “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyinin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “X” hesabında bildirib.

    Paylaşımda qeyd edilir: “Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır.

    2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu Sessiyasına ev sahibliyi etməyimiz iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək əzmimizdən irəli gəlir. Azərbaycana verdiyi dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün əlimizdən gələni edəcəyik.

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik”.

  • МИД РФ не стал комментировать возможность встречи глав РФ, Азербайджана и Армении

    Замглавы МИД РФ Михаил Галузин воздержался от комментариев по перспективам трехсторонней встречи президента России Владимира Путина, президента Азербайджана Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна на неформальном саммите СНГ в Санкт-Петербурге.

    Как сообщает Report со ссылкой на ТАСС, замминистра отвечал на соответствующий вопрос журналистов на приеме в День памяти общенационального лидера азербайджанского народа Гейдара Алиева.

    “Я предпочел бы как дипломат все-таки воздержаться от прогнозов”, – сказал М.Галузин.

  • Rusiya XİN RF, Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü şərh etməyib

    Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, nazir müavini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda jurnalistlərin müvafiq sualını cavablandırıb.

    “Diplomat kimi mən hələ də proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”, – Qaluzin söyləyib.

  • Abşeronda 29 yaşlı qadın öldürülüb, tanışı saxlanılıb

    Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • Türkiyəli sabiq FİFA referisi: “Meleri vuranlar futboldan ömürlük uzaqlaşdırılmalıdır”

    “Klub prezidentinin hakimlərə qarşı kobud hərəkəti qəbulolunmazdır. Bu, əvvəllər eyni hadisələrə verilən cəzaların sərt olmaması səbəbindəndir”.

    Bunu İdman.bizə türkiyəli keçmiş FİFA referisi Deniz Ateş Bitner deyib.

    O Türkiyə Superliqasında “Ankaragücü” – “Rizespor” matçında baş hakim Halil Umut Melerə qarşı edilən şiddətə münasibət bildirib. Keçmiş ədalət təmsilçisi bildirib ki, bunu edənlər futboldan ömürlük uzaqlaşdırılmalıdırlar: “Ankaragücü”nun prezidenti Faruk Koca və hadisədə iştirak edənlər cəzalandırılmalı, heç bir idman yarışına buraxılmamalı, hətta matçı belə stadiondan izləməməlidirlər. Radikal qərarlar verilməsə, hakimlər azı 2 həftə oyunlara çıxmayacaqlar. Bu qərarlar komandanın xalının silinməsi, hətta “Ankaragücü”nün aşağı liqaya göndərməsi kimi sərt olmalıdır”.

    Sabiq hakim Halil Umut Melerin karyerasını bitirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, həmkarı qərar verməkdə tələsib: “O, hadisənin təsirindən deyib ki, hakimliyə vida edirəm. Amma böyük ehtimalla, fikrini dəyişib işinə davam edəcək. Yəqin ki, bu, 1 ay istirahət etdikdən sonra reallaşacaq”.

    Qeyd edək ki, Halil Umut Meler Superliqanın 15-ci turunun 1:1 hesabı ilə bitən “Ankaragücü” – “Rizespor” matçdan sonra meydan sahiblərinin prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb. Yerə yıxılan hakimə sonra da şiddət davam edib.