Month: December 2023

  • Сообщение МЧС о разрушениях и пострадавших в результате землетрясения

    Согласно предварительной информации, поступившей в Центр управления в кризисных ситуациях Министерства по чрезвычайным ситуациям (МЧС) из Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, 7 декабря 2023 года в 08:16 по местному времени в Каспийском море на глубине 68 км было зафиксировано землетрясение магнитудой 5,6.

    Об этом сообщили в МЧС.

    Было отмечено, что землетрясение ощущалось в Баку и его окрестностях.

    “Информация о каких-либо разрушениях или пострадавших в результате землетрясения в ведомство не поступала”, – подчеркивается в сообщении.

  • FHN-dən zəlzələ barədə AÇIQLAMA

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə maqnitudası 5,6 olan zəlzələ qeydə alınıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.

    “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – deyə məlumatda vurğulanıb.

  • Дорожная полиция обратилась к населению в связи с землетрясением

    Призываем всех участников дорожного движения быть предельно внимательными и сдержанными на дорогах.

    Об этом говорится в обращении управления Государственной дорожной полиции города Баку.

    “Учитывая, что после землетрясения увеличилась плотность движения на улицах и проспектах столицы, сотрудники дорожной полиции принимают необходимые меры по участкам, также обеспечивается непрерывность и безопасность движения на дорогах под полностью усиленным контролем”, – отмечается в сообщении.

  • DYP zəlzələ ilə bağlı hərəkət iştirakçılarına çağırış edib

    “Bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırırıq”.

    Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin çağırışında qeyd edilib.

    “Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir”, – deyə məlumatda bildirilib.

  • Seysmoloq: “Növbəti silkələnmənin baş verəcəyi ehtimal edilir”

    “Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.

    Bunu oxu.az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.

    O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:

    “Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”.

    Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər:

    “Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq. Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.

  • İlham Əliyevin beynəlxalq forumda səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.

    AZƏRTAC xəbər verir ki, Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.

    “İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.

  • Balakəndə ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub

    Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin və 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Tülü kəndində vətəndaşa məxsus pay torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

    Aşkar olunmuş faktla bağlı torpaq sahibi olan kənd sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

  • Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

    Türkiyənin turizm bölgələri Azərbaycan şərabları üçün potensial ixrac yeri ola bilər.

    Median.Az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

    O qeyd edib ki, bu istiqamətdə təşviqat kampaniyaları aparılacaq: “Bununla yanaşı, 2024-cü ildə mövcud satışlarımızın daha da möhkəmləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur”.

    Y.Abdullayev vurğulayıb ki, ölkədə üzüm bağlarının sahəsi artır: “Bölgələrdə bu istiqamətdə inkişafı görürük”.

    AZPROMO rəsmisi deyib ki, “Ağdam” şərabının istehsalı dövlətin xüsusi diqqətində olan məsələdir: “Ağdam” şərabının yenidən bərpa edilməsi üçün İqtisadiyyat Nazirliyi xüsusi qaydalar tərtib edib, bu qaydaların əsas məqsədi “Ağdam” şərabını istehsal etmək istəyən istehsalçının Qarabağ iqtisadi bölgəsində torpağının olmasıdır. Müsabiqə keçirilib və müsabiqədə qalib gələn şirkətin Füzulidə üzüm bağı var. “Ağdam” şərabı üçün istehsal edilən üzüm növləri, həmin ərazidə istehsal ediləcək. Bu, əsas tələb idi, çünki coğrafi göstəricinin qorunması çox önəmli idi. Hazırda Ağdam şərabı istehsal edilir”.

    O xatırladıb ki, Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə şərabçılığın inkişafına diqqət və qayğısı olub: “Nəticədə 2000-ci illərdə ölkədə şərabçılq inkişaf edib və Azərbaycan şərabı dünya bazarlarına çıxarılıb. 2018-ci ildə şərabçılığa dair dövlət proqramı qəbul edilib və bu proqram özündə həm istehsalın, həm də üzüm bağlarının daha çox salınmasını ehtiva edir”.

    Y.Abdullayev diqqətə çatdırıb ki, hazırda ölkədə 17 min hektar sahədə üzüm bağı var: “Bu, 40 il əvvəl olan sahələrdən 15 dəfə azdır. Amma dövlətin bu sahəyə verdiyi dəstək sayəsində üzüm bağlarının sahəsi artır. Şərab istehsalı əsasən texniki növ üzüm istehsalı əsasında olur. Dövlətin əsas prioriteti yerli texniki sortlarının inkişaf etdirilməsidir. Burda tingçilik proqramı çox önəmlidir. “Mədrəsə” və “Bayanşirə” adlı məşhur üzüm sortlarının artımı gündəmdədir”.

  • ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır

    ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır.

    “Report” xəbər verir ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.

    Bu, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə Bakıda keçirilən görüşündə də xüsusi qeyd edilib.

    Görüşdə ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

    Məlumdur ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və ABŞ də bu reallığı qəbul edir. Birləşmiş Ştatların Bakıya səfər edən yüksək səviyyəli rəsmisi də iki ölkə arasında münasibətlərdə gələcəyə baxışın vacibliyini söyləyib.

    Ceyms O’Brayn, həmçinin ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

    Görüşdə iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın da davam etdirilməsinin zəruriliyi bildirilib. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında energetika sahəsində tarixən uğurlu əməkdaşlığın həyata keçirildiyini nəzərə çatdırıb.

    Blinkenin köməkçisi isə öz növbəsində Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin roluna toxunub. Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb.

    Qeyd edək ki, görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

    Bundan əvvəl sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən sonra Azərbaycan və ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranmışdı. Həmin vaxt rəsmi Bakı öz prinsipial mövqeyini ortaya qoydu ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O’Braynın Bakıya səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

    Məlumat üçün deyək ki, Azərbaycan rəsmilərinin də ABŞ-yə səfəri bərpa olunur. Çünki ikitərəfli münasibətlərin müsbət məcrada davamı üçün bu, çox vacibdir. Səfərlərin bərpası ilə ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıdır.

  • Gəncədə piyadanı maşın vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Zaur Mahmudovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.