Month: December 2023

  • Daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

    Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    173A və 173B nömərli avtobuslar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər.

    “Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir”, – AYNA bəyan edib.

  • Göyçayda qanunsuz torpaq daşıyan şəxsə protokol tərtib olunub – FOTO

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir
    keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb.

    İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

  • Taksi operatorlarının təqdim edəcəyi informasiyaların dairəsi müəyyənləşdirilir

    Taksi operatorlarının təqdim edəcəyi informasiyaların dairəsi müəyyənləşdirilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısının üç ay müddətində hazırlanacaq.

  • Pakistanda Yeni il şənlikləri qadağan edilib

    Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar Fələstinlə həmrəylik əlaməti olaraq ölkədə bütün Yeni il şənliklərini qadağan edib.

    APA xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

    “Mən bütün pakistanlıları fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram. Pakistan xalqı qəm içindədir. Vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, – deyə Kakar televiziya ilə çıxışında bildirib.

    Bundan əvvəl BƏƏ-nin Şarja şəhəri Fələstinlə həmrəylik nümayiş etdirərək Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub.

  • Aybəniz Haşımovadan SENSASİON AÇIQLAMALAR: “Səhhətimdə problem yaranıb deyə 15 günlük…”

    “Bilirsiniz ki, uzun illərdir gənclərlə çalışıram. Mən onların inkişafı üçün əlimdən gələn bütün səyləri əsirgəməməyə çalışıram. Aybəniz Haşımova adına İncəsənət filarmoniyası ideyası məhz oradan doğdu”.

    Median.Az xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova bildirib.

    Əməkdar artist adını daşıyacaq İncəsənət filarmoniyasından danışıb:

    “İstəyirəm ki, tələbələrim bizim məktəbi – sənət akademiyasını bitirəndən sonra öz yaradıcılıqlarını məhz filarmoniyamızda davam etdirsinlər və musiqimizə xidmət etsinlər. Ağaverdi Paşayevlə birgə hazırladığımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası məhz o gənclərimizin ifasında inşallah Yeni ildən sonra təqdim olunacaq. Artıq bir neçə müddətdir məşqlər gedir. Demək olar ki, operatta hazırdır. Sadəcə səhhətimdə bir az problem yaranıb deyə təxminən 15 günlük dayanmışam. Yeni ildən sonra gənclərimizin uğurlarını görəcəksiniz”.

    Aybəniz Haşımova filarmoniyanın məkanından da söz açıb:

    “Hələ ki, yer seçilməyib. Lakin biz bunun üzərində çalışırıq. İlk növbədə binanın daxilində sənət inkişaf etməlidir. Bakının müxtəlif gözəl binaları var ki, hər birində biz bu əsəri təhvil verə bilərik. Biz ilk növbədə əsəri təhvil verməyə çalışırıq. Binanın yeri təyin olunanda, açılışı olanda bundan mütləq xəbər tutacaqsınız”.

    Əməkdar artist Yeni il diləklərini də çatdırıb:

    “Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm. Sizə ilk növbədə can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, bu Yeni ildə bütün gözəl arzularınıza çatasınız”.

    “Yeni Müsavat” Media Qrupu olaraq biz də Əməkdar artist Aybəniz Haşımovanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.

  • Cəlilabaddakı Xudutəpə yaşayış məskəninin Neolit dövrünə aid olması təsdiqlənib

    Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, institutda fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya” metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib.

    Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.

    Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.

    AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə “Cəlilabad arxeoloji ekspedisiyası” zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.

    Xatırladaq ki, Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntılar da – iki miniatür qoç fiquru aşkarlanıb. Bu tapıntını haqqında məlumatı ilk olaraq Report İA paylaşmışdı.

    Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.

  • Latviya 1200-dən çox rusiyalını ölkədən qovur

    Latviya hökuməti hüquqi statusu tənzimləməyən 1 200-dən çox Rusiya vətəndaşını ölkədən zorla çıxarmaq niyyətindədir.

    Dövlət televiziyası və radiosunun məlumatına görə, hökumətin müəyyən etdiyi son tarix olan noyabrın 30-na qədər 1 213 nəfər Latviyada hər hansı bir yaşayış icazəsi almaq üçün sənəd təqdim etməyib.

    Bununla əlaqədar olaraq həmin şəxslərin respublikanı tərk etmələri tələb olunur.

    Bununla belə, Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsində bu kateqoriyadan olan 904 nəfərin artıq Latviya sərhədini keçdiyi, yəni ölkəni tərk etdiyi barədə məlumat var.

    Mənbə: lsm.lv

  • XİN-də kifayət qədər vakansiya var – Nazir

    Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

    O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib:

    “İşə qəbul prosesinin ikinci mərhələsinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib”.

    Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib:

    “Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq”.

  • Gündə 5 dəfə bu tərəvəzi yemək istənilən xərçəngin qarşısını alır

    Populyar tərəvəz düşünüləndən daha faydalıdır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib.

    Alimlər yerkökündə güclü antixərçəng təsir aşkarlayıblar.

    Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var.

    Lakin kökdə olan digər aktiv maddı – poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır.

    Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər.

    Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb.

    Nəticə göstərib kio, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır.

    Hətta gündə 1 ədəd kökm belə xərçəngi 4% azalda bilir.

    Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar.

    Ona görə yeni ildən kök yeməyə vərdiş edin.

  • Yanvarın əvvəli 4 bürc üçün çox uğurlu olacaq – Həyat tamamilə dəyişəcək

    Astroloqlar yanvarın əvvəli üçün proqnoz hazırlayıb və bu dövrün əsas favoritlərini müəyyənləşdiriblər. Dörd bürc əlaməti güclü uğur qazanacaq.

    Median.Az lent.az-a istinadla xəbər verir ki, onların həyatı tamamilə dəyişəcək və uğurlar uzun müddət onların həyatında qalacaq.

    Bir çox hadisələr 4 bürcə çoxlu xoşbəxtlik və pozitivlik bəxş edəcək.

    Onlar uğura ancaq özlərinə məlum olan yolla gedəcəklər.

    Buğa

    Bu bürcün nümayəndələri yanvarın əvvəlində öz qələbələrinə doğru irəliləyəcəklər. Onlar öz praktikliyini və zəhmətkeşliyini göstərəcəklər. Buğalar çoxdan arzuladıqlarına tez nail olacaqlar.

    Onlara səviyyəni aşağı salmaq lazım deyil, sonra yüksək hədəflərə tez çatacaqlar. Buğalar səylərini uğur qazanmağa yönəltməlidirlər. Onların inkişafına sərmayə qoymalıdırlar.

    Buğa sürətlə karyera nərdivanında yüksələcək. Problem və çətinliklərlə qarşılaşdıqda narahat olmalarına ehtiyac yoxdur.

    Buğa bürcü mütləq bütün maneələri aşaraq uğurlu insanlara çevriləcək.

    Şir

    Yanvarın gəlişi ilə Şirlərin həyatı kəskin dəyişəcək. Onların öz inkişafı üçün şansları olacaq. Şirlər nəyə qadir olduqlarını başqalarına göstərəcəklər.

    Onlar üçün aydın fəaliyyət planı tərtib etmək vacibdir. Şirlər davamlı olaraq təxirə saldıqları layihələri həyata keçirməklə məşğul olacaqlar.

    Onlar müsbət nəticə əldə etməyə cəmləşəcəklər, onları uğurlu dövr gözləyir. Şirlərin uğursuzluqdan qorxmalarına ehtiyac yoxdur.

    Onlar Kainatın lütfü altına düşəcək və nüfuzlu insanlarla görüşə biləcəklər.

    Şirlər şəxsi həyatında can yoldaşı ilə tam qarşılıqlı anlaşmaya nail ola biləcəklər. Xoşbəxtlik və pozitivlik onların münasibətlərini dolduracaq.

    Qız

    Yanvarın əvvəlində Kainat Qızlar üçün unikal perspektivlər açacaq. Böyük pul qazana bilərlər. Qızlar pullarınızı sərfəli layihəyə yatırmaqdan qorxmaq lazım deyil.

    Onlar karyeralarında sürətlə inkişaf edəcəklər. Qızlar müsbət nəticələr əldə edəcəklər. Onların həmfikir insanları tapmaq şansı olacaq.

    Qızlar öz fərdiliklərini nümayiş etdirəcək və başqalarına daim hərəkətə keçməyə hazır olduqlarını göstərəcəklər.

    Onlar sosial dairələrini genişləndirəcək və dostları və sevdikləri ilə çox vaxt keçirməyə başlayacaqlar. Qızları xoşbəxtlik və pozitivlik dənizi gözləyir.

    Oxatan

    Bu bürcün altında doğulan insanlar üçün ən yaxşı saatları başlayacaq. Böyük şans onların həyatına girəcək.

    Oxatan təkcə karyerasında deyil, şəxsi həyatında da uğur gözləyir. Onlar ən yaxşı xarakter xüsusiyyətlərini göstərəcəklər.

    Oxatanlar borclardan qurtulacaq, maddi rifahlarını yaxşılaşdıracaqlar. Onların səfərə çıxmaq və çoxlu parlaq təəssürat almaq şansı olacaq.

    Oxatan plana uyğun hərəkət edəcək. Şəxsi münasibətlərdə harmoniya və xoşbəxtliklə qarşılaşacaqlar.