Month: December 2023

  • Azərbaycanda içki və tütün məhsullarına tələbat artıb

    2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz artıb.

    2023-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz, bazar və yarmarkalarda 4,1 faiz artıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.

  • Bakıda qəza olub, prospektdə sıxlıq yaranıb – VİDEO

    Yağışlı hava şəraitində yollarda diqqətli olmamaq, sürət həddinə əməl etməmək, xüsusilə də ara məsafəsi saxlamamaq yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Qeyd olunub ki, belə bir hadisə bu gün Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verib. Məlumata görə, qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

  • Şalva Papuaşvili: “Gürcüstan və Azərbaycan parlamentləri əməkdaşlıq memorandumu üzərində işləyirlər”

    “Gürcüstan və Azərbaycan parlamentləri əməkdaşlıq haqqında ümumi memorandumun yaradılması üzərində işləyirlər”.

    Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bakıda azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdən sonra bildirib.

    “Biz parlamentlər arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması, parlamentlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq memorandumunun işlənib-hazırlanması barədə söhbət apardıq”, – deyə Papuaşvili bildirib.

    Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan parlamentləri arasında sıx əlaqələr sərhəd keçidi və yüklərin daşınması kimi bir sıra prosedurların sadələşdirilmiş şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılmasına kömək edəcək.

    Xatırladaq ki, Papuaşvili Gürcüstandan nümayəndə heyətinin tərkibində Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə dekabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib. Papuaşvili Bakıya səfəri çərçivəsində artıq Prezident İlham Əliyevlə görüşüb.

    Mənbə: “Sputnik” Gürcüstan

  • Ərəblər pivə istehsalına başlayır

    BƏƏ-nin paytaxtı Əbu-Dabidə “Craft by Side Hustle” pivə zavodu açılır.

    O, Yaxın Şərqdə qanuni olaraq spirt istehsal edən ilk şirkət olacaq.

    Pioner şirkət artıq pivəsini satmaq üçün lisenziya alıb.

    2021-ci ildə BƏƏ qanunvericiliyə düzəlişlər edib və spirtli içkilərin istehsalına icazə verilib.

  • Ceyhun Bayramov GUAM XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib.

    Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

    Qeyd olunub ki, Ceyhun Bayramov dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyi vurğulanıb.

    Nazir Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.

    2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi dövründə təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

    Xüsusilə, region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.

    Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil edilməsinin nəzərdə tutulduğu bildirilib.

    Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən Ceyhun Bayramov Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu qeyd edib.

    Ölkəmizin bərpa-quruculuq və sülh səyləri barədə geniş məlumat verilib.

    Görüş zamanı, həmçinin, 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub.

  • Посольство России поделилось публикацией по случаю дня памяти Гейдара Алиева

    Посольство России в Азербайджане поделилось публикацией по случаю дня памяти общенационального лидера Гейдара Алиева.

    Соответствующая публикация размещена в Telegram-канале дипмиссии.

    “20 лет назад нас покинул общенациональный лидер азербайджанского народа Гейдар Алиев. Чтим светлую память великого советского и азербайджанского государственного деятеля, внесшего неоценимый вклад в развитие нашей общей страны и современного Азербайджана”, – отмечается в посте.

    В посольстве отметили, что великий лидер Гейдар Алиев заложил основу современных российско-азербайджанских отношений.

    “Сегодня Россия и Азербайджан – союзники и стратегические партнеры, подающие пример эффективной экономической кооперации, культурного обмена, поддержания мира и безопасности в регионе”, – говорится в сообщении.

  • Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib

    Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

    Bu barədə paylaşım diplomatik nümayəndəliyin teleqram kanalında yerləşdirilib.

    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 il əvvəl aramızdan ayrıldı. Bizim ümumi ölkəmizin (SSRİ – red.) və müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş bu böyük Sovet və Azərbaycan dövlət xadiminin parlaq xatirəsini ehtiramla anırıq”, – deyə paylaşımda bildirilib.

    Səfirlik qeyd edib ki, ulu öndər Heydər Əliyev müasir Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyub:

    “Bu gün Rusiya və Azərbaycan müttəfiq, strateji və səmərəli iqtisadi tərəfdaşlıq, mədəni mübadilə, regionda sülh, təhlükəsizliyin qorunması, dəstəklənməsi nümunəsini təqdim edən ölkələrdir”.

  • Госкомитет подготовил флешмоб, посвященный дню ​​памяти общенационального лидера Гейдара Алиева – ВИДЕО

    Государственный комитет по делам беженцев и вынужденных переселенцев организовал флешмоб, посвященный 12 декабря – Дню памяти общенационального лидера Гейдара Алиева.

    В нем приняли участие более тысячи жителей разного возраста, пола и профессий, поселившихся на постоянной основе на освобожденных территориях, а также временно проживающих в поселках для вынужденных переселенцев, расположенных в Баку.

    В подготовленный госкомитетом видеоролик флешмоба включены архивные кадры встреч общенационального лидера Гейдара Алиева с нашими соотечественниками.

  • Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləş-mob keçirilib – VİDEO

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 12 dekabr – ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı fləş-mob keçirilib.

    Fləş-mobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan mindən çox sakini iştirak edib.

    Videoçarxda ümummilli lider Heydər Əliyevin soydaşlarımızla görüşlərindən olan görüntülər yer alıb.

    Fləş-mobdan hazırlanmış videoçarxı təqdim edirik:

  • Bulvarda “Ayselini axtaran” şəxs indi də su kanalını zibillədi – VİDEO

    Bərdə rayonunda su kanalına zibil atılıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, bir nəfər torbada olan zibilləri Yuxarı Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsinə boşaldıb.

    Həmin görüntüləri lentə alaraq, “balıqlarımız bu zibillərlə yaxşı səhər yeməyi yeyir”, – deyə qeyd edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan oxu.az-a bildirilib ki, görüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılıb:

    “Həmin şəxsin kimliyi müəyyən edilib. Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”.

    Qeyd edək ki, hadisəni törədən şəxs bir müddət əvvəl Dənizkənarı Milli Park ərazisində “Ayselim” qışqıraraq nalayiq ifadələr işlətmişdi.

    Həmin vaxt da o, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.