Month: December 2023

  • Насколько безопасно мясо, продаваемое на бакинских рынках за 10 манатов? – ВИДЕО

    На рынке “Восьмой километр” килограмм говядины продается за 10 манатов, а баранины – за 11 манатов.

    По словам продавцов, низкая цена продукта связана с тем, что это туши взрослых коров и овец.

    Покупатели признаются, что отдают предпочтение мясу тех животных, которых свежуют у них на глазах.

    По мнению экспертов, в связи со слабым контролем за продажей данной продукции на рынках порой продают мясо неизвестного происхождения, которое может представлять опасность для здоровья людей.

    Подробнее – в сюжете ATV Xəbər:

  • Bakıda piştaxtalara düzülən 10 manatlıq ət zərərlidirmi? – VİDEO

    Bakının “8-ci km bazarı”nda 10 manata mal, 11 manata isə qoyun əti satılır.

    Satıcıların sözlərinə görə, dişi mal olduğu üçün aşağı qiymətə təklif olunur.

    Alıcılar isə bildirib ki, göz önündə kəsilən ətlərə üstünlük verirlər.

    Ekspertlərin sözlərinə görə, bazarlarda ət satışına nəzarətin zəif olması, bəzən mənşəyi bilinməyən ətlərin satılmasına gətirib çıxarır.

    Bu ətlər bəzən insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • У задержанных в Губинском районе жителей Сумгайыта обнаружен килограмм наркотиков

    Сотрудники Гонагкендского отделения Губинского районного отдела полиции провели операцию по пресечению незаконного оборота наркотических средств.

    Об этом сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    Было отмечено, что в результате проведенных оперативно-разыскных мероприятий были задержаны подозреваемые в приобретении, хранении, перевозке и сбыте наркотиков жители Сумгайыта, ранее судимые Исмет Сулейманов и Вюсал Мастиев.

    Эти лица, вступив в предварительный сговор, прибыли в Губинский район, чтобы из заранее назначенного места вывезти более 1 кг наркотических средств, однако при попытке осуществить это были задержаны правоохранителями.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении И.Сулейманова и В.Мастиева избрана мера пресечения в виде ареста.

  • Qubada saxlanılan Sumqayıt sakinlərindən bir kiloqram narkotik aşkarlanıb

    Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən iki nəfər saxlanılıb.

    Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

    Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda 12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanladılar – VİDEO

    “Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin evində olub, ailə başçıları ilə danışıqlar aparıblar. Yetkinlik yaşına çatmayan qızın təhsilinə davam etməsi təmin edilib”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

    “Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

    * * * * *

    “Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:

    “Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.

    Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?

    Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.

    Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.

    Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar.

  • ООН: Миллионы жителей Афганистана страдают от голода

    Миллионы жителей Афганистана страдают от голода, треть населения страны не имеет доступа к продовольствию, сообщается на сайте Организации Объединенных Наций (ООН).

    Семьи не готовы к суровым зимним месяцам, когда вопрос голода стоит наиболее остро – особенно в горных районах, окруженных снегами и льдами.

    С января по ноябрь 2023 года Всемирная продовольственная программа (ВПП) ООН помогла 18,4 млн жителей Афганистана, распределив более 559 000 т продовольствия, отмечают в организации.

    За последние полгода, по данным ООН, ВПП удалось оказать жизненно важную помощь почти 230 000 уязвимых афганцев благодаря гранту в размере 3,2 млн долларов. Он был предоставлен гуманитарным целевым фондом для Афганистана, управляемым Исламским банком развития (ИБР).

  • BMT: “Milyonlarla əfqan aclıqdan əziyyət çəkir”

    BMT-nin saytında verilən məlumata görə, Əfqanıstanda milyonlarla insan aclıqdan əziyyət çəkir və ölkə əhalisinin üçdə birinin qidaya çıxışı yoxdur.

    Hesabatda deyilir ki, ailələr aclığın ən kəskin olduğu sərt qış aylarına, xüsusilə qar və buzla əhatə olunmuş dağlıq ərazilərdə hazır deyillər.

    Təşkilat qeyd edir ki, 2023-cü ilin yanvar-noyabr aylarında BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Əfqanıstanda 18,4 milyon insana yardım edərək, 559 min tondan çox ərzaq paylayıb.

    BMT-nin məlumatına görə, son altı ayda ÜƏP İslam İnkişaf Bankı tərəfindən idarə olunan Əfqanıstan Humanitar Etimad Fondunun 3,2 milyon dollarlıq qrantı sayəsində 230 000-ə yaxın əfqana xilasedici yardım göstərib.

    Mənbə: interfax.ru

  • Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz maşınlar satışa çıxarılır – CƏDVƏL

    Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.

    Median.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac 2024-cü il yanvarın 9-da baş tutacaq.

    Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:

    S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
    1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Babayev Pənah 0502544242 HONDA ACCORD MİNİK HONDA ACCORD MİNİK 2011 13000 1300
    2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Babayev Pənah 0502544242 TOYOTA CAMRY MİNİK 99AC253 2005 9000 900
    3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Babayev Pənah 0502544242 MİTSUBİSHİ LANCER MİNİK 77AJ593 2007 7000 700
    4 İmişli Rayon İcra Hakimiyyəti Quliyev İsməli 0508962510 QAZ-3110-101 minik 30AA004i/o 2003 1500 150
    5 Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Əliyev Emin 0502504376 HONDA ACCORD MİNİK 99AG506 2008 12000 1200
    6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüseynov Pərviz 0503858836 QAZ 53-12 yük 10AO322 1984 3500 350
    7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüseynov Pərviz 0503858836 QAZ 52-04 YÜK 10AO287 1987 3500 350
    8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüseynov Pərviz 0503858836 QAZ 53-12 yük 10AO278 1989 3500 350
    9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüseynov Pərviz 0503858836 QAZ 53-12 yük 10AO319 1988 3500 350
    10 “Xalq qəzeti” redaksiyası Əhmədov Fikrət 0552573635 NISSAN MAXIMA MİNİK 77PF597 2002 4500 450
    11 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq İstehsalat Birliyi” MMC Rüstəmov İlham 0506403364 VAZ 21074 minik 90AX474 2001 500 50
    12 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq İstehsalat Birliyi” MMC Rüstəmov İlham 0506403364 QAZ 31105 minik 90AL552 2004 1250 125
    13 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Aqreqat İstehsalat Birliyi” MMC Quliyev Zamiq 0504920262 QAZ-31029 minik 10AM659 1993 250 25
    14 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qasımov Əliheydər 0704781088 QAZ-3308 yük Q127DQ 2003 2750 275
    15 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qasımov Əliheydər 0704781088 QAZ-3308 yük Q128DQ 2003 2750 275
    16 “Azərbaycan Hava Yolları” QSC Quliyev Elşən 0555129510 YD-22 Yarımqoşqu yanacaq daşıyan 10ZF811 1990 2500 250
    17 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Metrologiya İnstitutu” PHŞ Novruzov Rəşad 0502558757 FİAT DOBLO COMBİ MİNİK 90AR947 2008 3000 300
    18 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Metrologiya İnstitutu” PHŞ Novruzov Rəşad 0502558757 CHANGAN 99JX395 2014 4250 425
    19 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ağahüseynli Hüseyn 0553346768 MİTSUBİSHİ GALANT minik 90AB085 2007 3250 325
    20 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Növbətçi hissə 0125511644 QAZ 330900 xüsusi məhbus daşıyan 99JD417 2013 4250 425
    21 Lənkəran Dövlət Universiteti İsmayıllı Tural 0702048900 QAZ 3110 minik 42AA150 2000 2025 202.5
    22 Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti Muradov Amil 0508603308 Taxılyığan kombayn “SK-5ME-1” AZ28T-058 2005 7500 750
    23 Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti Muradov Amil 0508603308 QAZ 31105-120 minik 28AA003i/o 2005 1725 172.5
    24 Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi Səfərov Səfər 0503649593 HYUNDAİ SONATA MİNİK 04AA113 2006 6900 690
    25 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Hacıəliyev Rafael 0555665565 JEEP COMPASS MİNİK 99AP898 2008 6000 600
    26 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Hacıəliyev Rafael 0555665565 FİAT ALBEA minik 10PC248 2009 1650 165
    27 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Hacıəliyev Rafael 0555665565 FİAT ALBEA minik 90AB870 2007 1500 150
    28 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Hacıəliyev Rafael 0555665565 FİAT ALBEA minik 90AH726 2009 1875 187.5
    29 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Hacıəliyev Rafael 0555665565 VOLKSWAGEN POLO xüsusi təyinatlı 10PN150 2013 2250 225
    30 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sultanov İsabala 050-377-55-63 QAZ 31105-801 minik 90AB031 2008 2775 277.5
    31 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Layıcova Dilşad 0514997896 QAZ 3102 minik 10JS604i/o 1996 600 60
    32 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Müstərəcov Azər 0705268150 QAZ-3102-90 minik 37AA041 1993 525 52.5
    33 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Hadiyev Mirxan 0513021006 UAZ-31512 01 x/t baytarlıq xidməti 65AA032 1986 1275 127.5
    34 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azər Qarayev 0705922571 QAZ 3110-121 minik 10AO078 2003 1350 135
    35 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Baxşəliyev İlham 0124352926 ZİL 431412 ş-də ATSPT 5 yük 10PM463 1991 3600 360
    36 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Əhmədov Nəsimi 0552502255 CHEVROLET NİVA 2123 MİNİK 90AN665 2007 4500 450
    37 Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi Dadaşov Murad 055-344-11-67 QAZ 31105-100 minik 90AE231 2007 1000 100
    38 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsi Nofəl Rzayev 0503333945 VAZ 21043 minik 90AX210 2002 2000 200
    39 Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi İlqar Soltanov 0505744932 Nissan Maxima minik 90AN067i/o 2002 3000 300
                   
    40 Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Emin İsgəndərov 0502547444 Nissan Patrol minik 10PK203 2007 8000 800
    41 Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Quliyev Səbuhi 0552069391 İbrahimov Rasim 0559311221 Hyundai Sonata minik 10PH923i/o 2004 1350 135
    42 Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Quliyev Səbuhi 0552069391 İbrahimov Rasim 0559311221 Tofaş Şahin minik 10JO518 2004 1150 115
    43 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Mirəziz Abdullazadə 0775020009 VAZ 21213 minik 10JS232 2001 1350 135
    44 Azərbaycan Respublikasının Baş Prokurorluğu Anar Əliyev 0123611606 Toyota Corolla 10AZ162 2008 6750 675
    45 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Hüseynov Yelmar 0508945784 VAZ-21214 minik 15AA046 2006 900 90

  • İtaliyanın baş naziri xəstələndi: Diaqnozu məlum oldu

    İtaliyanın baş naziri Corcia Meloni xoşxassəli paroksismal mövqeli başgicəllənmələrdən əziyyət çəkir.

    Məlumata görə, diaqnoz otolarinqoloqun müayinəsindən sonra qoyulub.

    Müəyyən prosedurlardan sonra 46 yaşlı siyasətçi özünü yaxşı hiss edib.

    Bildirilir ki, Meloninin diaqnozu əslində daxili qulağın xəstəliyidir. O, qulaqlarda tıxanma və səs-küy, sistemli başgicəllənmə, eşitmə və vestibulyar funksiyaların pozulması ilə xarakterizə olunur. Xəstəlik residiv xarakterə malikdir.

    Qeyd olunur ki, xəstəliyə görə, baş nazirin dekabrın 28-nə təyin edilmiş ilin yekunlarına dair mətbuat konfransı ləğv edilib. Tədbirin yeni tarixi gələn il yanvarın 4-nə təyin edilib.

    Mənbə: TASS

  • Afaq Gəncəli: “Övladlığa uşaq götürmərəm” – VİDEO

    “Uşaq evindən heç vaxt uşaq götürmərəm. Bundan sonra ancaq dünyaya gətirəcəyim uşağa ana olaram”.

    Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində teleaparıcı Afaq Gəncəli deyib.

    O qeyd edib ki, oğlunu itirəndən sonra övladlığa uşaq götürməklə bağlı tərəddüdü var:

    “Allahın mənə əmanət etdiyi uşağa yiyə dura bilmədim. Kiminsə övladını götürürsən ki, xoş gün görsün. Həyatdır, bilmək olmaz, nə baş verəcək. Övladıma görə özümə qəsd etmədim, amma övladlığa götürdüyüm uşağa görə bunu edərəm”.

    A.Gəncəli özünün “ani bir ehtirasa görə də xəyanət edənlər var və bunu bağışlamaq olar” fikrinə də münasibət bildirib:

    “Mən bağışlayan insanam. Amma onun da çərçivəsi var. Niyə olduğunu bilməliyəm ki, bağışlaya bilim. Elə şeylər var ki, ona bir gözümü yumuram. Özümü düşünərək bağışlayıram”.

    Ətraflı Baku TV-nin süjetində: