Month: December 2023

  • Омбудсмен: Пожизненное заключение азербайджанского военнослужащего в Армении противоречит международному праву

    Лишение свободы военнослужащего азербайджанской армии по ложному обвинению, а также ужесточение наказания и замена его пожизненным сроком заключения противоречат нормам и принципам международного права.

    Об этом говорится в комментарии уполномоченного по правам человека (омбудсмена) Азербайджанской Республики к ужесточению незаконного наказания, назначенного армянским судом азербайджанскому военнослужащему.

    “Несмотря на неоднократные запросы с нашей стороны по этому поводу, Армения продолжает грубо нарушать требования международного права.

    В то же время этот провокационный шаг Армении создает серьезные препятствия для работы, проводимой в направлении подписания мирного соглашения между двумя странами и установления устойчивого мира в регионе.

    Еще раз заявляю, что армянская сторона должна немедленно освободить незаконно лишенного свободы военнослужащего азербайджанской армии Гусейна Ахундова, а также Агшина Бабирова и предпринять необходимые шаги для возвращения их в нашу страну.

    В заключение, как уполномоченный по правам человека Азербайджанской Республики, я еще раз требую от соответствующих международных организаций, зарубежных институтов омбудсмена и национальных правозащитных институтов принять эффективные меры по освобождению военнослужащих азербайджанской армии, а также призываю эти учреждения отреагировать на неуважительное отношение Франции к правам и свободам человека”, – говорится в комментарии.

  • Səbinə Əliyeva: “Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir”

    “Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, həmçinin cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”.

    Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.

    “Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.

    Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”, – Ombudsman bildirib.

  • HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxıb

    Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələri hərbçiləri Fələstin anklavında radikal HƏMAS hərəkatının batalyon komandirlərinin azı yarısını məhv edib.

    Bunu İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

    “Oktyabrın 7-də münaqişə başlayandan bəri HƏMAS İsrailə 11 500-dən çox raket atıb. Bu atışların 2000-dən çoxu uğursuz olub, mərmilərin əksəriyyəti Qəzza zolağının özünə düşüb və əhəmiyyətli dağıntılara səbəb olub”, – deyə Levi qeyd edib.

    Mənbə: TASS

  • İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü – FOTO

    İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.

    30 noyabr tarixində günorta saatlarında baş verən qəza zamanı motosiklet sürücüsü, 38 yaşlı Yunus Emre Göçer hərəkətdə olan motosikletinin sürətini azaldıb və yolun kənarında saxlamaq istəyib. Eyni istiqamətdə hərəkət edən Somali prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun avtomobili motosikletə arxadan çırpılıb. Nəticədə Yunus Emre Göçer ağır yaralanıb.

    Hadisə yerinə gələn sağlamlıq qrupları motosiklet sürücüsünü təcili yardımla xəstəxanaya aparıb və o, reanimasiyada müalicə olunub.

    Somali prezidentinin oğlu isə polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

    Qəza anı anbaan təhlükəsizlik kamerasına əks olunub.

    Nəticədə biri əlil olan iki uşaq atası Yunus Emre Göçer altı gün sonra xəstəxanada dünyasını dəyişib.

    Onun cəsədi Ədliyyə Tibb Qurumunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Cənazə götürüldüyü zaman Göçerin dostları motosikletləri ilə müşayiət ediblər.

    Göçerin dostu Yusuf Özsoy günahkarın saxlanmaması ilə bağlı etirazını bildirib.

    “Hüquqi proseslər davam edir, dostumuzu bu gün dəfn edəcəyik. Hadisə yerinə gələn yol polisləri heç bir görüntünü izləmədən sənəddə qeyd etdilər ki, motosikletçi idarəetməni itirib, daha sonra isə səkiyə çırpılaraq avtomobilin qarşısına düşüb. Vəkilimiz vasitəsilə əldə etdiyimiz görüntülərdə avtomobilin hətta əyləci də basmadığı, dostumuza arxadan çırpıldığı əks olunub. Onu vuran şəxs isə həbs edilməyib”, – deyə o qeyd edib.

  • Qumarda külli-miqdarda pul itirən şəxs oğurluq etdi – TƏFƏRRÜAT + FOTO

    “Sədərək” ticarət mərkəzində sahibkar Şakir Ağayevi döyərək 30 min manat pulunu oğurlayan şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, məhkəmədə hadisəni törədən 1991-ci il təvəllüdlü Elnur Əmənovun özünün də “Sədərək” Ticarət Mərkəzində çalışması məlum olub. O, özü Masallıdan olan iş adamı, əmisi oğlu Xanlar adlı şəxsin ticarət mərkəzində yerləşən santexnika aksesuarlarının satışı mərkəzində çalışıb.

    Təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib:


    ​“Əmim oğlu, sahibkar Xanların mağazasından pulları qumarda uduzurdum. Onun xəbəri olmasın deyə əvvəlcədən tanıdığım Şakir Ağayevin mağazasından oğurluq etməyi planlaşdırdım. Hadisədən bir gün əvvəl işlədiyim ticarət mərkəzində qara rəngli dəmir dəyənək alıb gizlətdim. Gecə saatlarında Şakirin arxasınca dükana daxil oldum və qəfildən əlimdəki dəmir dəyənəklə onun baş nahiyəsindən və üzündən vurdum. Bir neçə dəfə vurandan sonra Şakir yerə yıxıldı. O, yenidən ayağa qalxıb hər iki əli ilə belimdən tutdu. Bu zaman əlimdəki dəyənək yerə düşdü. Şakirin qollarına və ayağına təxminən 14-15 zərbə vurandan sonra dükanda pul axtarmağa başladım. Bu zaman stulun üzərində gödəkçə gördüm. Gödəkçəni əlimə götürəndə bir qədər ağır olmasını hiss etdim. İçəri cibindən rezinə keçirilmiş pulu götürüb dükandan çıxdım”.

    Səhəri gün Elnur Əmənov heç nə olmamış kimi “Sədərək” Ticarət Mərkəzinə gedib və əldə etdiyi pulun 12 500 min manatını əmisi oğlu Xanların borcunu ödəyib, qalan vəsaitləri isə qumar oyununda xərcləyib.

    Zərərçəkmiş Şakir Ağayev ifadəsində Elnur Əmənovu əvvəlcədən tanıdığını və “Sədərək” Ticarət Mərkəzində mühafizəçi olduğunu bilib. Hadisə günü üzündə maska olduğundan onu tanımayıb. Həmin gün Elnur stolun üstündəki qayçını götürüb onun bədəninin müxtəlif nahiyyələrinə təxminən 30-a yaxın zərbə vuraraq xəsarət yetirib. Elnur onun 30 min manat və 2 930 dollar pulunu ələ keçirib. Hazırda dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilib. Sonuncu ilə barışı, ona qarşı şikayəti və tələbi yoxdur.


    Məhkəmənin hükmü ilə Elnur Əmənov Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz – İZAH

    Sürücülər bəzən yeri gəldi-gəlmədi avtomobillərinin qəza işıq siqnallarını yandırırlar. Piyada keçidlərinin yaxınlığında, dayanma-durma həyata keçirərkən və sair hallarda qəza işıq siqnalları yandırılır.

    Qəza işıq siqnallarının harada gəldi yandırılması isə düzgün deyil. “Yol hərəkəti haqqında” Qanunda qəza işıq siqnallarının hansı zərurətdən yandırılması halları göstərilib.

    İndi onlara nəzər salaq.

    Qanunun 55-ci maddəsində göstərilir ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

    Burada isə məcburi dayanmanın nə olduğuna diqqət etmək lazımdır.

    Məcburi dayanma texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır.

    Belə fərz edək: yol gedirik, avtomobil xarab olur, texniki nasazlıq yaranır. Yaxud da sürücünün özünün və ya sərnişinin vəziyyəti pisləşir. Bundan əlavə, sürücü yük apararkən həmin yük yola dağıda bilər. Bu hallarda sürücü qəza işıq siqnalını yandırmalıdır. Təbii ki, dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma edilərsə.

    Qəza işıq siqnalı təkcə bu hallardan başqa bir situasiya üçün də keçərlidir.

    “Yol hərəkəti haqqında” Qanunun 73-cü bəndinə diqqət edək. Həmin maddənin IV hissəsində bildirilir ki, sürücünün gözü qamaşdıqda o, qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır.

    Qeyd edilən bu hallardan başqa, sürücü qəza işıq siqnalını qoşa bilməz. Əks təqdirdə sürücü arxadan gələn daha diqqətli sürücünün fikrini yayındıra bilər.//oxu.az

  • Mədəkiçiltmə əməliyyatından sonra ölən 24 yaşlı Vüqarla bağlı – YENİ DETAL

    AzTV-nin əməkdaşı Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından sonra vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı 24 yaşlı Vüqarın dostları ailəyə istinadən məlumat veriblər.

    Onlar bildiriblər ki, ilkin məlumata əsasən, Vüqar xəstəxanadan evə buraxıldıqdan sonra xeyli miqdarda su içib, bundan sonra vəziyyəti ağırlaşıb: “Ailəsi deyir ki, həkim göstərişi ilə yeməyi və suyu kiçik həcmdə qəbul etməli idi. Lakin Vüqar əməliyyatdan sonra, evdə valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib.

    Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, təcili tibbi yardım briqadası evə çağırılıb, lakin, o, xəstəxanaya aparılarkən dünyasını dəyişib”.

    Ötən gün vəfat edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də sürücüsü 24 yaşlı Vüqar Rəsulov bu gün Şəki rayonunda dəfn edilib.

  • Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz – İZAH

    Sürücülər bəzən yeri gəldi-gəlmədi avtomobillərinin qəza işıq siqnallarını yandırırlar. Piyada keçidlərinin yaxınlığında, dayanma-durma həyata keçirərkən və sair hallarda qəza işıq siqnalları yandırılır.

    Qəza işıq siqnallarının harada gəldi yandırılması isə düzgün deyil. “Yol hərəkəti haqqında” Qanunda qəza işıq siqnallarının hansı zərurətdən yandırılması halları göstərilib.

    İndi onlara nəzər salaq.

    Qanunun 55-ci maddəsində göstərilir ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

    Burada isə məcburi dayanmanın nə olduğuna diqqət etmək lazımdır.

    Məcburi dayanma texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır.

    Belə fərz edək: yol gedirik, avtomobil xarab olur, texniki nasazlıq yaranır. Yaxud da sürücünün özünün və ya sərnişinin vəziyyəti pisləşir. Bundan əlavə, sürücü yük apararkən həmin yük yola dağıda bilər. Bu hallarda sürücü qəza işıq siqnalını yandırmalıdır. Təbii ki, dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma edilərsə.

    Qəza işıq siqnalı təkcə bu hallardan başqa bir situasiya üçün də keçərlidir.

    “Yol hərəkəti haqqında” Qanunun 73-cü bəndinə diqqət edək. Həmin maddənin IV hissəsində bildirilir ki, sürücünün gözü qamaşdıqda o, qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır.

    Qeyd edilən bu hallardan başqa, sürücü qəza işıq siqnalını qoşa bilməz. Əks təqdirdə sürücü arxadan gələn daha diqqətli sürücünün fikrini yayındıra bilər.
    //oxu.az

  • Şəxsi məlumatlarınızın asanlıqla oğurlanmasına səbəb olan 5 SƏHV

    Smartfondan istifadə zamanı edilən 5 səhv kiberhakerlərə telefonunuzdan asanlıqla məlumat toplamaq imkanı verir.

    Təhlükəsizlik üzrə məsləhətçi Kieran Burge məlumatlarınızın saniyələr ərzində əldə edilməsinə səbəb ola biləcək beş ümumi səhvi açıqlayıb.

    Təhlükəsizlik üzrə mütəxəssis deyir ki, parollardan təkrar istifadə etmək, təhlükəli linklərə klikləmək və sosial mediada çox məlumat paylaşmaq kimi sadə səhvlər sizi problemə sala bilər.

    Şəxsi məlumatlarınızın telefonlardan asanlıqla oğurlanmasına səbəb olan 5 səhvə daha yaxından nəzər salaq:

    1. Köhnəlmiş proqram təminatından istifadə;

    Kieran Burge deyib ki, hakerlərin hücuma hazırlaşarkən axtardıqları ilk şeylərdən biri köhnəlmiş proqram təminatıdır.

    2. Eyni parollardan istifadə;

    Hakerlərin şəxsi məlumatlarınızı ələ keçirməsinin başqa bir ümumi yolu təkrar istifadə edilən parollardan istifadə etməkdir.

    3. İnternetdə çox məlumat paylaşmaq;

    Bu, oğurlanmış hesab məlumatları ilə əlaqələndirilə bilən istifadəçi adlarını aşkar etməklə yanaşı, bir sıra digər hücumlara da qapı açır. Keiran izah edir ki, hakerlər internetdə doğum tarixiniz, ünvanınız kimi məlumatları və hətta ananızın qızlıq soyadı kimi ümumi təhlükəsizlik suallarına cavab axtaracaqlar.

    4. Qorunmayan ictimai şəbəkələrə qoşulma;

    Son bir neçə ildə milyonlarla insan uzaqdan işləməyə başlayıb. Bir çox əməkdaş ümumiyyətlə kafe kimi yerlərə gedir, ictimai Wi-Fi şəbəkələrinə qoşulur və işlərini bu şəkildə davam etdirir.

    Problem ondadır ki, belə ictimai şəbəkələr autentifikasiyadan istifadə etmədən cihazınızı internetə qoşmaq üçün “açıq autentifikasiya” adlı sistem növündən istifadə edir. Bu, bir neçə e-məktub göndərmək üçün kafenin Wi-Fi şəbəkəsinə tez qoşulmağı asanlaşdırsa da, sizi kibercinayətkarların hücumları riski ilə üz-üzə qoyur.

    5. Təhlükəli linklərə klikləməklə;

    Keiran deyir ki, təhlükəli linklər göndərmək hələ də parolların sındırılmasının ən çox yayılmış yoludur. Böyük Britaniya Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) məlumatına görə, fişinq fırıldaqları Böyük Britaniyada ən çox yayılmış hücum olaraq qalır. Keiran deyir ki, hakerlər zərərli saytlara keçidlər və ya proqram təminatı yükləmək üçün təlimatlar olan hədəflərə saxta e-poçt və mətn mesajları göndərirlər. Bu keçidlərdən birinə klikləməklə cinayətkarlar öz qurbanlarının cihazında məlumatları oğurlaya və ya hətta nəzarəti ələ keçirə biləcək zərərli proqram quraşdırmaq üçün pəncərə açır.
    //azxeber.com

  • Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində hərtərəfli işlər görülür.

    Görülən işlərin davamı olaraq Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılır.

    Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün ümumi uzunluğu 4 050 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. Diametri 325 mm olan xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçiriləcək, digər daşıyıcı kəmərə birləşdiriləcək.

    Dədəli kəndinə də daşıyıcı qaz kəmərinin çəkilişi işləri icra olunur. İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən kəmərin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizlənib, daha sonra qaz kəmərinin çəkilişi işlərinə başlanılıb.
    Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub ki, artıq işlərin yaxın günlərdə tamamilə yekunlaşacağı nəzərdə tutulub.