Month: December 2023

  • Artıq küçədən keçəndə paltarı virtual olaraq əynində yoxlamaq mümkün olacaq – VİDEO

    Süni intellekt erası özü ilə yeniliklər gətirməyə və insanları təəccübləndirməyə davam edir. Belə ki, artıq yoldan keçən hər bir şəxs paltarı virtual olaraq əynində “sınaya” biləcək.

    Hələlik yenilikdən ancaq Britaniya paytaxtının sakinləri faydalanır. Belə ki, Londonda əlavə reallıq funksiyasına malik təchizat otağı işə başlayıb: Süni intellekt insanın hərəkətlərini qeyd edir və onun paltarını istənilən seçilmiş elementlə “əvəzləyərək”, nəticəni ekranda göstərir.

  • Названа дата выборов президента России

    Совет Федерации назначил дату очередных выборов президента Российской Федерации – они пройдут 17 марта 2024 года.

    Спикер верхней палаты парламента Валентина Матвиенко, комментируя принятое Совфедом постановление, отметила, что этим решением “по сути дается старт предвыборной кампании”.

    Источник: РИА Новости

  • Rusiyada prezident seçkisinin vaxtı məlum oldu

    Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix məlum olub.

    Bununla əlaqədar Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.

    Qərara əsasən, Rusiyada növbəti prezident seçkisi gələn il martın 17-də keçiriləcək.

    “Mahiyyətcə bu qərar artıq seçki kampaniyasına start verilməsi deməkdir”, – Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iclasda bəyan edib.

    Mənbə: RİA Novosti

  • В Физулинском районе выполнявший посевные работы трактор подорвался на мине

    В полицию поступила информация о том, что 7 декабря около 10:00 на территории села Горадиз Физулинского района трактор, выполнявший посевные работы на сельскохозяйственном участке, подорвался на мине.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), водитель транспортного средства Замин Гасанлы (1994 г.р.) получил травмы.

    Сотрудники полиции доставили пострадавшего в больницу.

    По данному факту ведется расследование.

  • Horadizdə əkin işləri aparan traktor minaya düşüb

    Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb.

    O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Январские фьючерсы на марку WTI подорожали на 0,39% – до 69,65 доллара за баррель, февральские на Brent – на 0,42%, до 74,61 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin yanvar füçersləri 0,39% bahalaşaraq, bir barelinin qiyməti 69,65 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 0,42% bahalaşaraq, bir barelinin qiyməti 74,61 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Kəlbəcərdə saxlanılan erməni diversant Azərbaycana gizli silah-sursat keçirib, terrorçuluq edib – İTTİHAM AKTI

    Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyan qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib.

    “Report”un xəbərinə görə, bu barədə Qagik Aşotoviç Voskanyanın ittiham aktında qeyd olunub.

    Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Qagik Aşotoviç Voskanyan qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib.

    O, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib.

    Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

    Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.

  • Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu – VİDEO

    Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

    Belə ki, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.

    Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

    Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
    //Baku.ws

  • Yaponiya Ukraynaya böyük məbləğdə vəsait ayıracaq

    Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib ki, Tokio Kiyevə dəstək üçün əlavə vəsait ayırmağa hazırdır.

    Yaponiya rəsmisi bildirib ki, söhbət 4,5 milyard dollar yardımdan gedir.

    “G7 ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin “Sülh Formulu” adlı sülhməramlı təşəbbüsünü dəstəkləməyə davam edəcəklər”, – onlayn zirvə toplantısından sonra verilən bəyanatda deyilir.

    Bəyanatında, həmçinin qeyd olunur ki, “Böyük yeddilik” ölkələri beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, demokratik Ukraynanı dəstəkləməyə davam edəcəklər.

    Mənbə: Kyodo News