Month: December 2023

  • Sumqayıtın gizli tarixi – ARAŞDIRMA

    “Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir çox izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın sevgi “rəvayət”-ində “Sum qayıt, Sum qayıt!” çağrışı edilib və bundan sonra bu ərazi belə adlanıb.

    Birincisi, Hindistandan gələn dəvə karvanının Sumqayıtdan keçməsi nəinki məntiqlə, heç coğrafi yolla da mümkün deyil. İkincisi, Hindistandan gələn karvanda olan səyyahlar Azərbaycan türk dilində “Sum qayıt” sözü deyilə bilərdimi?”

    Bizim.Media xəbər verir ki, bu fikirləri tarixçi-alim Zaur Əliyev səsləndirib. Sumqayıt şəhərinin tarixi ilə bağlı araşdırma aparan müəllif bir sıra maraqlı faktları bölüşüb:

    “Sumqayıtın adında süni şəkildə zorla hind kökü axtaranlar da yanlış olaraq bunu həmin dildə müvafiq olaraq dəvə və iz mənasını bildirən “Sumq upt” ifadəsi ilə bağlamağa çalışırlar. Bu da uydurma faktdan başqa bir şey deyil. Hindistandan gələnlər Suraxanı ərazisinə gediblər. Onlar Hövsan ərazisində gəmilərdən enərək, Suraxanı Atəşgahına qədər dizləri üzərində sürünüblər.

    Ona görə də, Sumqayıt adı ilə bağlı ikinci versiya da reallıqdan uzaqdır.  

    “Sumqayıt şəhərinin tarixi” mövzusunda ilk tarix elmləri doktorluq dissertasiyasının müəllifi olmuş tarix elmləri doktoru Həmid Alıyev yazır:

    “yerli toponimlərə zorla “uyğunlaşdırılmış” “Sum və Ceyran” əfsanəsi əslində, həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır”.

    Sumqayıt adı ilə bağlı digər versiyalar

    Onlardan biri haqqında A.V. Tverdi “Qafqazın toponimik lüğəti”-də yazılır:

    “Sumqayıt-Azərbaycanda şəhər; eyniadlı çayın mənsəbində, Azərbaycanın paytaxtı Bakı şəhərinin şimalında yerləşir. Hidronim XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğalında iştirak etmiş türk tayfası Sukaytın adı ilə bağlıdır.”

    Tarixçilərin fikrincə, burada Midiya tayfaları yaşayıb. Tikinti bumu zamanı, icra binasının bünövrəsi qazılarkən ərazidən qədim karvansaranın qalıqları, habelə şəxsi əşyalar və qab-qacaq aşkar edilib.

    Tarixçilərin digər bir versiyası da var.

    Şəhərin adı qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adından gəlir. “-it” şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. “Sumqait” – “Sunqa-lar” , yəni “sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır.

    Şəhərin adının mənşəyi ilə bağlı başqa bir versiya, şəhərdən bir az şimalda axan Sumqayıt çayı ilə əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

    Eyni fikri alman səyyahı İ.Lerx XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirib.

    Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş “Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər” adlı kitabında yazır:

    “Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, iki bölgə bir-birindən Suqaytı çayı ilə ayrılır”

    Bu versiya daha ağlabatandır.

    Çünki tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın “Qafqaz səyahəti” adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir.

    Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı:

    “Şəhərin yaxınlığında Suqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır”. İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad “su” və “qayıt” sözlərindən yaranıb. Qafqazın 1808-ci ildə Almaniyada Veymarda nəşr olunmuş xəritəsində Sumqayıt çayının adı “Suqayıt” kimi qeyd olunub.

    Məhz Sumqayıt şəhərinin salınması ideyası necə yarandı?

    Bolşeviklər Azərbaycanı işğal edəndən sonra onlara verilən məlumata görə bəylər və xanlar öz varidatlarını Beşbarmaq, Xızı, Sumqayıt, Corat kimi ərazilərdə gizlədiblər. Bunun üçün Moskvadan xüsusi bir arxeoloqlar qrupu gəlir. Tozlu torpaqlı, dənizin ləpələrinin iri dalğalarla sahilə çırpıldığı ərazidə qazıntılar zamanı burda ilk insan yaşayış məskənləri olduğunu sübut edəcək qədim artefaktlar, əşyalar, qəbrlər, kurqanlar, qədimdə mövcud olmuş şəhər-dövlətin qalıqları tapıldı.

    Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı – nekropolun tapılması isə bu yerlərdə həqiqətən də qədim insanların məskən saldığını sübut edirdi. Sumqayıtın Yaşma bağları ərazisində yerləşən qədim ovdanın tapılması dediklərimizi təsdiq edir.

    Mədəniyyət Nazirliyin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bu ovdanı belə təsvir edir:

    “Yaşmada yerləşən ovdanın özəlliyi bundan ibarətdir ki, onun üzərində Qobustan, Səngəçal, Hacıqabul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi Türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə, abidənin üzərində altıyadək damğa mövcuddur.”

    Burada tapılan qədim əşyalar paralel olaraq Mingəçevir ərazisində tapılanlarla oxşarlıq təşkil edirdi. Türk tayfalarına məxsus elementlər, petroqliflər, damğalar barədə dərhal Moskvaya xəbər verilir.

    Stalin Sumqayıt şəhərinin salınmasını niyə istəyirdi?

    Yaşı minilliklərə gedib çıxan əşyaların tapılması Azərbaycan türklərinə qarşı əks planı olan Stalini narahat etməyə başladı. Çünki qədim abidələr burda minillər öncə türk xalqlarının yaşadığını sübut edirdi. Qədim artefaktlar üzərində türk yazılarının olması ərazinin türk kimliyini məhv etmək planları quran Stalinə mane olurdu.  

    Ona görə də Stalin tapşırıq verir ki, dərhal Bakı ətrafında olan Abşeron, Sumqayıtla yanaşı Mingəçevir ərazisində yeni şəhər salınması məsələsini gündəliyə salsınlar. Nəticədə, Sumqayıt şəhərinin ilk layihəsi və tikintisi 1932-ci il 16 may tarixli qərarına əsasən SSRİ Xalq Ağır Sənaye Komissarlığına həvalə olunub.

    İlk tikinti işləri 1938-ci ildə başlanılıb, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılıb. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinib.

    Sumqayıtda məskunlaşan alman, avstriya və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikiblər. İlk Boru Prokat Zavodunun sexləri də bu xarici məhbuslar tərəfindən tikilib. Bu zavodda 2600 əsir işləyib. Sumqayıtda ilk yolun çəkilişi isə alman məhbusu Rixart Fukkert tərəfindən həyata keçirilib. Bu tikintilər zamanı tapılan yüzlərlə arxeoloji abidə Stalinin əmri ilə Moskvaya aparılıb”.

  • Дождливая погода вызвала негативные последствия в Бинагадинском районе – ВИДЕО

    Интенсивные дожди привели к негативным последствиям в Бинагадинском районе столицы.

    Как сообщает Qafqazinfo, канализационная сеть не справилась с количеством выпавших осадков, в результате местные улицы затопило водой.

    Сложившаяся ситуация создала сложности для передвижения автомобилей.

    Представляем данные кадры:

  • Binəqədidə kanalizasiya sistemi yağan yağışa tab gətirməyib – VİDEO

    Bu gün Bakıda yağan intensiv yağışlar Binəqədidə xoşagəlməz mənzərəyə səbəb olub.

    “Anews” xəbər verir ki, kanalizasiya sistemi yağan yağışa tab gətirməyib, nəticədə küçələr su ilə dolub.

    Bu isə maşınların hərəkətinə ciddi maneə törədib.

    Həmin görüntüləri təqdim edirik:

  • Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb – YENİLƏNİB + FOTO

    Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın bir-birinə bitişik bir neçə müxtəlif təyinatlı obyekti əhatə edib.

    ***

    Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.

    “Report”un məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya sülhməramlılarının texnikası qəzaya uğradı: Azərbaycan tərəfi tibbi yardım göstərdi

    2023-cü il dekabrın 11-də Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus BTR-82-nin dağ yolundan çıxaraq dərəyə aşması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, iki hərbçi isə orta və ağır xəsarətlər alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib.

    Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiyaya aparılıblar.

    Mənbə: mil.ru

  • Проживающий в Карабахе Миша Григорян обратился к армянам: У меня все в порядке, хожу без охраны – ВИДЕО

    Житель Карабахского региона Азербайджана Миша Григорян, отказавшийся переехать в Армению, обратился к армянам.

    “Я проживаю в Ханкенди. Все меня знают как Мишу. Азербайджанцы обращаются со мной как с родным братом, с питанием у нас все в порядке”, – рассказал он.

    М.Григорян добавил, что находится в безопасности и передвигается без охраны.

    “Меня сопровождают только в том случае, если я выхожу за город или пересекаю пост”, – продолжил мужчина.

    В конце своего обращения он призвал армян и азербайджанцев дружить и любить друг друга. М.Григорян также пообещал, что сделает еще одно обращение.

  • Xankəndidə yaşayan Mişa Qriqoryan ermənilərlə və azərbaycanlılara müraciət etdi – VİDEO

    Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

    O, hazırda Xankəndidə yaşadığını deyib:

    “Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

    M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:

    “Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, – deyə o, bildirib.

    Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.

    Mişa Qriqoryan daha sonra yeni bir müsahibə verəcəyini də açıqlayıb.

  • “Qarabağ”ın futbolçusu Finlandiyada əməliyyat olunub

    “Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

    Bu barədə “Report”a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

    Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək əvəzlənmişdi.

  • ”Məhəbbət üç il yaşayır” romanının müəllifi saxlanılıb

    Fransada məşhur yazıçı Frederik Beqbeder saxlanılıb.

    Məlumata görə, o, hazırda Po rayon polis komissarlığındadır.

    Faktı respublika prokurorluğu da təsdiqləyib.

    Bildirilir ki, bir müddətdir Poda yaşayan yazıçı rayon prokurorluğu tərəfindən açılmış və yerli polis tərəfindən araşdırılan iş üzrə dekabrın 12-də dindirilməyə çağırılıb və polis bölməsindən buraxılmayıb.

    Yazıçının hələ yayda adı açıqlanmayan xanım tərəfindən polisə təqdim olunan zorlama şikayəti üzrə saxlanıldığı deyilir.

    Xatırladaq ki, 2008-ci ildə Beqbeder Parisdə kokain istifadə edərkən saxlanılıb və üzərində çoxlu miqdarda narkotik tapılıb. Lakin 2022-ci ildə yazıçı narkotikdən imtina etdiyini açıqlayıb.

    Qeyd edək ki, Frederik Beqbederin 58 yaşı var. O, yazıçı, ssenarist, ədəbiyyatşünas, teleaparıcı, Flora Ədəbi Mükafatının yaradıcısı və münsiflər heyətinin sədri, “Ağılsız bir gəncin xatirələri”, “Komada tətil”, ”Məhəbbət üç il yaşayır”, “99 Frank” və s. romanlarının müəllifidir.

    Mənbə: İnterfaks

  • Moskva hava limanında sərnişinlərlə dolu təyyarə qar topasının altında qalıb

    Moskvanın Vnukovo hava limanında göyərtəsində sərnişinlərin olduğu “Yak-40” təyyarəsi qar topasının altında qalıb.

    Məlumata görə, Voloqda aviasiya şirkətinə məxsus təyyarə Moskvadan Voloqdaya uçmalı imiş. O, uçuşa hazırlaşarkən uçuş-enmə zolağından çıxıb və qar topasına girib.

    Qeyd edək ki, fövqəladə vəziyyətə görə təyyarənin uçuşu altı saat gecikib. Nəticədə bəzi sərnişinlər Voloqdaya qatar və ya avtobusla getməyə qərar veriblər.

    Mənbə: lenta.ru